Diplomatiya kateqoriyası üzrə məqalələr

Suverenliyin hüdudları və dövlət yurisdiksiyası

Suverenlik
Dövlətin ərazi suverenliyi dövlət sərhədləri daxilindəki torpaqları və onun üzərindəki hava məkanını əhatə edir, ancaq havanın yuxarı qatı (kosmik məkan) buraya daxil olmur. Suverenlik dəniz dövlətlərində də müəyyən məhdudiyyətlərlə daxili və ərazi sularında yayılır; və dövlət xüsusi dəniz zonası, müstəsna iqtisadi zona və kontinental şelf üzərində nəzarət ölçüsünə sahib olur. Dənizlərdə qanuniliyi müəyyən etmək üçün beynəlxalq rejim 1958-ci il Cenevrə konvensiyasına və 1982-ci il dəniz hüquqları üzrə Konvensiyaya əsaslanır.
Aşağıda konvensiyanın əsas müddəaları göstərilir. Sahil dövlətləri uzunluğu on iki dəniz milinə qədər olan ərazi suları üzərində suverenliklərindən istifadə edirlər, lakin xarici gəmilərə həmin sulardan sülh naviqasiyasını həyata keçirmək məqsədilə sülh keçidi kimi istifadə etməyə icazə verilir, uçuşlara isə sahil dövlətləri ilə razılaşdırılmaqla icazə verilir.

Davamı →

Beynəlxalq Valyuta Fondu (BVF)

BVF (uyğun olaraq ing. — İMF) 1944-cü ildə Nyu-Hempşir, Bretton-Vudsda imzalanan müqavilə (1969-cu və 1978-ci illərdə düzəlişlər edilmişdir) ilə yaradılan hökumətlərarası təşkilatdır. BVF-yə üzvlük Dünya bankına üzvlüyün şərtləri ilə eynidir. Hazırda 181 ölkə BVF-nin üzvüdür.
Fondun əsas məqsədi — xəzinə siyasəti sahəsində beynəlxalq əməkdaşlığa kömək etmək və beləliklə beynəlxalq ticarətin genişlənməsinə şərait yaratmaq. Bu daimi forum ölkələrin iqtisadi və maliyyə fəaliyyətini əlaqələndirir. Fond yalnız ayrı-ayrı ölkələrin problemlərinə deyil, həm də beynəlxalq valyuta sisteminin də işinə diqqət verir. Beynəlxalq valyuta sistemində baş verən dəyişikliklər həddində BVF də BMT-yə üzvlüyü və təşkilat prinsiplərini saxlamaqla dəyişiklik edir.

Davamı →

Televiziya müsahibəsi

Televiziya müsahibəsi mükəmməl hazırlıq və analiz tələb edir, bu zaman diplomat aşağıda göstərilən məqamları nəzərə almalıdır:
Müsahibə alanın məqsədi: onlar diplomatdan hansı məqsədlə müsahibə götürürlər, nə almaq istəyirlər? cavab belə ola bilər: gündəlik «xəbərlər deşiyini» doldurmağa kömək edə bilən tarix lazımdır, — bu onların işidir. Diplomatın məqsədi: o, nəyə görə müsahibə verməyə razılaşmalıdır, o, nə almaq istəyir? Əgər diplomat müsahibə verməkdən imtina edirsə və televiziya məlumat verir ki, diplomat müəyyən bir mövzu üzrə müsahibə verməyə razılıq vermədi, bu zaman elə görüntü yaratmaq olar ki, imtina etmənin arxasında uğursuz bir səbəb vardır. İntervü müsbət tərəfdən milyonlarla tamaşaçıya müraciət etmək və ölkəsinin televizual «prezentasiya»sını təmin etmək və bu qayda ilə onun imicini yaxşılaşdırmaq imkanı yaradır. Müsahibəyə həm diplomat üçün həm də müsahibə alan üçün əlverişli təklif kimi baxılmalıdır: bundan hər ikisi udur.

