Heyvanlar aləmi kateqoriyası üzrə məqalələr

Türklərin 4 min illik dostu

Ötən il Rusiya Zooloqlar Cəmiyyəti “ən mistik” və “Azadlığına ən çox bağlı heyvan hansıdır?” — deyə bir sorğu keçirdi. İlboyu davam edən və 5 ölkədən 10 min insan arasında keçirilən sorğunun yekunlarına görə, respondentlər canavarı nəinki ən mistik və azadlığına bağlı heyvan, həm də ən sirli varlıq kimi xarakterizə ediblər. Sorğu Azərbaycanı əhatə etməsə də, yəqin, siz də razılaşarsınız ki, eyni nəticəni bizdən də gözləmək olardı. Çünki istər folkloru, istər mədəniyyəti, istərsə də dini inancları bizim qədər canavarla bağlı olan çox az xalqa rast gəlmək mümkündür.
Davamı →

Arıların həyatı - erkək arıları gözləyən son

Arı ailəsində bütün arıların işi var. Təkcə erkək arılar istisnadır. Erkək arılar nə pətəyin qorunmasında, nə təmizliyində, nə də qida tədarükündə iştirak edərlər. Onların pətəkdəki yeganə funksiyaları ana arını mayalandırmaqdır. Cütləşmə orqanlarından başqa digər arılarda olan xüsusiyyətlərin demək olar ki, heç birinə sahib olmadıqlarından sadəcə ana arını mayalandırmaqla məsuliyyət daşıyırlar.

Qış aylarında pətəkdə ancaq ana və işçi arılar olur. Çünki qış gəlməmiş erkək arılar ya pətəkdən bayıra atılır, ya da öldürülürlər. Lakin qış mövsümü bitdiyində işçi arılar erkək  arılar üçün pətək inşa etməyə başlayırlar. Ana arı isə şan qovuqcuğuna erkək arıları yetişdirən yumurtalarını qoyur. May ayının əvvəlində erkək arılar qovuqcuqlardan çıxmağa başlayırlar.

Davamı →

Ən güclü yaddaşa sahib Sidrquşu

İndiyə qədər təsbit edilmiş ən güclü yaddaşa sahib olan quş sidrquşudur. Bu quş Şimali Amerikada böyük qayalıqların, dağların  ətrafında və Böyük Kanyonda yaşayır. Onlar şam ağacının toxumları ilə qidalanırlar. Lakin bu toxumlar yalnız sentyabr ayının bir neçə həftəsi ərzində yeyilməli olur. Nəticə etibarilə, quş başqa həftələrdə qidalanmaq üçün tədarük görməlidir. Hər şeydən əvvəl toxumları gizlətmək üçün yer müəyyən edir. Bəzən müəyyən edilən yer şam ağaclarından 20 kmuzaqda olur. Sidrquşu ağaclardan topladığı toxumları gizlətmək məqsədilə bu toxumları yerə basdırır. Toxumu ilk cəhddə torpağa batırır və bəzən də işarə kimi toxumun basdırıldığı yerə kiçik bir daş qoyur.

Sidrquşu sentyabr ayının 3 həftəsi ərzində dayanmadan toxum toplayır. Çox möcüzəvidir ki, bu quş uçduğu zaman getdiyi yerləri, ağacları, qayaları, yamacları xatırlayır. Belə güman edilir ki, quş bütün bunları beynində canlandırdığı xəritəyə əlavə edir. Sidrquşu məhsuldar işlədiyi qısa zaman ərzində Böyük Kanyon ərazisinə yüzlərlə kilometr sahəyə 100 minə yaxın toxum basdırır. O, bu toxumların yerini əzbərləməlidir, çünki növbəti aylarda qidalanmaq üçün əzbərlədiyi xəritəsinə ehtiyacı olacaq. Əgər basdırdığı toxumların yerini xatırlamazsa, yaşaya bilməz. Amma bir problem də qalır. Qoyduğu işarələrin yerini ayrı-ayrı yadda saxlaması çətinləşir, çünki qar yağandan sonra görüntü tamamilə dəyişir. Yəni qar yağarkən qoyduğu işarələr də itir. Lakin bu vəziyyət quşu çaşdırmır və sidrquşu basdırdığı 100 minə yaxın toxumun 90%-ni tapır.
Məsələnin digər hikmətli tərəfi ondan ibarətdir ki, quşun tapa bilmədiyi toxumlar həm də ağacların say artımını təmin edir.

Davamı →

Heyvanların kamfulyajı

Bəzən heyvanlarda mühit rənginə və formasına uyğunlaşma o qədər güclü olurki, onları seçmək mümkün olmur. Bu uyğunlaşma heyvanları düşməndən və digər təhlükələrdən qoruyur.

