Azərbaycan tarixi kateqoriyası üzrə məqalələr

Qazan xanın islahatları

Hülakü hökmdarı Qazan xanın adı tariximizdə böyük islahatçı kimi qalmışdır. Qazan xan hakimiyyətdə olduğu qısa vaxt ərzində (1295-1304) dövlət idarəetmə sisteminin və cəmiyyət həyatının demək olar ki, bütün sahələrində islahatlar keçirmişdi.

Qazan xan hakimiyyətə gələn kimi ilk olaraq dini islahat keçirtdi və 1295-ci ildə əyanları və ordusu ilə birlikdə İslam dinini qəbul etdi. O, öz türk adma müsəlman adı da əlavə edərək Mahmud oldu. İslam beşinci ulusun -Hülakülərin rəsmi dövlət dininə çevrildi. Bu, Qazan xan tərəfindən atılmış çox ağıllı bir addım idi, çünki Hülakü dövlətinin ərazisində yaşayan əhalinin əksəriyyəti müsəlman idi. Ondan qabaqkı Hülakü hökmdarları (elxanlan) ölkədə yaşayan xristianlara, bütlərə və şamançılığa inanan monqollara daha çox qayğı və diqqət göstərirdilər. Halbuki onların sayı çox az idi.

Davamı →

Monqolların Azərbaycanda örüş, torpaq və vergi siyasəti

Örüş sivasəti. Monqolların Azərbaycana üç yürüşü Vətənimizə böyük iqtisadi dağıntılar gətirdi və kütləvi insan qırğınları ilə nəticələndi. Köçəri həyat tərzi keçirən və bütpərəstliyə ibadət edən monqol əyanları və döyüşçülərini tutduqları ölkələrin oturaq əkinçilik təsərrüfatı, sənətkarlığı və şəhər həyatı, xüsusilə dinc əhalisi qətiyyən maraqlandırmırdı. Tutulan torpaqların monqollar üçün yalnız örüş yeri-yaylaq və qışlaq kimi əhəmiyyəti var idi. Tarixdə monqolların həyata keçirdiyi belə günəmuzd siyasət “örüş siyasəti” adlanır.

Davamı →

Monqol yürüşləri və onlara qarşı mübarizə

XIII yüzilliyin 20-ci illərində Vətənimiz Azərbaycan yeni bir xarici hücum təhlükəsi ilə üz-üzə qaldı. Monqolların ilk yürüşü Eldənizlərin idarə etdiyi Azərbaycan dövlətinin zəiflədiyi dövrə düşdüyündən ölkəmizə böyük dağıntılar, xalqımıza isə böyük fəlakət gətirdi. Tarixi qaynaqlara və o dövrün tarixçisi İbn əl-Əsirə görə türklərə yaxınlığı ilə seçilən, hətta qıpçaqlarla eyni cinsdən olan monqolları 1206-cı ildə Çingiz xan tatar ulusları ilə birlikdə bir dövlət halında birləşdirmişdi. Çingiz xanı döyüş bacarığı və idarəetmə anlayışına görə məşhur Hun-türk hökmdarı Mete xaqana bənzədirdilər. Türk köklü uyğurlar da onun dövlətində yer almışdılar. Təsadüfi deyil ki, Çingiz xan dövlətin bütün maliyyə və divan işlərini uyğurlara tapşırmışdı. Uyğur türk dili uzun bir müddət Böyük Monqol dövlətinin divan-dövlət dili olmuşdu.

