Heyvanlar aləmi kateqoriyası üzrə məqalələr

Milçəklərin əllərini ovuşdurma səbəbi

Milçəklər bir müddət gəzdikdən sonra ayaqlarından yapışqan maddə çıxır. Bu maddələr tükləri isladır. Bunun sayəsində milçək tərs ya da düz səthlərdə rahatlıqla dura bilirlər.

Təxminən 1 milyon böcək növü bu formada özünə yapışqan təmin edir. Hamımızın ən çox gördüyü isə onların tez-tez qabaq ayaqlarını (əllərini) başlarına çəkməsi olur. Bu hərəkətin əsas səbəbi milçəklərin göz qapaqlarının olmamasıdır. Milçəklər gözlərini təmizləmək üçün qıçlarını gözlərinin üstünə sürtərək onların təmizlənməsini təmin edirlər.

Qeyd edək ki, milçəklərin ən müdafiəsiz anları məhz təmizlik vaxtıdır.

Davamı →

Qütb ayılarının mükəmməl xüsusiyyətləri

Qütb ayıları qar fırtınalarının 120-140 km sürətə çatdığı, ilboyu qarla və buzlarla örtülmüş bir yerdə çətin şəraitdə yaşayırlar.

Qütb ayıları 800 kq ağırlığında olub, boyları 2,5 metrə çatır.

 Dəri və tüklərindəki xüsusiyyətlər

Qütb ayıları buzlarla örtülmüş yerdə yaşadıqları üçün onları soyuqdan qoruyan ağ və qalın kürkləri var. 5 sm qalınlığındakı kürkün ağ görünən tükləri, əslində, şəffafdır. Temperatur itkisinin qarşısını alan fiberoptik xüsusiyyətlərə malik olan bu tüklərin içi boş və şəffaf şar kimidir. Bu şarlar günəş şüalarının istiliyini altdakı qara rəngli tükə qədər birbaşa ayının dərisinə ötürür və ayının qızınmasını asanlaşdırır. Bundan başqa, qütb ayılarının dərisinin altındakı 10 sm-lik yağ təbəqəsi istiliyin qorunmasını təmin edir. Bu minvalla, ayının kürkü və dərisi onu soyuq xarici mühitdən qoruyur. Həmçinin, bu kürk üzmək üçün də əlverişlidir. Suyun içində tüklər bir-birinə yapışır və qütb ayısı su keçirməyən yumşaq dalış paltarı geyinmiş olur. Beləliklə, ayılar buzlu sularda saatda 10-11 kmsürətlə2000 kmuzağa üzə bilirlər.  

Davamı →

Qarışqaların maraqlı mikrob təmizləmə üsulu

Elm adamları qarışqaların çox təsirli mikrob təmizləmə üsulundan istifadə etdiyini aşkar etmişlər. İsveçli tədqiqatçılar müəyyən etmişlər ki,tüklü meşə qarışqaları (formica paralugubris) yuvalarına qatran yığırlar. Ancaq qarışqaların seçdiyi qatran bizim bildiyimiz qatranlara bənzəmir. Çünki onun malik olduğu xüsusi kimyəvi maddələr xəstəlikləri qarışqa yuvalarından uzaq tutur.

Qarışqalar yuvalarını əhatə edən qozalı ağaclardan bərkimiş şirə dənəciklərini yığırlar. Yığılan qatranın miqdarı 20 kiloqrama çatır.

Lozanna Universitetinin professoru  Michel Chapuisat və tədqiqat qrupu qatranın antiseptik xüsusiyyətini test etmiş, qatran olan və olmayan yuvalarda müşahidələr aparmışlar. Qatransız yuvada üç qat daha çox göbələk törəməsi və xəstəliyə səbəb olan bakteriyaların artması təsbit edilmişdir.

