Heyvanlar aləmi kateqoriyası üzrə məqalələr

Mövsümə və torpağa görə dəyişən tük rəngi


Mühitə görə rəng dəyişdirmə hadisəsi heyvanların bədənlərində yaradılmış olan olduqca kompleks mexanizmlər sayəsində reallaşır. Günəşdə qalan insan dərisinin qızarıb-tündləşməsinə bənzədilə biləcək bu mexanizmlər heyvanların dəri və tüklərində rəng dəyişikliklərinə gətirib çıxarır.

Əhəmiyyətli olan bu tük dəyişməsinin heyvan üçün böyük bir qorunma mexanizmi meydana gətirməsidir. Qışın qarlı günlərində ağ, digər mövsümlərdə torpaq rəngində olan tüklər kamuflyaj baxımından böyük üstünlük təmin edir.
Davamı →

Atların ayaq üstə yatma xüsusiyyəti

Necə olur ki, atlar ayaq üstə yatarkən yıxılmırlar? Çünki  ayaq sümüklərinin kilidlənmə xüsusiyyəti var. Bu xüsusiyyət sayəsində atlar həm ayaq üstə yatır, həm də çox ağır yükləri daşıyırlar. Halbuki, insanlar oturduqları yerdə yuxuya getdikdə belə başları yana düşür.

Atların ayaqları təkcə ağır yük daşımaq üçün deyil, eyni zamanda, daha sürətlə qaçmaq üçün xüsusi yaradılmışdır. Digər heyvanlardakı kimi atlarda körpücük sümüyü yoxdur. Bu onların daha böyük addım atmasına səbəb olur. Bundan əlavə, atların ayaqlarında sürətləndikcə sərf etdikləri gücü azaldan, bunun əvəzində hərəkət qabiliyyətlərini artıran sümük-əzələ mexanizmi var. Bu mexanizmin işləməsini avtomobillərdəki ötürücü mühərrikə bənzədə bilərik. Sürətini artıran avtomobilin sürət qutusunda növbəti sürət çarxına keçməsi kimi, atlar da sürətlərini artırdıqca bir növ növbəti sürət çarxına keçirlər. Bu yolla itələməyə sərf edilən güc azaldılır, hərəkət qabiliyyəti artır.

Davamı →

Kompleks bədən sistemlərinə sahib olan Akulalar

Ağ akulalar ovlarını gözləri ilə izləyərək tuturlar. İsti mərcan qayalıqlarında üzən bu canlılar ovlarını rahatlıqla görürlər. Ancaq soyuq okeanlarda akulaların soyuqdan görmə qabiliyyətlərinin zəifləyəcəyi düşünülür.

Normal şəraitdə soyuq suyun təsirindən kimyəvi proseslər yavaşladığı üçün heyvanın gözlərinin sürətlə hərəkət edən ovunu izləməsi çox çətin olmalıdır. Ancaq akulanın heç vaxt belə problemi olmur. Çünki ağ akulaların gözləri özləri kimi soyuqqanlı deyil. Akulanın bu növündə bədən əzələlərinin istiliyi birbaşa gözlərə ötürülür. Bunun sayəsində, onlar sürətlə hərəkət edən balıqları rahatlıqla tuta bilirlər.

Davamı →

Zəhərli evkalit yarpaqları ilə qidalanan Koalalar

Koala Avstraliyada yaşayan kisəli heyvanlardan biridir. Bu canlılar həyatlarının böyük hissəsini evkalipt ağaclarının üzərində keçirirlər.

Evkalipt ağacı koalalar üçün həm ideal qorunma məkanı, həm də qida və dərman mənbəyidir. Evkalipt yarpaqları bir sıra tibbi təsirə malikdir. Bu yarpaqlar efir yağı ilə zəngindir. Bu yağın kimyəvi tərkibi bir çox heyvan üçün öldürücüdür, yəni zəhərlidir. Koalanın qaraciyəri bu maddənin zəhərini zərərsizləşdirən xüsusi sistemə malikdir. Bu səbəbdən, koalalar digər canlılardan fərqli olaraq bu zərərli bitkini rahatlıqla qida kimi istifadə edirlər.

Koala evkalipt budaqlarında hərəkət edərkən, bu yarpaqların yağları heyvanın bədəninə də sürtülür. Bədənə sürtülən yağın bir hissəsi havaya sovrulur, digər hissəsi isə bədəndə qalır. Bu isə heyvanın bədənindəki parazitlərin yerə tökülməsini təmin edir.

Davamı →

İtlər haqda maraqlı faktlar

Siz ola bilsin düşünürsünüz ki, itinizlə bağlı hər şeyi bilirsiniz, lakin əmin ola bilərsiniz ki, hələ bilmədiyiniz çoxlu faktlar var. Aşağıdakı faktları çox güman ki, əvvəllər eşitməmisiniz.

1. Əslində itin quyruğunu bulaması heç də həmişə onun yaxşı əhvalda olması demək deyil. Faktiki olaraq bu tam tərsi də ola bilər. Bu onun kiməsə hücum edəcəyi mənasını da verə bilər.