Davamı →

IX-XIII əsrin əvvəllərində Azərbaycanın iqtisadi dirçəlişi

Xilafətin dağılması ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpası, Səlcuq imperiyasının parçalanması ilə Eldənizlər (Atabəylər) sülaləsinin Azərbaycanda hakimiyyət sürməsi ölkəmizin təsərrüfat həyatının dirçəlişinə gətirib çıxartdı. O dövrün tarixi mənbələrində Azərbaycan Şərqin ən inkişaf etmiş ölkələrindən biri kimi təsvir olunur. X əsr ərəb müəllifi əl-İstəxri Vətənimiz Azərbaycan haqda belə yazır: “Burada o qədər bolluqdur ki, gözü ilə görməyənlər buna inanmazlar”. Başqa bir ərəb müəllifi lbn> Hövqəl qeyd edirdi ki, Azərbaycanda hər yer buğda zəmiləri ilə örtülmüşdür..., hər cür nemətlə zəngindir və allahın xeyir-bərəkəi ilə doludur. Meyvələri çox ucuz, ərzaq məhsulları isə, demək olar ki, müftədir”. Xll-XIII əsrlərin müəllifi Yaqut əl-Həməvi yazırdı ki, Azərbaycan geniş ölkə və böyük dövlətdir.

Davamı →

Eldənizlər sülaləsinin hakimiyyəti dövrü (1136-1225-ci illər)

Azərbaycan torpaqları Böyük Səlcuq imperatorluğundan 1118-ci ildə ayrılan İraq Səlcuq sultanlığının tərkibində idi. Vətənimizin siyasi cəhətdən dirçəlişi, dövlətçiliyimizin bərpası və güclənməsi Atabəy Şəmsəddin Eldənizin adı ilə bağlıdır. Şəmsəddin İraq Səlcuq sultanlarının sarayında adi qulamdan çox sürətlə yüksələrək nüfuzlu əmirlərdən birinə çevrilmişdi. Şəmsəddin saray əyanları içərisində at çapmaqda və ox atmaqda xüsusilə seçilirdi. Sarayda vəzifə pillələri ilə sürətlə yüksəlməsinin əsas səbəbi bir-birilə rəqabət aparan heç bir siyasi qruplaşmaya qoşulmaması idi. Sultan II Toğrul Şəmsəddini oğlu Arslan şahın atabəyi təyin etmiş, Naxçıvan və çevrəsini ona iqta olaraq bağışlamışdı.

Davamı →

Şirvanşahlıq XII-XIII əsrlərdə

Səlcuqlar dövründə Azərbaycanda dövlətçilik ənənələri tam aradan qalxmamış və Şirvanşahlıq yenidən dirçəlmişdi. Şirvanşah I Fəriburz (1063 -1096) Böyük Səlcuq Sultanına tabe olsa da, Azərbaycanın şimalında onun hakimiyyəti davam edirdi. Böyük Səlcuq Sultanı Məlikşahın hakimiyyətinin (1072-1092) sonlarında Fəriburz və onun oğulları II Mənuçöhr və I Afridun ölkəni artıq müstəqil idarə edirdilər. Şirvanşahlığın yüksəlişi və Azərbaycanın qalan hissəsinin Səlcuq əmirləri tərəfindən idarə olunduğu bir şəraitdə, XI əsrin sonu-XII əsrin əvvəllərində Qafqazda Baqratuni çarlığı xeyli güclənmişdi. Kartli-Abxaz-Qıpçaq birləşməsindən ibarət olan bu çarlıq xüsusilə XII yüzillikdə yüksəliş dövrü keçirirdi.

Davamı →

Azərbaycan XI əsrin ortaları-XIII əsrin əvvəllərində

Tariximizdə oğuz-səlcuq dövrü

XI əsrin ortalarında Yaxın və Orta Şərqin siyasi xəritəsində və Cənubi Qafqazın sosial-iqtisadi və siyasi həyatında böyük dəyişiklik dövrü başladı. Bu dövr Azərbaycan türklərinin də mənsub olduğu Oğuz boylarından biri olan Səlcuqların adı ilə bağlıdır. Məşhur türk sərkərdəsi Səlcuq oğuz boylarından olan qınıq tayfasının başçısı olmuşdur. Oğuz-Səlcuq türkləri Mərkəzi Asiyada Sırdərya çayı ətrafındakı torpaqlarda yaşayırdılar və Oğuz dövlətində hərbi rəis vəzifəsini daşıyan Səlcuqla bağlı boylar X əsrdə islam dinini qəbul etmişdilər. Səlcuqun nəvəsi Toğrul bəy qardaşı Çağrı bəyi 1021-ci ildə müsəlman və türk dünyası üçün əsas təhlükə olan Bizans üzərinə yürüşə göndərmişdi.

