İnsan idrakının əsas formalarından olan elm bir sıra sosial funksiyalara malikdir. Müasir elmin üç sosial funksiyası xüsusi qeyd edilir:
XVII əsrdən başlayaraq fəlsəfənin inkişafında yeni dövr adlandırılan mərhələ başlamışdır. Yeni dövr fəlsəfəsində təcrübəvi təbiətşünaslıqdan irəli gələn güclü materialist meyl xarakterik cəhətdir. lakin bu materializm mexaniki, metafizik materializmi idi. Təbiətin öyrənilməsində bu cür yanaşma metodu F.Bekon olmuşdur. O, öz fəlsəfi əsərində antik dövrün idealizmini və orta əsrlər dövrünün idealizmini və orta əsrlər dövrünün sxalastikasini kəskin tənqid edərək fəlsəfənin vəzifəsini elmdən istifadə etməsini göstərmişdir. Onun fikrincə, bu işdə yeni idrak metodu mühüm rol oynamalıdır, çünki «bilik qüvvədirsə, metod ona aparan yoldur, yoçunun yolunu işıqlandıran fanardır».
Varlığın ən ümumi universal əlaqələri kateqoriya (yunanca – mülahizə, müddəa deməkdir), anlayışında ifadə olunmuşdur. Onlar gerçəklik hadisələrinin, idrakın mühüm və ümumi xassələrini, tərəflərini əks etdirən əsas və ümumi anlayışlardır. Fəlsəfi kateqoriyalar məzmunu gerşəkliyin xassə, əlaqə və münasibətləri haqqında ümumiləşdirilmiş bilikdən ibarət olan fəlsəfənin əsas anlayışlarıdır. Hər bir obyektin idrakı onun xassələrinin öyrənilməsindən başlayır. Xassə predmetin digər predmetlərlə fərq və ya oxşarlığını şərtləndirən və onlarla qarşələqlə təsirdə təzahür edən tərəfdir. Predmetin xassələrinin məcmusu onun keyfiyyətini təşkil edir.
Dialektikanın özünəməxsus tarixi vardır. Qədim Yunanıstanda dialektika dedikdə (yunanca mübahisə aparmaq sənəti, mühakimə yürütmək deməkdir) elmi müsahibə, mübahisə etmək sənətini başa düşürdülər. Qərb fəlsəfəsində və elm məktəbində sübut nəzəriyyəsi kimi mövcud olmaqdadır. Dialektika ideyaları fəlsəfənin bütün tarixi ərzində inkişaf etmişdir.
Dünyada mövcud olan bütün predmet və hadisələrə müəyyən tərəflərdən ölçü anlayışını tətbiq etmək mümkündür. Cisimlərin malik olduğu xassə və münasibətlər məkan kateqoriyasının məzmununu təşkil edir. Obyekt və proseslərin sürəkliyi və onlar arasında «gec», «tez» qəbildən olan münasibətlər zaman kateqoriyasının mahiyyətini təşkil edir. Deməli, məkan və zaman varlığın, materiyanın mövcudluğunun obyektiv real formalarıdır.
Şüur fenomeni ən müəmmalı, çoxlu mübahisə və diskussiyalara səbəb olan problemlərdəndir. Bu isə şüurun öz təbiəti ilə əlaqədardır. Şüur insanın varlığı ilə əlaqədardır. Şüurun ən mühüm xassəsi onun ideal olmasıdır. Şüura materialist baxışa görə o, insan beyninin fəaliyyəti prosesidir, beynin funksiyası olmaq etibarı ilə ondan kənarda mövcud deyildir. Beyin isə fikir orqanı, materiyasıdır, özünəməxsus şüur aparatıdır. Şüur beynin fəaliyyətinin məhsuludur.
İnsanın ətraf aləmdə düzgün oriyentasiya götürməsi gerçəkliyin şüurda yenidən hasil edilməsini, cisim və hadisələrin beyində adekvat inikasını tələb edir. İdrak nəzəriyyəsi — idrakın mənşəyi və mahiyyəti, biliyin strükturu və inkişaf qanunları, onun əsası və meyarı, idrakın pillələri və əsas formaları, elmi tədqiqatın prinsipləri, metod və üsulları haqqında bütöv bir fəlsəfi təlimdir. İdrak nəzəriyyəsi üçün müstəsna əhəmiyyətkəsb edən məsələlərdən biri praktika problemidir.
Müxtəlif fəlsəfə məktəbləri və cərəyanlarının kateqoriya apparatı sistemində
sistemində varlıq kateqoriyası mərkəz yeri tutur. Varlıq sözü müxtəlif dünya dillərində təxminən «var olmaq», «mövcud olmaq», «üzə şıxmaq», «reallıq» mənalarını verir. Müasir fəlsəfə ədəbiyyatında varlıq anlayışı iki mənada:
1) Dar mənada şüurdan asılı olmadan mövcud olan obyektiv reallıq;
2) Geniş mənada materiya, şüur, ideyalar, hisslər, insanların fantaziyaları kimi işlədilir.
Şəxsiyyət mürəkkəb strüktura, element tərkibinə və müxtəlif xüsusiyyətlərə malik olan bütöv bir sistemdir. Şəxsiyyət öz rolunu yalnız ictimai münasibətlər sistemində yerinə yetirə bilər.
V.Şekspir vaxtı ilə yazmışdır ki, bütün dünya teatr tamaşasından ibarət olan bir səhnədir. Orada kişi və qadınların hamısı aktyorlardan ibarətdirlər. Bu dramda yeddi səhnədə körpələr, məktəblilər, gənclər, sevgililər, əsgərlər, hakimlər və qocalar iştirak edirlər.
Orta əsrlər dövründə həm Qərbdə, həm də Şərqdə feodalizm cəmiyyətinin hakim ideologiyası dindən ibarət olmuşdur. Fəlsəfi fikrin əsas çıxış nöqtəsini və obyektini müqəddəs yazıların ehkamları təşkil edirdi. Orta ğsrlər dövrünün fəlsəfi fikri isə öz kökləri ilə monoteizmlə, təkallahlılıqla bağlıdör. Fəlsəfənin inkişafı udaizm, xristianlıq və islam dini ilə bilavasitə bağlıdır. Qədim dövrlərin fəlsəfəsindən fərqli olaraq orta əsrlər fəlsəfəsi monoteizmə əsaslanan teosentrik xarakter daşıyır. Burada bütün mövcud olanların əsasında təbiət deyil, ilkin əsas və səbəb olan Allah durur.