Sözümün bu yerində heç unutmadığım bir həqiqəti bölüşüm sizinlə: hələ təfəkkürümün tam formalaşmadığı, başqalarının sözlərindən özüm üçün qənaətlər çıxardığım gənclik illərimdə kimdənsə eşitmişdim ki, həyatda sağlam adam yoxdur, hərənin bir dərdi var. İnanırsınızmı, bu söz uzun illər mənim beynimdə dolaşdı. Ancaq bir xəstəxanada müalicə olunanda öz-özümə qərar verdim ki, bu cür düşüncə xəstəlikdir. İnsan özünün sağlam olduğuna inanmırsa, deməli, xəstəlik həmişə onun yaxasını tanıya bilər.
Səhər yerindən durursan, oyaq olanlar da var, yatanlar da. Güzgünün qabağına keçib sifətinə baxırsan: əzginlik, hər cür əzab-əziyyət oxunur sifətindən. Düşünürsən ki, uşaqların da, yoldaşın da səni hər səhər bu sifətdə görürlər və sən bu vəziyyəti dəyişmək üçün addım atmaq istəmirsən.
Dünyada 100 milyondan çox insan depressiya ilə yaşayır. Belə ki, müasir dövrün xəstəliyi olan depressiya, artıq uşaqlarda da müşahidə edilir. Mütəxəssislər kömək etməyi xoşlayan insanlarda əhval ruhiyyənin yüksək olduğunu söyləyirlər. Başqalarına kömək etmək müsbət duyğuları inkişaf etdirir. Kömək etdiyiniz insanla ünsiyyət qurarkən təklik hissi azalmaqla yanaşı insanın özünüzə və yaşadığı dünyaya güvən hissi artır. Kömək etmək insanın özünə qarşı hörmət və sevgi hissini gücləndirir.
İnsan öz gündəlik həyatının 10 dəqiqəsini müsbət davranışlara ayırması, uzun müddət əhval ruhiyyəni yüksək səviyyədə saxlayır. Pozitiv hərəkətlərin hər gün yerinə yetirilməsi beyində depressiya ilə əlaqədar bəzi strukturların qan dövranını gücləndirir.
Fərqli millətlərdən olan alimlərin apardığı 13 araşdırma nəticəsində xoşbəxtliyin 8 sadə formulu tapılıb. «Psychological Bulletin» jurnalında çap olunan araşdırmada tədqiqatçılar “xoşbəxtliyin resepti”ini yazıblar.
Gecə 6 saatdan çox yatın
Tədqiqatçılar gecə 6 saatdan çox yatan (təxminən 6 saat 15 dəqiqə) insanların günə yaxşı başladıqlarını bildirib. Uşaqlara və gənclərə isə 8 saat yatmaq məsləhət görülüb.
Hədəfləriniz olsun
Uzun, ya da qısa müddətli hədəfi olanların sıxıntılardan daha asan qurtulduğunu, hədəflərin həyata məna qatdığını və ətrafla münasibətlərin daha sıx olmasına şərait yaratdığını vurğulanıb.
Bu məqalədə insan şəxsiyyətinin gizli meyarlarından biri olan səmimiyyətdən bəhs etmək istəyirəm. Səmimiyyətin nə olduğunu bir neçə sadə cümlə ilə izah edək: İnsanın daxili ilə xarici aləminin bir olması. Süni hərəkətlər etməmək. Dürüst olmaq. Özünü olduğundan fərqli göstərməmək. İnsanlardan əsl düşüncələrini gizlətməmək. Qəlbindəki hisslərini qarşısındakı insana olduğu kimi söyləmək. Təbii olmaq.
Lakin bəzi insanlar səmimiyyət məfhumunu düzgün qiymətləndirmirlər. «Səmimi olduğum üçün hər zaman haqsızlığa məruz qalıram.» "İnsanlar səmimi olmağımdan istifadə edir." və s. kimi düşüncələrdə olanlar, əlbəttə ki, yanılırlar. Çünki səmimiyyət elə bir gücdür ki, bunun insanlar üzərində dərin təsir oyatmaması mümkün deyil.
Səmimi insanın hərəkətləri, danışığı, gülüşü, baxışı, bir sözlə, hər şeyi çox təbiidir və bundan da təsirlənməyən insan çox azdır. Amma bəzi insanlar da vardır ki, səmimiyyətin qazandırdığı gözəllikləri süni hərəkətlərlə əldə etməyə çalışırlar. Məsələn, ürəyi istəmədiyi halda, hər zaman gülərüz olurlar ki, insanlar onların haqqında yaxşı düşünsünlər. Desinlər ki, optimistdir, mehribandır, ətrafa müsbət enerji saçır və s.
Bəzi qadınlar “ilk addım həmişə kişilərdən gəlməlidir” fəlsəfəsinə üstünlük verirlər. Bu, onlara görə, ailədə tərəflər arasında meydana gələn inciklikləri aradan qaldırmaq, əlamətdar günləri xatırlamaq, sürprizlər hazırlamaq, hər hansı bir problemi həll etmək və s. ola bilər. Təbii ki, bu vəziyyətdən sui-istifadə edənlər də var. Üstəlik, bəzi kişilər də eyni cür səhvlərə yol verirlər. Halbuki ailədə tərəflərdən biri geri addım atsa, tarazlıq pozular. Bu isə gələcəkdə həlli mümkün olmayan problemlərin meydana çıxmasına səbəb olar. Beləliklə, illər keçdikcə tərəflər bir-birindən daha çox şey gözləməyə başlayar.
Digər tərəfdən, ailədə tərəflər arasında fərqli fikirlərin olması da təbiidir. Məsələn, sizə görə problem olan bir məsələ həyat yoldaşınıza adi bir şey kimi görünə bilər. Belə olduqda o, sizdən üzr istəməkdən də imtina edər.
Bütün bu səbəbləri nəzərə alaraq ilk addımı həyat yoldaşınızdan gözləməyin. Əgər həll olunacaq bir məsələ varsa, ilk addımı siz atmağa çalışın. Çünki bu məsələdə itirdiyiniz hər dəqiqə ailə həyatınızı təhlükə altında qoya bilər.