2. Əgər siz İranda yaşayırsınızsa, qanun sizə iti ev heyvanı kimi saxlamağa icazə verməyəcək. Ov iti və ya gözətçi it saxlamaq isə sərbəstdir.
Davamı →

Maraqlı faktlar-3

1. Gəmiricilərin dişləri daima böyüyür.
2. Timsahın dili damağına birləşik olur.
3. Siçovul susuz dəvədən daha dözümlüdür.
4. Kenquri quyruğu yerə dəymədən tullana bilmir.
5. Bayquşların qrupu, toplusu parlament adlandırılır.
6. Köstəbək bir gecədə 250 addımlıq bir tuneli qaza bilir.
7. Bir erkək kəpənək bir dişi kəpənəyi 7 mil məsafədən hiss edir, qoxusunu duyur.

Davamı →

Mükəmməl eşitmə sisteminə malik güvələr

Bir heyvan həyatda qalmaq üçün düşmənini və ya ovunu müəyyən etməlidir. Bunun üçün qarşısındakı canlını çox yaxşı tanımalıdır. Bu baxımdan güvələr ən böyük düşmənlərinin, yəni yarasaların yem ovlayarkən istifadə etdikləri yüksək tezlikli səsləri eşidib tanıma xüsusiyyətlərinə malikdirlər.

Güvəyə bu xüsusiyyəti qazandıran mərkəzi sinir sistemini öyrənmək və güvənin yarasadan necə xilas olduğunu müəyyən etmək məqsədilə tədqiqatlar aparan Tafts Universitetindən bir neçə tələbə və elm adamı gecə güvələrinin mərkəzi sinir sistemini tədqiq edərək möcüzəvi nəticələr əldə etdilər. Tədqiqatlar nəticəsində güvələrin qulaqlarındakı xüsusi sistemlə yarasalardan qorunduqları məlum oldu. Sadə görünən bu sistem, əslində, güvənin ultrasəs dalğalarını eşitməsini təmin edən mükəmməl quruluşa malikdir.

 Yarasalar qaranlıqda necə yem ovlayırlar?
Həşəratyeyən yarasalar gecə uçarkən ardıcıl yüksək tezlikli səs yayırlar. Beləliklə, əks-səda  mənbəyinin istiqamətini və uzaqlığını müəyyən edərək yemi tapa bilirlər. Bu radar o qədər həssasdır ki, yarasalar bununla ağcaqanaddan da kiçik həşəratları tapa bilirlər.

Davamı →

Ən ağıllı heyvanlar


Planetin ən ağıllı heyvanının hansı olduğunu araşdıran tədqiqatda ilk yeri şimpanzelər tutmuşdur. Onların intellektual bacarıqları kifayət qədər uzun müddətdə insanları heyrətləndirməyi bacarmışdır. Onlar öz problemlərini özləri həll edə, jestlərin dilini öyrənərək insanlarla ünsiyyət zamanı istifadə edə bilərlər. Bu heyvanlar rəqəmlərin yadda saxlanılması testində insanları geridə qoyur. Onlar hətta adi riyazi tapşırıqları həll etmək üçün kompüterdən də istifadə edə bilirlər.
Davamı →

Boa ilanları

 Tutduğu qurbanları əzərək öldürən boa ilanları qurbanlarını nə qədər sıxacağını hiss edə bilir. Qurbanının ürək döyüntülərinin zəiflədiyini hiss edən boa ilanları ancaq ürək döyüntüsü dayandıqdan sonra qurbanlarını yeyir.
 İlanların davranışlarını analiz edən tədqiqatçılar boa ilanlarının zənn edildiyindən daha çox toxunma qavrayışına sahib olduqlarını müəyyən etdilər.
 Təxminən 30 il ömür sürən boa ilanları 4 metr uzunluğunda olur. Zəhərləri olmayan boa ilanları qurbanlarını kiçik, qarmağa bənzər dişləri ilə tutur və bədənlərini qurbanlarına dolayaraq əzirlər.
 Gəmiricilər, meymunlar və hətta çöl donuzları ilə qidalanan boa ilanlarının çənə sümükləri bir-birinə çox elastik bağlarla bağlandığı üçün qurbanını bütünlüklə udur.

Davamı →

Havada, quruda və suda sürətlə hərəkət edən heyvanlar

Havada sürtünmə daha azdır. Bu vəziyyət və möhtəşəm uçma qabiliyyətləri quşları planetdəki ən sürətli canlılar edir. Quşlar arasında ən sürətlisi isə təxminən qarğa böyüklüyündə olan şahinlərdir. Şahinlər xüsusi ovlama texnikaları ilə sürətlərini nümayiş etdirirlər. Bir şahin havaya yüksəldikdən sonra özündən aşağıda uçan ovunun üstünə saatda322 kmsürətlə şığıyır. Havadakı bu toqquşma nəticəsində ölümcül hala gətirdiyi ovunu pəncələri ilə birdən tutaraq ovlama əməliyyatını sona çatdırır.

Şübhəsiz, digər quşlarla müqayisə edildiyində havada rekord sürətə çatan bu quşun toqquşma yerini hesablaya bilməsi və ovunu havada tuta bilməsi təsadüfən meydana gələ bilməz. Bununla yanaşı, şahin həyatını davam etdirmək üçün ovunu çox uzaq məsafələrdən də görə bilməlidir. Bu da şahinin görmə gücünün insandan 7 dəfə artıq olmasını ifadə edir. Şahinlərin qüsursuz ovçu olmalarını təmin edən bu yaradılış möcüzəsi Allahın üstün yaratmasıdır.

Davamı →
Top