Suvorov-Böyük rus sərkərdəsi A.B.Suvorov doğulanda çox zəif və çılız uşaq olmuşdur. Lakin özünü müntəzəm surətdə möhkəmləndirmək sayəsində o səhhətini tam bərpa etmişdi. Belə ki, Suvorov hətta yetmiş yaşında ikən misilsiz yürüşlərə çıxmış və ordusu ilə birlikdə Alp dağlarını aşmışdı. Ondan başqa Alp dağlarından yalnız Hannibal və Napoleon keçmişdi.
Suvorov adəti üzrə qəbul günlərində bütün medallarını döşünə taxarmış. Onu gözü götürməyən generalların arvadları bir qəbul zamanı marşalla rastlaşıb: «Ah, Aleksandr Vasilyeviç, siz bu qədər zəif adam olduğunuzdan, yəqin ki, bu medallar sizə ağırlıq edir!» – demişlər. Suvorov onlara: «Çox ağırlıq edir, o qədər ağırlıq edir ki, onu qaldırmağa sizin ərlərinizin gücü çatmaz!» — deyə cavab vermişdi.
Bır gün bir nəfər Həzrəti-Əlidən utana-utana soruşur: «Ey Allah Rəsulunun Xəlifəsi! Nə üçün belə köhnə və yamağı olan əba ilə gəzirsən?»
-«Qəlbi dünyanın bəzək-düzəyindən təmizlənmiş adamlar möminlərə nümunə olur» — deyə Həzrəti-Əli cavab verir.
İmami-Azam Həzrətləri üstünə gəlməkdə olan bir heyvanı görərkən kənara çəkilərək yol verdikdə, yanındakılar — niyə belə etdin?- deyə soruşurlar. İmami-Azam düşünmədən belə cavab verir: «Onun buynuzları, mənim isə ağlım vardır.»
Bir gün Həzrəti-Əli Əleyhissəlam, mübarək yumruğunu sinəsinə vuraraq belə demişdir: «Bu köksümdə bir çox gizli elmlər vardır. Ah! Kaş bu elmlərlə yüklənib, onları apara biləcək ər-övladlar tapa biləydim.» Və əlavə etmişdir: «Əgər istəsəm, cəmi yeddi ayədən ibarət olan Fatihə surəsinin təfsiri ilə 70 dəvəni yükləyərəm.»
Jan Bedel Bokassaya ilk şöhrəti gətirən hadisə 1966-cı ildə dövlət çevrilişi etməsidir. İkincisi isə prezident olandan sonra da adam yemək şakərini tərgidə bilməməsidir. Bokassa 20-ci əsrdə yeganə prezidentdir ki, bütün müxalifət liderlərini sözün həqiqi mənasında yeyib. Prezidentin, sonra isə imperatorun sifarişi ilə baş aşpaz onları ya öz suyunda bişirər, ya da böyük duxovkada qızardıb süfrəyə çəkərdi. Yeməyə xüsusi ətir vermək üçün ona limon da əlavə edilərdi.