Quşlar bədənlərindəki bütün xüsusiyyətlərin uçuş üçün xüsusi dizayn edilib. Göy üzündə ən yaxşı hərəkət etmə qabiliyyətinə malik quşlar olan qartalların da bədən quruluşları hər cəhətdən qüsursuzdur
Qartal (lat. Aquila) – qızılquşkimilər dəstəsinin qırğılar fəsiləsinə aid quş cinsi.
Bədəninin uzunluğu 75-88 sm, quyruğu isə qısadır. Geniş qanadları var və açılan halda2,4 m civarında olur. Ayaqları barmaqlarına qədər tüklə örtülü olur. 2-3 yaşlarında yetişkənliyə çatırlar.
Meşə və dağlarda yaşayırlar. Erkəklər həyatları boyu bir dişi ilə cütləşir və eyni yuvadan istifadə edirlər. Yuvaları əlçatmaz yerdə olur. Qartalların bəzi növləri 100 kq-a qədər yükü qaldıra bilirlər.
Dünyanın ən zəhərli heyvanları arasında ilk 5-likdə yer alan daş balığı İstanbul akvariumunda nümayiş etdirilir.
Kral kobradan, sarı əqrəbdən daha zəhərli olan bu balığın belindəki 13 zəhərli tikana dəyən canlılar iflic olurlar. Qayaya bənzəyən daş balıq Hind və Sakit okeanında yaşayır.
Alimlər yeni bir faktla heyvanlar aləmi üzrə aparılan araşdırmalarda indiyə qədər elmdə mübahisəlı bir mövzunu sübüta yetiriblər. Bələ ki, alimlər sübut ediblər ki, hətta 300 milyon il əvvəl də həşəratlar mövcud olub.
Fransa, Almaniya, Çexiya, ABŞ və Rusiyadan olan bir qrup alim 300 milyon il əvvəl həşəratların olduğunu sübuta yetiriblər.
Rusiya mətbuatına istinadən, bu barədə «Nature» jurnalı məlumat yayıb.
Alimlər daşların muzey kolleksiyalarını araşdırdıqdan sonra bu faktı sübut edə biliblər.
Fransa və Almaniya ərazisindən götürülmüş daşlara mikroskop altında baxdıqda kiçik həşəratları görə biliblər. Bu həşəratlar çox kiçik olublar. Qanadları tam açıldıqda isə 4 mm-dən 14 mm-ə qədər olub.
Dünyada ən nadir cins atlar Sorrayya adlanır. Hazırda bu atlardan təxminən 200 baş mövcuddur. Bu cins atlar öz adını Sorrayya çayının adından alıb. Məşhur portuqaliyalı ippoloq, zooloq və paleontoloq Ruy d'Andrade 1920-ci ildə bu atları ilk dəfə Sorraya cayın kənarında görüb.
1.Kit baş və ya kral hacıleylək — Китоглав иле королевская цапля.
Bu qəribə quş Şərqi Afrikanın tropik bataqlıqda yaşayır. Bu quş heç də balaca deyil, onun hündürlüyü 110-152 sm. ə qədər çata bilər.