
Evdə pişik saxlamağın psixologiyamıza müsbət təsir etdiyi hamıya məlumdur. Belə ki, pişiyi olan insanlar digərlərinə nisbətən daha xoşbəxtdirlər. Amma bununla belə, bu kiçik dostlarımızı evdə saxlayarkən bəzi problemlər də qaçınılmazdır. Əgər siz də evdə pişik saxlayırsınızsa verəcəyimiz məsləhətlər işinizə yarayacaq.
Keçən əsrin 20-ci illərdində Yellowstone Parkından bütün canavarları yox etmişdilər, səbəb sadə idi — canavarlar yırtıcıdırlar, maral, ceyran və.s kimi canlıları məhv edirlər. 1995-ci ildə canavarlar həmin parka yenidən qaytarıldı.
Bioloqlar müəyyən ediblər ki, bəzi heyvanlar həqiqətən də insanları müalicə etməyə qadirdir. Şəfa verən beş heyvan sırasına at, pişik, it, ilan və arı daxildir. Tədqiqatçılar heyvanat aləminin bu nümayəndələrinin hansı sahədə daha bacarıqlı olduğunu aydınlaşdıra biliblər.
Ayağınıza qonan bir milçəyi qovarsız qovarsız yenə gəlib ayağınıza qonar. Və yenə eyni hərəkətləri edərlər, ya qanadlarını təmizlərlər yada ayaqlarını bir birinə sürtərlər. Bəzən də başlarını təmizlərlər. Əlbəttə milçəklərin bu hərəkətlərinin elmi açiqlaması vardır.
Elm adamları qarışqaların çox təsirli mikrob təmizləmə üsulundan istifadə etdiyini aşkarlayıb. İsveçli tədqiqatçılar müəyyən ediblər ki, tüklü meşə qarışqaları (formica paralugubris) yuvalarına qatran yığırlar. Ancaq qarışqaların seçdiyi qatran bizim bildiyimiz qatranlara bənzəmir. Çünki onun malik olduğu xüsusi kimyəvi maddələr xəstəlikləri qarışqa yuvalarından uzaq tutur.Son zamanlarda dünyada maraqlı tendensiya yaranıb: heyvansevərlər vəhşi və daha ekzotik heyvanlar saxlamağa üstünlük verirlər. Evlərdə saxlanılan ən dəbli heyvanlar sırasında ekzotik iquanalar da var. Dünyanın müxtəlif yerlərində il ərzində yüzlərlə cavan iquana alınır. Bəlkə düşünürsünüz ki, iquanalar evlərdə belə asanlıqla saxlanırsa, deməli, onların pişiklər və ya itlərdən heç bir fərqi yoxdur. Əgər belə düşünürsünüzsə, səhv edirsiniz. Kənardan çox rəngli, sevimli və maraqlı görünən iquanalar əslində o qədər də asan xarakterə malik deyillər. Bu maraqlı, ekzotik heyvanların rəngli dünyasına kiçik bir səyahət etməyə nə deyirsiniz?
Təqdim edəcəyimiz heyvanlar indiyədək Yerdəki heyvanlar arasında ən böyüyü deyil, lakin öz növlərində ən böyük təmsilçi olmaları ilə diqqətəlayiqdirlər:
Ən böyük öküz
Dünyada ən böyük öküz təxminən iki ton çəkiyə malik erkək Donetto olub. 1950-ci illərin ortalarında İsveçrədə yaşayan və dünyada ən mehriban varlıq olan Donetto 1740 kiloqram çəki və 190 santimetr hündürlüyə malik olub.
