qəribə bir üsuldan istifadə edirlər. Atlara ancaq fit səsi eşidəndə su içməyi öyrədirlər. Bu mərhələdən sonra atları günəşin altında tikdikləri tövləyə salırlar və atları susuzluqdan yanana qədər bu tövlədə saxlayırlar. Sonra təlimçilər tövlədən bir qədər kənara(üstəlik, atları görə biləcəyi bir yerə) su qoyurlar və atları tövlədə bir qədər də saxlayırlar. Nəhayət, təlimçilər tövlənin qapısını açırlar və qapı açılar-açılmaz atlar suya tərəf qaçırlar. Ancaq bir neçəsi başlarını qaldıraraq gözləyirlər. Ta ki… Ta ki fit səsini eşidənə qədər. Artıq bu atlar seçmə atlardır və onları yetişdirmək olar. Əslində, insanlar üçün də bu belədir. Məsələn, bir çempionu çempion edən onun gücü və əzələsi deyil, ağlı və iradəsidir…
Təbiət yenə də öz heyrətləri ilə bizi düşündürməyə davam edir. Son illərdə bizi heyrətlər içərisində buraxan gerçəklərdən biri də hörümçək torunun dünyanın ən dayanıqlı maddələrindən biri olduğunu öyrənməmiz oldu.
Hörümçək toru həqiqətən hər yönüylə müdhiş xüsusiyyətlərə malikdir. Bəzən bir peyğəmbəri təhlükədən qorumaq üçün, bəzən isə bir ov vəsaitidir. Hörümçəklər digər böcəklərdən fərqli olaraq səkkiz ayaq və səkkiz gözə sahibdirlər.
Böyümə mərhələsində bir qıç qırılsa yerinə yenisi gələ bilər. Bədənləri iki parça olub arxa qisimindəki bezlərdən şəbəkə istehsalı başlayar, buradakı çox incə dəliklərdən maye və damlalar halında verilən şəbəkə vəsaiti çölə çıxar çıxmaz donar.
Yarasanın yaranışında başqa quşlar və heyvanlarla müqayisədə çoxlu möcüzələr vardır. Əlbəttə onun yaranışı heyvanlara çox yaxındır. Onun da heyvanlar kimi iki uzun qulağı, dişləri və kürkü var. Yarasa da onlar kimi uşaq doğur, uşağına süd verir, bövl edir. O, yol gedəndə dörd əli və ayağı ilə gedir. Bütün bu xüsusiyyətlər heç biri quşlarla uyğun gəlmir.
Yarasa insan üçün çox faydalıdır. Hətta peynindən də dərman düzəltmək üçün istifadə olunur. Onun yaranışında olan ecazkarlıq Xaliqin qüdrətini sübut etmək üçün ən mühüm dəlildir.
Bu quşun hər işi təəccüblüdür. Amma gecə qaranlıqda uçması daha heyrətamizdir. Yarasanın gecə zamanı heç bir maneəyə toxunmadan sürətlə uçması o qədər təəccüblüdür ki, onun haqqında mütaliələr olunsa, digər sirləri də kəşf olunar.
Bu quşun gecə zamanı uçması ilə göy səmada qanad çalan və iti uçan göyərçinin uçması arasında heç bir fərq yoxdur. Əgər yarasanı uzun, ensiz, döngəsi çox və içərisi qara tüstü ilə dolu olan bir tuneldən uçurtsaq, heç bir maneyə toxunmadan və qanadlarının üstündə qara tüstüdən əsər-əlamət qalmayan bir halda qırağa çıxacaqdır. O, bu işlərini hamısını ötürücü siqnal vasitəsi ilə görür.
