Alfred Nobeli gah «dinamit kralı», gah "ölüm alverçisi", gah da «Avropanın ən varlı avarası» adlandırır, bununla ürəkləri soyumayanda, daha kəskin epitetlərlə onun adını «bəzəyirdilər». O isə bunları oxuyur, amma heç bir şəkildə cavab vermirdi və onun bu cür — daş kimi susub durması qəzet yazarlarını bir daha yenidən yazmağa ürəkləndirməklə bərabər, onları əməlli-başlı qəzəbləndirirdi...
Əslində isə hər şey tamam başqa cür idi və bu məşhur adamın nələr çəkdiyindən kimsənin xəbəri yoxuydu. Hamı elə fikirləşirdi ki, o, milyarderdisə, onun nə dərdi ola bilər ki? Amma…
Mənim əzizlərim, xeyli vaxt idi ki, bir arzu qəlbimə hakim kəsilmişdi, əqlimi heç cürə tərk edə bilməyirdi. O, bəzən soyuq gecələrdə şirin yuxuma girib dincimi pozur, mənə əzab verirdi. Mən inadla nəfsimə müqavimət göstərir, onunla mübarizə aparmağa cəhd edirdim, amma hər dəfə məğlub ayrıldığım o səylərimin bir nəticəsinin olmadığını anlayanda nəhayət, arzumun ruhum üzərindəki qələbəsilə əlacsızlıqla barışmalı olurdum.
Hamınız çox yaxşı xəbərdarsınız ki, mən bu qoca ömrümdə şərq dünyasını xeyli gəzmiş, Ərəbistanda, İraqda, Osmaniyyədə, Həştərxanda, Türküstanda və neçə-neçə başqa diyarlarda səfərlərdə olmuşam. Amma və lakin bu ahıl yaşıma, dərin elmimə rəğmən, daha uzaqlara səyahət etmək, yəni geniş dəryaların sonundakı, uca dağların dalındakı, keçilməz meşələrin çəpər çəkdiyi, günəşin batdığı, şaxtalı rüzgarın əsdiyi o yad Avropa torpağını görmək mən biçarəyə qismət olmamışdı.
“Hazırda “Beatles” İsadan daha məhşurdu”
1964 — cü ilə qədər Con Lennon, Pol Makkartni, Corc Harrison və Rinqo Star adi insan idilər. Bir-birini tələbəlik illərindən tanıyan bu “dördlük” musiqi ilə çılğınlıq etmək istəyirdilər. Rok musiqisi dəyişkənliyi və dinamikanı sevdiyindən “Beatles” qrupunu yaratmaqla qısa vaxtda milyonlarla fanat ordusu qazana bildilər. Mahnılarında ictimai duruma qarşı protesto, insanların mənəvi azadlığı uğrunda ehtiraslı çağırışları ilə diqqəti çəkən “Beatles” 60-ci illərdə 1 milyondan çox diski satılan qrup kimi məşhurlaşır. Lakin çox keçmir ki, 1970-ci ildə qrup üzvləri dünyanı heyrət içində buraxacaq qərar qəbul edirlər. Mətbuat “Beatles” üzvlərinin ayrılması xəbərini yayır. Sonradan Con Lenon qrupun dağılmasının səbəbi haqda mətbuata açıqlamasında qeyd edir: «Biz bu dünyada nələrisə dəyişməyi arzulayırdıq. Amma hər şey olduğu kimi qaldı. Afrikada silah satılır, “qaraları” küçədə öldürürlər, insanlar kasıbçılıq çəkir, üstlərindən siçanlar qaçır. Yalnız bir dəstə avaralar Londonda dəbli cındırlarda gəzirlər. Mən daha Bitlz barəsindəki əfsanəyə inanmıram”. Bundan sonar qrup bir daha birləşmədi. Ancaq…
Yəqin ki saxta hədislər haqqında eşitmisiniz. Bəzi din lotuları avvam camaatı barmağına dolamaq istəyəndə başlayırlar özlərindən hədis qayırmağa, sonrada bu saxta hədisləri yedirirlər binəva avvam camaata. Siz elə bilməyin ki, belə lotular ancaq şeyxlər, mollalar arasında olur, əsla bu tip lotulara özünü “ millətci”, “ türkcü “ adlandıran əslində isə işləri peşələri böyük millətləri təqlid etmək olan psevdo yəni yalancı millətcilər arasındada rast gəlmək olar. Saxta siyasi hədislər düzüb qoşmaq cox qədim peşədir. Bu metoddan istifadə edən bir cox ülkücü türk ocaqları ilk əvvəl başladılar Atatürkün cıxışlarını, nitqlərini saxtalaşdırmağa. Saxtalaşdırma işinin mexanizmi cox bəsit idi: götürürdülər Atatürkün 15- 20 il əvvəl hansısa cıxışını və bilərəkdən cıxışın icinə bir necə saxda cümlə “calaq” edirdilər və bu saxta hədisləri başlayırdılar hər yerdə, özlərinə məxsus dərgilərdə, qəzetlərdə təbliğ etməyə.
Mixail Afanaseviç Bulqakov İ.V.Stalinə ünvanladığı məktubda belə yazırdı: «Mən ilahi qüvvəyə inanan yazıçıyam. Dünyanın insanlar tərəfindən yox, görünməz qüvvələr tərəfindən idarə olunduğuna əminəm. Yəqin ki, mənimlə razılaşarsınız ki, dünya yalnız insanın ümidinə qalsaydı, bizə qədər gəlib sağ çıxmazdı, o lap çoxdan artıq məhv edilmiş olardı...».
İosif Stalin məktubda yazılan bu cümlələrin altından qırmızı qələmlə xətt çəkərək, dərkənarda yazır: «Keşiş ruhunu abırlı yazıçı geyimi altında gizlədən yoldaş M.Bulqakovla dərindən və ciddi şəkildə maraqlanmalı».
Bu dərkənardan sonra Bulqakovun özünün sağ qalma şansının sıfır həddinə enməsini yəqin ki, anlamaq çətin deyil. Bolşeviklərin 29-30-cu illərdən başladıqları qırğından Bulqakovu onun inandığı ilahi qüvvəmi xilas etdi? Bəlkə elə dünyanın ən sərt diktatoruna yazdığı məktubda onun varlığına görə inamını dilə gətirdiyinə görə göyüzü mərhəmətini ondan əsirgəmədi?