Davamı →

Mərcanların heyrətamiz rəng nümayişi

Onurğasız canlılar olan mərcanlar sahib olduqları rəng müxtəlifliyini ilə sanki rəng nümayiş etdirirlər. Zooloq Fanny Houlbreque və tədqiqat qrupu son araşdırmalarında bu heyrətamiz rəng nümayişinin səbəbini ortaya çıxarmışlar.

Aparılan araşdırmaya görə, mərcanlar yalnız yaxşı qidalandıqda canlı rəngə bürünürlər. Təcrübələrində mərcanların bir qismini ac saxlayan, bir qismini də kiçik xərçənglərlə qidalandıran zooloqlar mərcanların içində yaşayan və onlara rənglərini verən yosunların mərcanların normal qidalandığı zaman sürətlə çoxaldığını təsbit etdilər. 

Araşdırmanın nəticəsi heyrətamizdir. Mərcanlar yaxşı qidalandıqda mərcan yosunları da yaxşı qidalanmış və yosunların çoxalmalarına səbəb olmuşdur. Nəticədə, mərcanlar daha gözəl rəng almışlar.

 

Davamı →

750 ayağı olan Qırxayaq

Bu qırxayağın 750 ayağı var. Elm adamları ən çox ayağı olan canlının anatomik xüsusiyyətlərini tədqiq edib.

“İllacme plenipes” adlanan bu canlıya ilk dəfə 80 il əvvəl rast gəlinmişdi. Son dəfə isə qısa müddət əvvəl Kaliforniyada yenidən kəşf edilib. Tədqiqatın nəticələri “Zoo Keys” adlı jurnalda dərc olunub. Tədqiqatı qələmə alan qrupun rəhbəri dr. Paul Marek “İ. Plenipes”in çoxayaqlılar aləminin sirlərlə dolu canlısı olduğunu deyir.

Davamı →

Antibiotik istehsal edən arılar

Zərərli bakteriya ilə birlikdə yaşayan çöl arısı istehsal edilən 9 cür antibiotikdən istifadə edərək sürfələrini infeksiyalardan qoruyur.

Çöl arılarının dişiləri yuvalarını torpağın içində qazır və burada yumurta qoyur. Çıxan sürfələri yedirtmək üçün bir bal arısını tutub, iflic edərək yumurtaların önünə qoyurlar. Ancaq torpağın altı canlılar və xüsusilə yumurta və sürfələr üçün etibarlı yer deyil. Torpaq isti, nəm və orqanik maddə baxımından zəngin olduğundan kif və bakteriyaların təsirinə məruz qalır. Arıların vəzifəsi sürfələri bu zərərdən qorumaqdan ibarətdir.

Dişi arılar balalarını qorumaq üçün öz antenalarında saxladıqları streptomiset bakteriyaları yuvanın tavanından asırlar. İsti yuva əldə edən bakteriya doqquz antibiotik maddədən ibarət olan ifrazat istehsal etməyə başlayır. Bu ifrazat bir çox zərərli bakteriya və göbələyə təsir edir. Yumurtadan çıxan sürfələr də tavandakı bu əcza şkafını açaraq bakteriyaları baramalarına sürtürlər.

Davamı →

Flaminqolardakı dizayn

Göz oxşayan rəngləri və estetik görüntüləri olan bu quşlar bol palçıqlı göllərdə koloniyalar şəklində yaşayırlar. Gölün dərinliyi yalnız qidalanmaq üçün deyil, eyni zamanda, yuva qurmaq üçün də əhəmiyyətlidir. 

Bu quşların tüklərinin rəngi flaminqonun növündən asılıdır. Açıq çəhrayıdan qırmızıya qədər dəyişən rənglərə sahib olurlar. Yedikləri alfa-karotinli və beta-karotinli qidalar tüklərin rəngini müəyyən edir. 

Diatomları, toxumları, mavi-yaşıl yosunları və qabıqlı canlılarısudansüzərək yeyirlər. Flaminqonun dimdiyində kiçik buğumayaqlıların qabıqlarını süzmək üçün ələyə bənzər xüsusi yer var.