Davamı →

Azərbaycan 9-11-ci əsrlərdə

Abbasilər xilafətinin dağılmasının gedişində Azərbaycanda ilk yaranan dövlət Şirvanşahlar oldu. Dövlətin ərazisini Dərbənddən Kür çaymadək olan Azərbaycan torpaqları təşkil edirdi. Şirvana hakimlik edən Məzyədilər sülaləsinin nümayəndəsi Heysam ibn Xalid xəlifə əl-Mütəfəkkilin öldürülməsi və türklərin fəaliyyəti ilə bağlı Bağdadda baş verən qarışıqlıqdan istifadə edərək mənbələrə görə 861-ci ildə “Şirvan işlərində müstəqilləşdi”. Heysamın mənsub olduğu Məzyədilər kökcə Rəbiə adlanan ərəb tayfasından olub, IX əsrdə Arranda paytaxtı Bərdə olan yarımmüstəqil əmirliyi idarə edirdilər. Heysam ibn Xalid Məzyədilərin Şirvanşah titulunu qəbul etmiş ük nümayəndəsi oldu. Məzyədilər sülaləsi Şirvanşahlığı 861-ci ildən 1027-ci ilədək idarə etmişlər. Heysamın nəvəsi II Heysam Məhəmməd oğlu dövlətin sərhədlərini möhkəmləndirdi, paytaxt Şirvan şəhərində məhsulun saxlanması üçün anbarlar tikdirdi,

Davamı →

Xalqımızın etno-tarixi yaddaşı

Kitab-i Dədə Oorqud. Bu adı daşıyan kitab ortaçağ tarixi qaynaqlarında ara-sıra izi görünən böyük epik abidədir. Dədə Qorqud boylarında əski türk törəyişi əfsanələrinin, totemçiliyin güclü izləri qalmışdır. Kitabın baş qəhrəmanı bütün Oğuz elinin ikinci hökmdarı Qazan Alp özünü və deməli, bütün oğuzları əski qurddan törəyiş əfsanəsi ilə bağlayır.

Kitabda olan anaxaqanlıq (matriarxat) qalıntıları elm üçün olduqca dəyərlidir. Qadın Ana boylarında ilahiləşdirilən bir varlıq, «Tanrı haqqının daşıyıcısıdır və toxunulmazdır: «Ana haqqı Tengri haqqı deyilmişsə qara polad üz qılıcum dartdaydım, ğafilicə görklü başınq kəsəydim, alca qannıq yer yüzinə tökəydim.

Davamı →

Azərbaycan xalqının yaranması

Azərbaycan türkləri Avroasiyanın və Cənubi Qafqazın ən qədim sakinləridir.

Türklər Cənubi Qafqazın ən qədim sakinləridir. Tarix, arxeologiya, antropologiya və digər elm sahələrində çalışan alimlərin araşdırmaları Azərbaycan türklərinin Cənubi Qafqazın ən qədim və köklü əhalisi olmasını tamamilə sübut etmişdir. Azərbaycan türklərinin yayıldığı areala indiki Azərbaycan Respublikasının ərazisi ilə yanaşı. Cənubi Azərbaycan (indiki İran İslam Respublikasının tərkibindədir), İrəvan və Zəngəzur bölgələri (indiki Ermənistan Respublikası), Borçah (indiki Gürcüstan Respublikasının tərkibindədir), Dərbənd (indiki Dağıstan-Rusiya) torpaqları da daxildir. Azərbaycan türkləri bir xalq kimi tarixən Dərbənddən Həmədana, Xəzər dənizindən Şərqi Anadoluyadək olan böyük bir ərazidə təşəkkül taparaq formalaşmışdır.

Davamı →
Top