 Başqırdların məşhur el qəhrəmanı və şairi Salavat Yulayevdən başlayaraq çarizmin müstəmləkə siyasəti ilə barışmayan başqırd xalqının söz ustadları kəndbəkənd, şəhərbəşəhər gəzərək qəhrəmanlıq dastanları söyləyib, millətin dərd-kədərini dilə gətiriblər, soydaşlarını milli oyanışa səsləyiblər. Onların könüllərə səpdiyi toxumlar çox keçmir cücərir. Başqırdlar içərisindən mübariz qələm sahibləri yetişir. Onlardan biri ünlü şair Məcid Qafuri olub.
Başqırdların məşhur el qəhrəmanı və şairi Salavat Yulayevdən başlayaraq çarizmin müstəmləkə siyasəti ilə barışmayan başqırd xalqının söz ustadları kəndbəkənd, şəhərbəşəhər gəzərək qəhrəmanlıq dastanları söyləyib, millətin dərd-kədərini dilə gətiriblər, soydaşlarını milli oyanışa səsləyiblər. Onların könüllərə səpdiyi toxumlar çox keçmir cücərir. Başqırdlar içərisindən mübariz qələm sahibləri yetişir. Onlardan biri ünlü şair Məcid Qafuri olub. Böyük təsirə malik əsərlər ən dərin iztirabdan, sürəkli əzab və hədsiz məhəbbətin nakam sonluğundan doğulur. Böyük rus tənqidçisi N.Q.Çernışevski yazırdı: “Sənət əsəri, doğrudan da, o zaman gözəl ola bilər ki, sənətkar öz əsərində bütün vermək istədiklərini vermiş olsun”.
Böyük təsirə malik əsərlər ən dərin iztirabdan, sürəkli əzab və hədsiz məhəbbətin nakam sonluğundan doğulur. Böyük rus tənqidçisi N.Q.Çernışevski yazırdı: “Sənət əsəri, doğrudan da, o zaman gözəl ola bilər ki, sənətkar öz əsərində bütün vermək istədiklərini vermiş olsun”.  Belinski “Qoqola məktub”unda (1847) yazırdı: “…Diqqət etmisinizmi ki, Rusiya xilasını mistisizmdə, asketizmdə, pietizmdə yox, sivilizasiyanın, maarifçiliyin və humanizmin uğurlarında görür. Ona nəsihət (kifayət qədər qulaq asıb!), dualar (kifayət qədər təkrarlayıb!) yox, əsrlərlə palçıq və peyin içində itib-batmış insani ləyaqət hissinin oyanması – kilsə təliminə yox, ağla və ədalətə uyğun qanun və qaydalar, həmçinin onların qəti yerinə yetirilməsi imkanı lazımdır.
Belinski “Qoqola məktub”unda (1847) yazırdı: “…Diqqət etmisinizmi ki, Rusiya xilasını mistisizmdə, asketizmdə, pietizmdə yox, sivilizasiyanın, maarifçiliyin və humanizmin uğurlarında görür. Ona nəsihət (kifayət qədər qulaq asıb!), dualar (kifayət qədər təkrarlayıb!) yox, əsrlərlə palçıq və peyin içində itib-batmış insani ləyaqət hissinin oyanması – kilsə təliminə yox, ağla və ədalətə uyğun qanun və qaydalar, həmçinin onların qəti yerinə yetirilməsi imkanı lazımdır. Alman yazıçısı, bəstəkar və rəssam Teodor Amadey Hofman romantik ədəbiyyatın ən parlaq və ziddiyyətli nümayəndələrindən biridir. Sənət tarixində o, rəssam, bəstəkar, misilsiz satirik, gülüş usatsı, gözəl olduğu qədər əcaib, çılğın xülyalarla dolu nağıl və novellalar müəllifidir.
Alman yazıçısı, bəstəkar və rəssam Teodor Amadey Hofman romantik ədəbiyyatın ən parlaq və ziddiyyətli nümayəndələrindən biridir. Sənət tarixində o, rəssam, bəstəkar, misilsiz satirik, gülüş usatsı, gözəl olduğu qədər əcaib, çılğın xülyalarla dolu nağıl və novellalar müəllifidir.  Çox pis yaşayırıq, bundan betəri ola bilməz. Keçən həftə Xasinta xala öldü, şənbə günü isə — onu dəfn edəndən sonra hələ özümüzə gələ bilməmişdik — yağış başladı. Leysan yağış. Atam saçını yolurdu, çünki bütün arpamızı dal həyətdə qurumağa sərmişdik. Leysan qəfil başladı, arpanı yığışdıra bilmədik, bircə dən də götürə bilmədik. Gücümüz ancaq talvarın altına girib, göydən tökülən soyuq suyun bütün arpanı necə məhv elədiyinə baxmağa çatdı.
