Qotfrid Vilhelm Leybniç 1646-cı il iyun ayının 21-də Almaniyanın Leypsiq şəhərində anadan olub. O, erkən yaşlarından vaxtının çoxunu atasının kitabxanasında keçirib. Qotfridin 6 yaşı tamam olanda, atası dünyasını dəyişib.
Leybniç 10 yaşınadək Siseron, Pliniy, Heredot, Ksenofon və Platonun kitablarını öyrənib. Daha yetkin yaşda o, qədim yazıçıların onun dünyagörüşünə böyük təsir göstərdiyini təsdiq etmişdi. Hələ uşaqlıqda o, özü üçün 2 qayda müəyyən etmişdi:
1) fikrin dəqiqliyi və aydınlığı 2) başlanmış işin sona çatdırılması.
Bu 2 qayda onu məntiqin (bütün həyatının maraqlarından biri) öyrənilməsinə gətirib çıxardır.
Leybniç artıq 15 yaşında Leypsiq Universitetinə daxil olmağa hazır idi. 8 yaşından latın dilini və 12 yaşından yunan dilini öyrənərək, o başa düşür ki, klassik təlim daha onu təmin etmir və məntiqlə məşğul olmağa başlayır.
Azərbaycanımızın qüruru olan görkəmli alim Lütfi Zadənin adı dünyanın elm tarixinə qızıl hərflərlə həkk olunub. Lütfi Zadənin elmi kəşfləri, elmi ideyaları bəşəriyyətin inkişafına, insanların rahatlığına, rifah halını yaxşılaşdırmağa xidmət edən elmi ideya və kəşflərdir. Bütün dünyada, xüsusilə vətənində — Azərbaycanda L.Zadəyə böyük diqqət göstərilir, önəm verilir.
Təsadüfi deyil ki, 2011-ci ilin fevralında Prezident İlham Əliyevin Sərəncamı ilə dünya şöhrətli alim texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib. 90 illik yubileyi ilə əlaqədar yüksək səviyyədə bir sıra tədbirlər keçirilib.
Bundan əlavə, Lütfi Zadə haqqında «Müasir elmin korifeyi» (müəlliflər — Fərhad Tağıyev, Şamxəlil Məmmədov), «Dünya dahilərsiz yaşaya bilmir» (müəllif — Möhbəddin Səməd) adlı kitablar yazılıb, «Uzaq və yaxın Lütfi Zadə» (quruluşçu rejissoru — Oqtay Babazadə, ssenari müəllifi — Möhbəddin Səməd) sənədli filmi çəkilib, Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılıb.
L.Zadə də öz növbəsində Vətənini, xalqını çox sevir. “Heç zaman azərbaycanlı olduğumu gizlətməmişəm, əksinə, bununla qürur duymuşam” deməklə bir daha millətinə nə qədər bağlı olduğunu nümayiş etdirib.
Şəxsi həyat: Laurene Pauellə evlidir, 4 övladı var.
Stiven Pol – biz isə onu Stiv Cobs kimi tanıyırıq. 24 fevral 1955-ci ildə ABŞ-ın San-Fransisko şəhərində anadan olub. Amerikanın ən işgüzar maqnatıdır. Eyni zamanda məşhur “Apple” şirkətinin həmtəsisçisidir. Bu günə qədər o həm də “Apple”-ın baş icraçı direktoru idi. Onun icraçı direktor vəzifəsindən istefası İT sənayesində şok-effekti yaratdı desək, yanılmarıq. Dünya mətbuatı “Əfsanəvi rəhbər getdi” başlığı ilə onun gedişini şərh etməyə çalışdı. Əslində isə onun gedişi nə qədər təəccüblü idisə, bir o qədər də gözlənilən idi. Yazının davamında buna aydınlıq gətirməyə çalışacağıq. İndi isə gəlin İT sənayesinin nüfuzlu simasının ömür yoluna və fəaliyyətinə nəzər salmağa davam edək. İnformasiya texnologiyaları sektorunda çalışan hər kəs bilir ki, Stiv biznesdə çox uğurludur və o, «Silikon vadisi» sahibkarının əsas obrazlarından biridir. Stiv Cobs 1976-cı ildə dostu Stiven Voznyakla birlikdə “Apple” şirkətini yaradaraq adını qətiyyətlə tarixə yazmağa müvəffəq oldu. 1985-ci ildə şirkəti tərk edən Cobs şəxsi “NeXT Computer” şirkətini qurur. Lakin 1996-cı ildə yenidən “Apple”-ın “başı”na keçən Cobs səmərəli fəaliyyəti nəticəsində kompyuter bazarında şirkətin xüsusi payını əhəmiyyətli dərəcədə artırır.
Emmanuel Svedenborq (1688-1772) Stokholmda anadan olmuşdur. O, təbiət elmləri üzrə yazdığı külli miqdarda məqalələr sayəsində məşhur idi. Anatomiya, fiziologiya, psixologiya sahəsində yazdığı əsərlərlə öz müasirləri arasında nüfuz qazanmışdır. Ömrünün sonlarında o, mənəvi böhran keçirmiş, axirət dünyasının müqəddəs varlıqları ilə əlaqəyə girməsindən danışmışdır.