Davamı →

Konfransların keçirilməsi praktikası və prosedurası

Prosedura qaydaları
Hər hansı rəsmi konfransın məcburi element qismində çətinlik yaxud narazılıq olan hallarda sədrin əl atdığı, iştirakçıların fəaliyyətini yönəldən və müəyyən edən bir sıra yazılı qaydaları olmalıdır. Ya da bu əvvəlki sessiyada qəbul olunmuş və növbəti sessiyalarda standart müzakirə edilən daimi qaydalar olmalıdır məsələn, BMT Baş assambleyasının prosedura qaydaları; yaxud onlar da baxılmaq və təsdiq olunmaq üçün yeni konfransa təqdim edilməlidir. Bu halda qaydalar həmişə qabaqcadan göndərilməli olan müvafiq bildirişdə konfransın keçirildiyi yer və tarixi göstərilməklə layihə formasında yayılır.

Davamı →

Diplomatik nümayəndəlik necə işləyir?

Nümayəndəlik başçısı


Nümayəndəlik başçısı onun missiyası ilə bağlı olan bütün fəaliyyətlərə görə məsuliyyət daşıyan şəxsdir. O, fərqli funksiyaları öz heyətinə tapşıra bilər, ancaq həm öz rəhbərliyinə görə, həm də onun tərəfindən vəkil edilmiş digərləri tərəfindən həyata keçirilən rəhbərliyə görə təkcə o cavabdehlik daşıyır.
Missiya heyətinin sayından asılı olmayaraq elə məsələlər siyahısı mövcuddur ki, ona adətən missiya başçısı şəxsən diqqət yetirir:
a) diplomatik siyasətin işlənib hazırlanmasına;
b) qəbul edən hökumətə öz hökumətinin ümumi maraqlara və ümumi siyasətə aidiyyəti olan ən vacib məsələlər üzrə rəyinin çatdırılmasına; bu cür işlərdə missiya rəhbəri iki hökumət arasında əlaqələndirici həlqə kimi fəaliyyət göstərir.
c) öz nazirliyinə, onların birbaşa əhəmiyyətə (yəni milli büdcə yaxud nazirlər kabinetində dəyişilmələr) yaxud dolayısı ilə əhəmiyyətə (yəni ictimai və iqtisadi vəziyyətlərdə dəyişikliklər və tendensiyalar) malik olmasından asılı olmadan, siyasi və iqtisadi səciyyəli hadisələr haqda və üçüncü tərəfin ( yəni yerli qəzetlərin məqalələri, diplomatların rəyləri) şərhləri haqda məruzə edilməsinə;
d) onun xidmət etdiyi dövlətdə nüfuzlu adamlar və milli hökumətin qaynaqları haqda məlumatlı olmağa;
e) onun təmsil etdiyi ölkənin etibarını möhkəmlətməli olan rəsmi və şəxsi davranışa;
f) yuxarıda göstərilən (a), ©, (d) və (e) bəndlərinin yerinə yetirilməsinin təmini məqsədilə, mümkün olduğu qədər, dostlarının əhatəsini genişləndirməyə.

Davamı →

Konsulluq xidmətçiləri və konsul məntəqələri

Konsul məntəqələrinin təsis edilməsi
Dövlətlər arasında diplomatik münasibətlərin qurulması, əgər xüsusi olaraq bunun əksi müəyyən edilməyibsə, konsul münasibətləri qurulmasına razılığı nəzərdə tutur. Lakin diplomatik münasibətlərin qırılması konsul münasibətlərinin avtomatik qırılması demək deyildir.
Konsulluğun təşkil edilməsi üçün, konsul postunun yerləşmə yeri və statusu (yəni baş konsul, konsul, konsul müavini və ya fəxri konsul), eləcə də konsulluğun yurisdiksiya sahəsi haqqında informasiya istəyə biləcək qəbul edən ölkənin icazəsi tələb olunur. Bundan başqa, bu müddəalardakı istənilən sonrakı dəyişilmələrə, eləcə də konsulluq ərazisinin harasında olursa-olsun istənilən əlavə konsul xidmətləri təşkil olunmasına qəbul edən ölkənin icazəsi tələb edilir.

