Yaz gecələrinin qaranlığında otların arasında və ya havada uçarkən parıldayan, yanıb sönərək sarı-yaşıl işıq verən bir böcəyi görmüsünüz. Yanına yaxınlaşıldığında işığını söndürən, gecə qaranlığında izini itirən bu böcəyin adı işıldaquşdur. Əslində bu böcəyin verdiyi işığın odla da, istiliklə də bir əlaqəsi yoxdur. Bunun elmi adı 'soyuq işıqdır ki günümüzün texnologiyası bu işığı hələ süni olaraq yaratmağı bacara bilməmişdir.
Yüz illərdir insanları bir məsələ düşündürür:nə üçün arı öz şanını yalnız düzgün altıbucaqlı şəklində qurur?Əgər arılar şanı kvadrat şəklində qursa idilər,məsrəf çox olardı.Çünki kvadratın perimetr sahəsi onunla eyni olan çevrənin uzunluğundan çoxdur.Yox,əgər arılar şanı çevrə şəklində qursa idilər,sərhədləri qısa olsa da,çevrələr arasında qalan boşluqlar hesabına yenə də çox mum sərf olunardı.Riyaziyyatçılar uzun müddət bu məsələnin həllini tapmağa çalışdılar.Onlar aralarında boşluq olmayan və tərəflərinin uzunluğu ən qızsa olan (başqa sözlə,ən az mum sərf olunan) bir həndəsi fiqur tapmalı idilər.İlk baxışda bu şərtləri üçbucaqlar,kvadratlar və düzgün altıbucaqlar ödəyirdi.