Davamı →

Qanadları olmadan uçan və havada süzən canlılar

Allahın yaratdığı mükəmməl xüsusiyyətlər sayəsində bəzi canlılar quşlar, yarasalar və həşəratlar kimi havada uçmasalar da bir ağacın təpəsindən özlərini paraşüt kimi buraxır və ya dənizdən çıxaraq suyun üzərində süzürlər.

Bu canlılar suyun üzərində, meşənin dərinliklərində ağacların arasında və ya labirint formasındakı mühitdə təhlükəsiz şəkildə ağırlıqlarını ustalıqla paylayaraq, pərdə, oynaq və ya dəridən ibarət bədən üzvlərinin köməyi ilə planer kimi havada süzürlər. Bu heyvanların uçma və ya havada süzmə qabiliyyəti onların təhlükəli mühitdən uzaqlaşmasını, ov ovlamasını və ya yırtıcılara yem olmaqdan qaçmasını təmin edən təsirli metoddur.

Uçan qarışqa
 

Uçan qarışqalar hamının tanıdığı qanadlı qarışqalardan fərqlidir. Çünki bu həşəratların uçmaq üçün yaradılmış qanadları yoxdur. Lakin Rəbbimiz onlara havada süzmək bacarığını ilham edib. Ona görə, yaşadıqları yerdəki ağacların birindən yıxıldıqda “J” formasını alaraq havada süzür və başqa ağacdan yapışır, canlılara yem olmaqdan xilas olurlar.

Davamı →

Mədə dərmanlarını özləri istehsal edən timsahlar

Öz bədən ağırlığının təxminən 23%-i qədər yemək yeyən timsahlar heç vaxt mədələrində narahatlıq hiss etmirlər. Çünki mədə dərmanlarını özləri istehsal edirlər. Üstəlik, bunu müasir dövrdə istehsal edilən bəzi mədə dərmanları ilə eyni xammaldan istifadə edərək edirlər. Bu dərmanı qanlarının axma istiqamətini dəyişdirərək əldə edirlər.

İnsan, məməli və quş damarlarının timsahlarda olduğu kimi, xüsusi axma sistemi yoxdur. Sol aorta damarı timsahlardan başqa bütün canlılarda karbondioksidi daşıyan çirkli qanın ürəyin sağ tərəfindən nasosla vurularaq ağciyərlərə çatmasını və buradan karbondioksid alaraq ağciyərlərdən kənara atılmasını təmin edir. 

Timsahlar isə  sol aorta damarından istədikləri kimi istifadə edirlər. Yeməkləri həzm edərkən qanın normal axma istiqamətini dəyişdirərək karbondioksidlə zəngin olan qanı mədələrinə göndərirlər. Çünki ifrazat vəzlərinin həzm üçün mədə turşusuna, bikarbonat ifraz etmək üçün karbondioksidə ehtiyacı var. 

Davamı →

Səhraların möcüzəvi canlısı | Dəvə

Dəvələrin burnu səhraların yaşıllaşdırılmasına necə ilham mənbəyi olub?
Dəvə qanından tibb sahəsində necə istifadə edirlər?

Möcüzəvi şəffaf göz qapağı

Dəvələrin həzm sistemi necə qüsursuz tənzimlənir?
Bu canlılar çətin səhra şəraitində balalarını necə qidalandırırlar?
Dəvələr haqqındakı Quran möcüzəsi necədir?
Ərəb dilində “dəvə”, yəni “إبل – ibil” gözəlləşdirən, gözəllik verən mənalarındadır. Bədənindəki hər təfərrüat bir yaradılış möcüzəsi olan dəvəni uca Allah, həqiqətən, mənası kimi insanlara xeyir verməsi və xidmət etməsi üçün yaratmışdır.
Davamı →
Top