Neçə vaxtdır, “Həyat sən nə qəribəsən” deyib, şerlərində bizi həyatın qəribəliklərinin seyrinə daldıran, “Sızlar yada düşəndə ürəyimin telləri, o mehriban, o əziz tələbəlik illəri” deyib, hamımızı o gözəl tələbəlik illərinə qaytararaq bizdə nostalji hisslər yaşadan, “Kaş millətdə ruh yaşasın” və ya “Özünü qoru, xalqım” deyib, xalqda vətənpərvərlik hissləri aşılayaraq, onları daim ayıq- sayıq olmağa, torpaqları qorumağa səfərbər edən, “Tələsin insanlar əldən tutmağa, tələsin ömür edib sən yaşamağa” deyib insanları yaxşılıq etməyə, ülviyyətə səsləyən, “Həm həqiqət, həm əfsanə, məhəbbət” deyərək bizi saf, ülvi məhəbbətə çağıran bir şairimiz -Xalq şairi Cabir Novruz üçün qəribsəmişik.Vəfatından illər keçsə də, heç vaxt unudulmur, daim xatırlanır.