Böyük çatışmamazlıqlar ancaq böyük insanlarda olur. (Laroşfuko).
Dahilik, bacarıq, istedad və s. və i.a. Maraqlısı budur ki, insanlar fərqli olduğu kimi sadaladığım anlayışları da hərə özünə görə bir rəylə izah edir və bu təbiidir. Məsələn çox yerdə oxumuşam ki, dahiliyin nə olduğunu öyrənməyə çalışır və onu dəlilik kimi də adlandırıblar və bunları özün də araşdıran zaman görürsən ki, deyəsən bunun həqiqətən də doğruluq payı var. Hər halda bu bütün yaradıcı şəxslərə şamil edilmir.
Dahilik bir dəlilikdirmi?!
Şamil 1797-ci ilin 9 iyununda Dağıstanın Gimri aulunda Dəngi Məhəmmədin ailəsində anadan olmuşdu. Onun ulu babası vaxtilə bütün Qafqazda tanınan qulluq Əmir xan idi. Anası Baxu Məsəd isə avar bəyi Pir Budağın qızı idi. Uşağın adı Əli idi. Amma arıq və sısqa olduğuna, daim xəstələndiyinə görə qədim adətə uyğun olaraq uşağın adını dəyişib dayısının adını — Şamil qoydular ki, onun kimi sağlam və igid olsun. O, böyüdükcə sağlam və güclü bir gəncə çevrildi. Yaxşı təhsil aldı. O, təhsilini mədrəsədə almış, ərəb və fars dillərini öyrənmişdi.
Şeyx Şamilin ölkəsinin azadlığı uğrunda apardığı mübarizə dünya azadlıq müharibələrinin ən möhtəşəmlərindəndir. Kiçik bir qəbilə rəisinin bir ovuc mücahidlə 125 milyonluq dövləti 25 il çaşbaş salmasına başqa bir nümunə tapmaq mümkün deyildir.
Sezar çox xəyanətlərin şahidi olmuşdu. Ancaq o, belə bir xəyanəti heç vaxt gözləmirdi. Onun üzərinə düşmənləri deyil, yaxın bildiyi dostları gəlirdi. Xəncərlər sıyrılaraq havaya qalxmışdı və o, artıq hiss edirdi ki, ölümdən qaça bilməyəcək. Qorxudan rəngi sapsarı olmuşdu, hayqırmaq istəyirdi, ancaq ağzını aça bilmirdi. Sanki hansısa bir əl onun ağzını möhkəm-möhkəm bağlamışdı. Əslində qorxudan onun dili tutulmuşdu. Əllərini uzadaraq köksünə endirilən xəncər zərbələrinə mane olmaq istəyirdi. Gözləri isə onu öldürənlərdən amaıı diləyir, yalvarır, yalvarır, yalvarırdı. Bəlkə də başqası olsaydı, Sezarın bu dilsiz yalvarışlarının qarşısıııda tab gətirə bilməz, əlləri boşalardı. Ancaq Sezarı öldürməyə gələnlərin gözlərini qan tutmuşdu. Onlar yalnız qarşılarındakını didib-parçalamaqdan başqa bir şey düşünmürdülər… Sui-qəsdçilərin amansızcasına məhv etmək istədikləri adam bir vaxtlar dağılmaqda olan Romanın fəxri sayılırdı.
Nostrdamusun proqnozları yüz illərdir mübahisələr, müzakirələr mövzusudur. Mütəxəssislər onun proqnozlarının, adətən, doğru çıxdığını qeyd edirlər. Türk mətbuatı onun dördlüklərinin yozumu əsasında 2008-2167-ci illər üçün proqnozunu dərc ediblər. Maraqlı olcağını düşünüb sizə təqdim edirik.