Onun son əsəri ölümdən sonrakı həyat barədə canlı təsvirlər verir. Onun şəxsi təcrübəsinin təsvirinin müasir kiliniki ölüm halı keçirmişlərin sübutları ilə üst-üstə düşməsi daha bir qəribə mümunədir. Svedenborq qan dövranı və nəfəs alma dayandıqda özünün hansı hissləri keçirdiyini təsvir edir: “İnsan ölmür o, sadəcə öz fiziki örtüyündən azad olur. Bu örtük ona yalnız fiziki aləmdə lazım idi… İnsan öldükdə yalnız bir haldan başqa bir hala keçir”.
Svedenborq təsdiq edir ki, o, ölümün ilk mərhələlərindən keçmiş və özünü bədəndən xaricdə hiss etmişdir: “Mən tamamiylə hissiyat qabiliyyətimi itirmişdim, yəni demək olar ki, ölü vəziyyətində idim. Amma daxili həyatım, şüurum toxunulmaz qalırdı. Belə ki başıma gələnləri yadımda saxladım. Şüurumun məni tərk etməsini, yəni ruhumun bədəndən çıxmasını isə xüsusilə, yaddaşıma həkk etdim.”
Bəlkə də, rəssamın təbabətə aid məqalə ilə çıxışı qəribə görünür. Lakin bunun tutarlı səbəbi var. Bu da bütün dövrlərin fenomeni olan Leonardo da Vinçinin anatomiyanı mükəmməl bilməsi ilə bağlıdır. Bu yazıda onun anatomik qabiliyyəti haqqında söhbət açmağa çalışacağıq. Dahi hər zaman öz dövrünü qabaqlayır, o, müasirləri tərəfindən az başa düşülür və qiymətləndirilir. Adətən onun aqibəti yalnız minnətdar nəsillərin tərəfindən vəfatından sonra tanınmaq və qəbul olunmaq olur. Leonardo da Vinçinin həyatı ilə dərindən tanış olarkən, onun çoxdan məlum olan yaşayışı haqqında yazılmış səhifələri vərəqləyərkən, bir çox şeylərə gözlənilməz nəzər nöqtəsindən baxmağa başlayırsan.
Çox təəssüf ki, Leonardonun əlyazmaları, XVIII əsrin ortalarına qədər məlum olmayıb və müasir dövrə natamam, dağınıq şəkildə gəlib çıxıb. Yüz illiklər ərzində Leonardonun bir çox elmi ixtiraları və nailiyyətləri naməlum qalmışdır. Anatomik şəkillər və yazılara gəldikdə isə, onlar yalnız XVIII əsrin 60-cı illərində məşhur anatomlar İ.F.BIumenbax və Uilyam Gönterin diqqətini cəlb edib. O yazırdı: «Мәn Leonardonun rəsmlərində ən yaxşı halda, rəssama lazım olan anatomik qeydləri aşkar etməyi gözləyirdim, lakin təəccüblə yəqin etdim ki, Leonardo anatomiyanı, onun tam genişliyi və dərinliyini əhatə etməklə öyrənib".
İsveçrənin Sürix şəhərinin yaxınlığında kiçik bir kənddə dünyaya gözünü açan bu körpəyə atası Fillipp adını verdi. Parasels adını isə Fillipp özü qazandı. Daha doğrusu, dövrünün qədim təbibi Selsin şan-şöhrətini, uğurunu yaşamaq məqsədilə Fillipp «Selsə oxşayan» anlamını verən bu adı şəxsən özü seçdi. Baxıcı anası və həkim atası ailəni çətinliklə dolandırırdı. Onlardan övladlarına qalacaq yeganə var-dövlət isə zəngin kitabxanadan ibarət idi.
Tərcümeyi halında məktəb təhsili haqda heç bir məlumat verilmir. Mənbələr onun özbaşına təhsil almasında israrlıdır. Məktəb təhsili olmadığı üçün nəzəri biliklərin öyrənilməsi və mənimsənilməsinə marağı az olmuşdur. O öz fəaliyyətində praktiki vərdiş, adət-ənənə və müşahidələrə üstünlük vermişdir.
Paraselsin məşhurlaşmasında qadın faktoru önəmli yerlərdən birini tutur. Çünki o dövrdə qadınlar öz xəstəliklərini həkimlərə bildirməkdən ya çəkinir, ya da utanırdılar. Elə bu məqsədlə də onlar özlərini cadugər, falçı və ovsunçulara etibar edirdilər. Digər bu qisim peşə sahibləri də, öz növbəsində, qadın xəstəliklərini təbib, həkim və loğmanlardan yaxşı mənimsəmişdilər. Anasının qəbulunda olan belə qadınların problem və xəstəliklərini dərindən müşahidə edən Parasels sonralar öz pasiyent dairəsini məhz qadınların hesabına daha da genişləndirir. Təsadüfi deyil ki, dövrünün ilk «Qadın xəstəlikləri» kitabı ona qədər olan heç bir təbib tərəfindən yazılmamışdır.