Davamı →

Nəsli tükənmiş heyvanlar

1. Yura dövrünün sonları (150 milyon il əvvəl) ilə pro-kalkoltik dövrünün sonu ( 6 milyon il əvvəl) arasında yaşayan T-Rex dünyada ən böyük ətyeyən heyvan olub. Təxminən 7 metr boyu və 4,7 ton çəkisi olan T-Rex güclü arxa ayaqları üzərində gəzirdi. Böyük quyruğu ilə müvazinətini saxlayırdı. Ən çox diqqət çəkən dinozavr növü kimi seçilir. Dişiləri erkəklərindən daha güclü idi və bir dişləmədə 250 qram sümüklü ət yeyə bilirdi.

Davamı →

Dünyanın ən uzunömürlü heyvanları

Okean ilbizləri — 507 yaş. Şimali Atlantik okeanında yaşayır.

 

Davamı →

Maraqlı məlumlatlar-2

Yarasalar bizim qan sistemimizi «görür. Yarasa -yeganə məməlidir ki, qanla qidalanır. Bu qastronomiya meylliliyi hissin qeyri-adi incə inkişafı ilə bağlıdır və yeri gəlmişkən bunun sayəsində yarasalar son dərəcə qeyri-estetik buruna sahibdir. Bu hiss heyvanlara sizin venalarınız (damarlarınız) üzrə qaçan qanı „görməyə“ icazə verir.

Davamı →

Bu keçi növü özünü necə müalicə edəcəyini bilir

«Bezuar» Farsca dərman deməkdir. Bezuar keçisini ilan sancarsa heç vaxt itirmədən, yaşadığı ətrafda yetişən sütleğen bitkisi növlərindən yeməyə başlar. Bezuar keçisinin bu davranışı bizi çox maraqlı bir gerçəyə aparır. Sütleğen bitkisinin içindəki mayedə olan "Öforbon" maddəsi, qana qarışmış olan ilan zəhərini tamamilə təsirsiz hala gətirər. Yəni bu keçi növü, öz özünü necə müalicə edəcəyini bilir. Ən qəribəsi isə odur ki, gündəlik otlamaları əsnasında əsla sütleğen yeməyən Bezuar keçiləri bu bitkini yalnız müalicə məqsədli olaraq istifadə etmələridir. 

 

Davamı →

Maraqlı məlumatlar

Snayper sözü ilk dəfə ovçular tərəfindən işlədilmişdir. Səbəbi isə şəkildə gördüyünüz quşdur. Onun adı snipe-dır. Ovçuların onu nadir hallarda ovlaya bildiyi üçün snayp quşunu ovlayan ovçular snayper adlandırılmışdır.

Davamı →

Heyvanlarda albinizim

Albinizm (latınca albus- ağ, beyaz)
Albino ya da albinizm, soydan keçən bir maddələr mübadiləsi xəstəliyidir. Bu xəstəliyi daşıyanlara albinizm ya da albino deyilir.
Minlərlə insanı ya da heyvanı təsir edən genetik bir pozuqluq olan albinoluk rənglənmələrə təmin edən melanin piqment yoxluğu ya da azlığından qaynaqlanar. Gözlər, dəri, saçlar və bədənin o biri hissələrini təsir edə bilər. Akvarium balıqlarında da sıx olaraq görülməkdədir.
Albinolarda ( gərək insan, gərək heyvan ) dəri çox incə və ağımtıl ( ya da yüngülcə çəhrayı), etlər (və ya tüklər ) ağdır. Gözlərin gözbebekleri çəhrayı, şəbəkə təbəqədən əks olunan işıq qırmızıdır. Gözlər işığa həssasdır və ümumiyyətlə astigmattır. Albinoluk nadir də olsa, zəka geriliyi və ya fiziki gerilikle birlikdə olabilir.Derilerinde rəng piqmentləri olmadığı ya da az olduğu üçün günəşdən gələn zərərli şüalar bədənə girər və çox günəş altında olmaları ölümlərinə belə yol aça bilər.
Tam albinoluk, çöl heyvanlarında çox nadir görülər, çünki məhsuldar yaşa qədər bu heyvanların çox azı həyatda qala bilər. Tamamilə əksinədir çöl heyvanları, yırtıcılara qarşı qoruyucu rənglərindən məhrumdurlar; bu görə uzaqtan asanca görünərlər.
Qismən albinoluk, çox daha az zərərlidir və dəridə ağ nöqtələr ya da qollarda ağ perçemler halında görülər. Bədənin yalnız bəzi sahələrində melanin piqment olmaması " vitiligo " deyilir.

Davamı →
Top