1. Bol-bol su için.
2. Bol-bol meyvə-tərəvəz yeyin.
3. İdmanla məşğul olun.
4. Pozitiv mahnılardan ibarət bir playlist hazırlayın və tez-tez dinləyin.
5. Gözəl şəkillərə baxın.
6. Səhər yeməyi yeyin.
7. Gözəl ətirlərin əhatəsində olun.
8. Sağlam qidalanın.
9. Kifayət qədər yatın.
10. Piyada gəzintiyə çıxın.
11. Monotonluqdan qurtulun.
12. Bol-bol kitab oxuyun.
13. Hər fürsətdə canlı ünsiyyətə qatılın.
14. Rəngləri həyatınıza daxil edin.
15. Rəqs edin.
16. Hər gün təmiz və baxımlı olmağa diqqət edin.
17. Hər fürsətdə insanlara kömək edin..yaxşılıq edin..kiçik bir şeylər olsa belə.
Komfort zonana sığınıb sevdiyin işlə məşğul olmağa cəsarət etmədiyini,
— Həyatının sevgisini qüruruna qurban verdiyini,
— Yağış altında heç vaxt tanqo oynamadığını anlayacaqsan.
***
Başqalarının xoşuna gəlmək üçün heç vaxt özün olmadığını,
— Binanın başına çıxıb səsin gəldiyi qədər qışqırmadığını,
— Səni vaxtilə üzən böyük problemlərin əslində nə qədər kiçik olduğunu,
— Sevdiyin insanlara onları nə qədər çox sevdiyini yetərincə demədiyini başa düşəcəksən.
Sosial şəbəkələrdə yayılan bu video insanlar tərəfindən böyük maraqla qarşılanıb. Kadrlarda ata və oğuldan ibarət bir ailə təsvir olunur. Filmin birinci hissəsində oğulun ataya qarşı olan hissləri əks olunub: O, atasını sevmir, kasıb olduqları üçün ondan utanır. Bir dəfə atasından soruşur ki, niyə biz də zəngin deyilik. Atası deyir ki, insan aldıqları ilə deyil, verdikləri ilə xoşbəxt olar. Bunu unutma.
Gənc bu sözlərin mənasını illər sonra anlayır. Artıq atası yoxdur. Evə gəldikdə öz adına gələn çoxlu təşəkkür məktubları görür. Orada əlil uşaqlara pul köçürdüyü üçün minnətdarlıq sözləri əks olunmuşdu. Gənc burada yanlışlıq olduğunu düşünür və həmin ünvana yollanır. O zaman əlil insanlarla qarşılaşır. Öyrənir ki, illər uzunu kasıb olduğunu düşündüyü atası, istəsəydi zəngin həyat sürə bilərmiş. Lakin o, bunun yerinə insanlara xeyir verməyi seçib. Sən demə, o, uzun illər «yoruldum» demədən işləyərək, aldığı məvaciblə kasıblara, möhtaclara maddi dəstək göstərməklə kifayətlənməmiş, hətta əlil və dünyadan küsmüş uşaqlar üçün tamaşalar göstərərək, onları həyata qaytarırmış.