Əlkimyanı dərindən bilən atasının sayəsində isə həkimlik fəaliyyətində dərman terapiyasının sirlərinə yiyələnməsi onun əlindən tutur.
1494-cü ildə Şanonda əczaçı ailəsində doğulmuşdur. Hələ körpə ikən anasını itirən Rable monastıra verilir və 10 yaşınadək burada yaşamalı olur. Sonralar atasının təkidi ilə Fransiskan monastırına keçirilir və təhsilini orada davam etdirməli olur. Uşaqlıq və gənclik illəri Avropanın təzadlı və qaynar dövrünə təsadüf etdiyi üçün Rable bir çox elmi biliklər və sahələrdə özünü sınamalı olur.
Fransua Rable — böyük Avropa satiriki olmaqla bərabər pedaqoq, filoloq, arxeoloq və həm də təbib kimi özünü təsdiq edə bilmiş olur. Monastrda əsasən dini və fəlsəfi biliklərə yiyələnən Rable 25 yaşında Monpolye Universitetinin tibb fakültəsinə qəbul olunur. Burada o, Mişel de Nostradamusla tanış olur. Əsası 768-ci ildə qoyulmuş Dominikan monastırı nəzdində 1020-ci ildə yaranmış bu fakültə Avropanın ən prestijli tibb ocağı kimi tanınırdı. Artıq 1220-ci ildən bu tibb fakültəsi sərbəst Monpolye Universiteti kimi fəaliyyət göstərməyə başladı.
1530-1532-ci illər və 1537-39-cu illər Rablenin əvvəl tələbəlik, sonralar müəllim kimi çalışdığı illərə təsadüf edir. Belə ki, 1539-cu ildə tibb elmləri doktoru — professor dərəcəsi olan doktor Rable Notrdamda hospitalın baş həkimi və kardinal J.Dyu Bellenin şəxsi həkimi və baş məsləhətçisi olur. Praktik həkim kimi dəri-zöhrəvi xəstəliklərin müalicəsi və müayinəsinə üstünlük verən professor həm də elmi anatomiyanın pioneri hesab olunur.
Malcolm X (Malcolm Little ve daha sonrasında əl-Hac Malik əl-Şahbaz) (Omaha 1925 — Nyu York 1965) amerikalı siyasi xadim və qaraların hüquqlarının müdafiəçisidir.
1952-ci ildə Malcolm X adıyla “Black Muslims” hərəkatına qoşuldu. Elijah Məhəmmədin ideologiyasını mənimsədi və ona ABŞ daxilində müstəqil Qaralar Respublikasının qurulması fikrini aşıladı. Ancaq, 1964-cü ilin mart ayında iki liderin arası dəydi; Malcolm X Afrika — Amerika Birliyi Dərnəyini qurdu ve 1964-cü ildə Afrika ilə Orta Şərqə (Məkkəyə həcc üçün getdi) iki dəfə səfər etdi. Qayıtdıqdan az sonra öldürüldü.
Malkolm 1925-ci il may ayının 19-da anadan olub. Babtist vaizi, rahib olan atası Earl Little, Markus Qarveyin qurduğu UNİA (Dünya Zənciləri Həmrəyliyi Birliyi) cəmiyyətinə üzv olaraq bu cəmiyyət uğrunda həyatını qurban vermişdi. Bu cəmiyyətin əsas məqsədi istər Amerikada, istərsə də dünyada olan bütün zənciləri öz dədə-baba vətəni olan Afrikaya geri qaytarmaqla orada yaşamağa təşviq etmək idi. Bu məqsədlə demək olar ki gününün çoxunu evindən uzaqda keçirən atası getdityi hər yerdə, iştirak etdiyi hər bir məclisdə bu cəmiyyətin əsas fikrini aşılamağa çalışırdı. Onsuz da ağ dərilərdən bezən, onlardan bir dəfə də olsun xoş söz eşitməyən və hər yerdə əzilən zəncilərin bunlara inanmaqdan başqa çarələri qalmamışdı. Çünki o vaxtlar zəncilər ən aşağı silkin nümayəndələri hesab olunurdular ki, bu da “Vətən”i dəyişdirməyə nədən olan kifayət qədər nifrətin mövcudluğunu göstərən açıq aşkar bir dəlil, həqiqət idi… Ingilis Qərb İndiasında doğulmuş anası Leose Littlenin atasının ağ dərili olduğu üçün onun ağ qadınlardan heç bir fərqi yox idi. Ancaq Malkolm bəzi zəncilərin bu səbəbdən özlərini xoşbəxt saydıqları kimi fikirləşmir, hətta ağ dərili atası olduğu üçün utanırdı.