Böyük fantastika yazıçısı Jül Vern eyni zamanda 4000-ə qədər müxtəlif tapmaca, bilməcə və başqa folklor nümunələrinin müəllifi olmuşdur.
Aleksandr Porfideviç Borodini (1833-1887) musiqiçilər bəstəkar, elm xadimləri (xüsusilə kimyaçılar) isə bir alim-kimyaçı kimi tanıyır və yaradıcılığını yüksək qiymətləndirirlər. Çünki A.Borodin xarakter və məzmunca bir-birindən çox uzaq olan iki müxtəlif ixtisas: kimya və musiqi sahəsində eyni həvəslə fəaliyyət göstərmiş və görkəmli müvəffəqiyyətlər qazanmışdır.
Dahi fiziklərdən Eynşteyn böyük məharətlə skripka, Heyzenberq royal çalırdı.
Qeyri-Evklid həndəsəsinin yaradıcılarından biri olan Y.Bolyan məşhur skripkaçı idi, o 16 yaşında musiqi bəstələmişdir.
Dahi rus alimi M.V.Lomonosov nəinki böyük kimyagər,fizikaşünas, geoloq olmuş, o həm də tarixçi, dilçi və hətta şair idi.