Çox pis yaşayırıq, bundan betəri ola bilməz. Keçən həftə Xasinta xala öldü, şənbə günü isə — onu dəfn edəndən sonra hələ özümüzə gələ bilməmişdik — yağış başladı. Leysan yağış. Atam saçını yolurdu, çünki bütün arpamızı dal həyətdə qurumağa sərmişdik. Leysan qəfil başladı, arpanı yığışdıra bilmədik, bircə dən də götürə bilmədik. Gücümüz ancaq talvarın altına girib, göydən tökülən soyuq suyun bütün arpanı necə məhv elədiyinə baxmağa çatdı. XIX yüzilliyin sonlarından etibarən sütunları zəifləyən Osmanlı dövlətində türkçülüyün yaşadılması üçün ziyalı və mütəfəkkirlər geniş mübarizə aparırdılar. Bu prosesdə fəal iştirak edənlərdən biri də tatar türkü, görkəmli publisist və naşir Yusuf Akçuralı idi.
XIX yüzilliyin sonlarından etibarən sütunları zəifləyən Osmanlı dövlətində türkçülüyün yaşadılması üçün ziyalı və mütəfəkkirlər geniş mübarizə aparırdılar. Bu prosesdə fəal iştirak edənlərdən biri də tatar türkü, görkəmli publisist və naşir Yusuf Akçuralı idi.
 Ədəbiyyat, istəsək də, istəməsək də, həyata münasibətdə tənqidi mövqe tutur. Bu, birbaşa, ya da dolayısıyladır və daha çox dramlara aiddir. Əsl ədəbiyyat istəyiriksə, bu zaman sənətkarın istedadı heç bir məhdudiyyət tanımamalıdır. Onu, “qıcıqlandırıcı məsələ” olduğuna görə irqi mövzuda pyeslər yazmaqdan çəkindirmək olmaz. Bununla hesablaşmaq istəmiriksə, onda hələ sənət səviyyəsinə qalxmamışıq, həqiqi ədəbiyyata da layiq deyilik.
Ədəbiyyat, istəsək də, istəməsək də, həyata münasibətdə tənqidi mövqe tutur. Bu, birbaşa, ya da dolayısıyladır və daha çox dramlara aiddir. Əsl ədəbiyyat istəyiriksə, bu zaman sənətkarın istedadı heç bir məhdudiyyət tanımamalıdır. Onu, “qıcıqlandırıcı məsələ” olduğuna görə irqi mövzuda pyeslər yazmaqdan çəkindirmək olmaz. Bununla hesablaşmaq istəmiriksə, onda hələ sənət səviyyəsinə qalxmamışıq, həqiqi ədəbiyyata da layiq deyilik.  Şaxtalı qış axşamlarından birində dahi Vensel tül kimi nazik, nazikdən də nazik paltarda, küçənin ortasında dayanıb, yoldan keçənlərdən yardım istəyirdi. Yoldan keçən kişilər, qadınlar fikirləşirdi ki, ilahi, o axı dahidir, amma bunu özünə rəva görür. Dahilər başqa ölümlülər kimi hələm-hələm xəstələnmir. Vensel gecəni kral sarayının qabağında keçirdi və gördüyünüz kimi, donmadı. Dahilər asanlıqla donmur, lap daha çox soyuq olsa da.
Şaxtalı qış axşamlarından birində dahi Vensel tül kimi nazik, nazikdən də nazik paltarda, küçənin ortasında dayanıb, yoldan keçənlərdən yardım istəyirdi. Yoldan keçən kişilər, qadınlar fikirləşirdi ki, ilahi, o axı dahidir, amma bunu özünə rəva görür. Dahilər başqa ölümlülər kimi hələm-hələm xəstələnmir. Vensel gecəni kral sarayının qabağında keçirdi və gördüyünüz kimi, donmadı. Dahilər asanlıqla donmur, lap daha çox soyuq olsa da.