Davamı →

Diplomatik sığınacaq

Diplomatik missiyaların yerlərinin toxunulmazlığı ənənəvi olaraq onların sığınacaq üçün yer kimi baxılmasına gətirib çıxartdı. Siyasi təqibdən (qayda üzrə adi cinayət işləri ilə əlaqədar tətbiq edilməyən) sığınacaq alma hüququnun mövcud olması və hüquqi qüvvəsi haqqında məsələ yalnız dövri qızğın mübahisələr mövzusu olaraq uzun müddətdir ki, həll edilməmiş qalır. Mürəkkəbləşmiş vəziyyəti yalnız danışıqlar yolu ilə həll etmək olar, ona görə ki, diplomatik münasibətlər haqqında Vyana konvensiyası, diplomatik missiya yerlərinin (həm də bütün daxildə yerləşən) toxunulmazlığını təmin etməsinə baxmayaraq, tərkibində Konvensiyanın toxunulmazlıq və təhlükəsizlik təminatı ilə təsiri aid olmayan hər hansı şəxsin getməsi haqqında müddəa yoxdur. Hətta adi beynəlxalq qanunlar çərçivəsində diplomatik sığınacağın mövcud olmasının qəbul edilməməsinə baxmayaraq başqa regionlarda diplomatik sığınacaq verilməsi praktikası davam edir. Latın Amerikası praktikasını 1954-cü ildə Karakas şəhərində keçirilən onuncu Amerika arası konfransda qəbul edilmiş diplomatik sığınacaq üzrə Konvensiya əsasında bu qaydada ümumiləşdirmək olar:

Davamı →

Prezentasiya

Prezentasiyanın əsas qaydaları bunlardır:


1. Səs
Şəxsi ünsiyyətlərin bütün aspektlərində səsin əhəmiyyəti çox qiymətləndirilmir. Kiminsə səsi kimi isə dərhal müdafiə olunmağa məcbur edər, həmçinin adi suala düşməncəsinə cavab verilə bilər; digər tərəfdən səs o saat eyni bir «dalğa uzunluğuna» kökləyə bilər. Düzgün nəfəs almağı və nəfəsinizə nəzarət etməyi öyrənin: dərindən nəfəs almaqla başlayın. Səsinizi maraqlı edin: ucalığını, həcmini və tempini müxtəlifləşdirin. Aydın danışın, ucadan danışmaqdansa mülayim danışın, tez-tez danışmaqdansa yavaş-yavaş danışın. «Mm», «e» yaxud «nu» kimi tələffüzlər etməyin (yaxşısı budur susun yaxud nitqi yavaşıdın).

Davamı →

Konfranslar

Beynəlxalq danışıqlar xüsusi forma sazişlərin hazırlanmasını ifadə edir: əgər bunlar ikitərəfli danışıqlardırsa onlar nisbətən qeyri-rəsmi ola bilərlər, lakin çoxtərəfli danışıqlar adətən rəsmi konfranslar səviyyəsində keçirilir. Son bir neçə il ərzində beynəlxalq biznes mühitinin genişlənməsi ilə konfransların keçirilməsi praktikası və prosedurası daha da işlənmiş və standartlaşdırılmış oldu — bu elmlərin bir növüdür, sənətə daha yaxın olan konfranslar diplomatiyası isə onun bütün formalarında olan diplomatiya kimi dəyişkən vəziyyətlərə uyğunlaşdı.
Konfransların keçirilməsi praktikası və prosedurası ilk növbədə mümkün olan maksimum nəticənin əldə edilməsi üçün yönəldilmiş və bütün konfrans iştirakçılarını daha çox razı salan hamı tərəfindən qəbul olunmuş qaydalara aiddir,

Davamı →

Cinayətkarların verilməsi (ekstradisiya)

Ekstradisiya şəxsin məhkəmə araşdırmasında iştirak etməsi üçün yaxud onun ittiham edildiyi həbsxana müddətini çəkib qurtarması üçün bir ölkədən digərinə zorla köçürdülməsidir; cinayətkarların verilməsi (ekstradisiya) haqqında sorğular təqsirləndirilən yaxud cinayətə görə məhkum olunmuş şəxs başqa ölkədə sığınacaq axtardığı zaman (yaxud hazırda yaşayır) baş verir. Adətən ittiham edilən cinayət ekstradisiya sorğusu verən dövlətin ərazisində yaxud onun bayrağı altında üzən gəmidə törədilir. Cinayətkarların verilməsi üçün sorğular diplomatik kanallar üzrə verilir və onlar cinayətkarların verilməsi haqda Müqavilə vasitəsilə hər iki dövlət tərəfindən əvvəlcədən razılaşdırılmış konkret prinsiplərə aid olmaqla son dərəcə açıqdırlar. Bu tip müqavilələrdə adətən aşağıda göstərilən prinsiplər ifadə olunur:

Davamı →
Top