İlk peşəkar PR-menlərdən biri jurnalist Ayvi Li olub. O, əvvəlcə kömür sənayesi sahəsində çalışıb, sonra Pensilvaniya dəmir yolları idarəsi üçün PR xidmətləri göstərib, 1914-cü ildə isə Con Rokfellerin məsləhətçisi olub.Mətbuat və işgüzar dairələrlə münasibətlərin qurulmasına cavabdeh olan Ayvi Li əsasən kömür sənayesində və dəmir yolunda o zaman tez-tez baş verən qəzalarla məşğul olurdu.
Beləliklə, iddia etmək olar ki, yarandığı ilk dövrlərdən PR-nin əsas vəzifələrindən biri böhran anlarında təşkilatın imicini qoruyub saxlamaq olub. Doğrudan da, PR fəaliyyəti yalnız furşetlər və banketlərlə müşaiyət olunan gözəl və möhtəşəm tədbirlərdən ibarət deyil. Yaxşı PR xidməti daim böhran vəziyyətinə hazır olmalıdır, mümkün qədər onu qabaqlamalıdır. Hər bir böhran gec-tez keçib gedir, lakin həmin vəziyyətdə təşkilatın davranışı böhran qurtardıqdan sonra ictimaiyyətin ona münasibətini müəyyən edir.
Bu danışıq aktı aktiv fəaliyyət göstərən insanlar üçün yazılmışdır. Uğurlu ictimaiyyət danışığı xüsusi təcrübə, sizə kömək etmək üçün asan strategiyaları: əsəbiliyin qarşısının alınması, təqdimat təsirini artırmaq üçün iş potensialınızdan maximum dərəcədə istifadə edilməsini və s. tələb edir. İctimai danışıqdakı səhvlərin qarşısını almaq üçün bir sıra məsləhətlər irəli sürülmüşdür. Hətta ən güclü natiqlər də bu məsləhətlərə riayyət etməyə çalışırlar.
Konfranslar, dəyirmi masalar, seminarların təşkili ictimai təşkilatların və partiyaların fəaliyyətində mühüm yer tutur. Hərçənd kommersiya strukturları da yeri gələndə bu cür tədbirlərin təşəbbüskarı və ya sponsoru kimi çıxış edirlər.
Mətni sadələşdirmək üçün yuxarıda sadaladığımız tədbirlərin hamısını bundan sonra eyni sözlə «işçi görüş» (ing. workshop, rus. raboçaya vstreça) və ya sadəcə «konfrans» adlandıracağıq. Lakin qeyd etmək lazımdır ki, dəyirmi masaların, seminarların və konfransların hamı tərəfindən qəbul olunmuş fərqli xüsusiyyətləri var. Məsələn, seminarda treninq (öyrətmək) amili daha güclüdür. Burada «öyrədən» iştirakçılarla «öyrənən» iştirakçılar arasındakı fərq aydın görünür. Onun əksinə olaraq, dəyirmi masada hamı eyni «status» daşıyır, hərçənd burada da aparıcının (bu rolda adətən dəyirmi masanın təşkilatçısı çıxış edir) «xüsusi status»u» hiss oluna bilər.
İşgüzar danışıqlar PR fəaliyyətinin tərkib hissəsidir. Belə danışıqların auditoriyası mövcud və ya potensial partnyorlardan, əməkdaşlardan, dövlət adamlarından ibarətdir. Bu auditoriya ilə kütləvi tədbirlər (prezentasiyalar, sərgilər) zamanı yaradılmış ünsiyyəti daha da dərinləşdirmək vacibdir. Bunun isə ən optimal üsulu xüsusi olaraq işgüzar görüşlər təşkil etməkdir.
Səmərəli nəticə əldə etmək üçün danışıqları necə aparmaq lazımdır? Bu barədə qədim filosoflardan tutmuş müasir psixoloqlara qədər yüzlərlə müəllif minlərlə əsər yazıb. Yunan filosofu Sokratın ehkamları bu gün Beynəlxalq Pablik Rileyşnz Assosiasiyasının (International Public Relations Assosiation — IPRA) etika kodeksinin əsasını təşkil edir: tərəflərin bərabərliyini və təkrarolunmazlığını qəbul etmək; istənilən məsələ üzrə fikir ayrılığına hörmətlə yanaşmaq; işgüzar görüş zamanı qarşılıqlı surətdə bir-birini zənginləşdirmək.