(a)akkreditə edilmə və vəkalət
Müqavilələrin bağlanması prosesi maraqlı dövlət tərəfindən danışıqları aparan şəxslərdən danışıqların aparılmasına səlahiyyətli olduqlarını, yəni öz etimadnamələrini təqdim etməyi tələb edir. Etimadnamələr adətən şəxsən xarici işlər naziri yaxud onun adından imzalanmış məktub şəklində tərtib edilir.
Əgər müqavilə yaxud digər beynəlxalq sənəd ikitərəfli danışıqların yaxud çoxtərəfli konfransın gedişi zamanı tərtib edilməli və imzalanmalıdırsa nümayəndələrə (onlar hökumət başçıları yaxud xarici işlər nazirləri olduğu hallar istisna olmaqla) vəkalətlər verilməlidir. (Əgər müqavilə dövlət başçıları arasında bağlanırsa, onda vəkalətlər dövlət başçıları tərəfindən, əgər hökumətlər arasında bağlanırsa — onda xarici işlər nazirləri tərəfindən imzalanır.)
Aşağıda səlahiyyətli konfrans tərəfindən nümayəndəyə verilən vəkalətnamənin standart nümunəsi göstərilmişdir.
Beynəlxalq hüquq insanın dövlət daxilində mövcud olan qaydalara hörmət etməsinin və hüquq normalarını dövlətlərarası münasibətlər sahəsinə tətbiq etmə cəhdinin nəticəsidir. Lakin soyuq müharibənin qurtarmasından sonrakı dövr beynəlxalq hüququn tərəfdarlarını ümidini doğrultmadı. Cinayətkarların tanınması və verilməsi sahəsində olduğu kimi, güclərinin tətbiqinə münasibətdə də siyasi maraqlar naminə beynəlxalq hüquqa etinasızlıq göstərilirdi, pozuntulara yol verilirdi, yaxud daha pisi onlardan sui-istifadə edilirdi. Beynəlxalq hüquq ənənəyə uyğun olaraq əsasən dövlətlər arasında münasibətləri nizamlayan normalar məcmusu kimi müəyyən edilir.
Amma sosial və dövlətlərarası cavabdehlik haqqında məlumatların tədrici inkişafı ilə əlaqədar olaraq, müharibədən sonrakı amillərin və hadisələrin təsir etməsi nəticəsində (məsələn: yeni dövlətlərin yaranması və dövlətdə şəxsiyyətin rolunun artması) beynəlxalq hüququn daha geniş surətdə müəyyən edilməsi tələb olunurdu ki, bu da öz əksini Birləşmiş Millətlər Təşkilatının yaranmasında və inkişafında tapdı.
Diplomatların cəmiyyətdə imtiyazlı mövqeləri ənənəvidir və səbəb təkcə onların peşəsinə bəslənən davamlı hörmət hissində deyil, həm də ondadır ki, dövlət təmsilçiləri yalnız işlədikləri dövlət tərəfindən edilə biləcək hüquqi, fiziki yaxud mənəvi təzyiqdən tam azad şəraitdə öz funksiyalarını qənaətbəxş yerinə yetirə bilərlər. Əksər sülhsevər hüquqi dövlətlərdə diplomatlara verilən imtiyaz və immunitetlər o dərəcədə mənasız və gərəksiz görünə bilər ki, bu, qəbul edən ölkənin əhalisinin böyük narazılığına səbəb ola bilər, ancaq müstəsna şəraitlərdə və ayrı-ayrı dövlətlərdə yalnız qarşılıqlı imtiyaz və immunitetlərin rəsmi şəkildə tanınması diplomatik münasibətlərin saxlanmasına imkan verir.
İmtiyazlar və immunitetlər həm diplomatik missiyaya, onun funksiyalarına, həm də ayrıca götürülmüş bir adama tətbiq olunur.
Diplomatik missiyalara verilən imtiyazlar və immunitetlər BMT imtiyazları və immunitetləri haqqında 1946-cı il Konvensiyasına uyğun olaraq BMT-yə və onun funksiyalarına da tətbiq olunur, hərçənd Konvensiyanın tətbiq olunması müxtəlif dövlətlərdə müxtəlif şəkildə baş verir.
Aşağıda verilən mətn diplomatik münasibətlər haqqında BMT üzvlərinin böyük əksəriyyəti tərəfindən qəbul edilən 1961-ci il Vyana Konvensiyasında yer alan fikirlərin qısa şərhidir və onda beynəlxalq səviyyədə razılaşdırılmış müasir diplomatik hüquq kodeksi əks olunmuşdur.
(a) Üçüncü şəxsdə rəsmi nota
Rəsmi nota diplomatik nümayəndəlik və xarici işlər Nazirliyi arasında ənənəvi məktublaşma üsuludur. Nota hamıya bəlli olan beynəlxalq dildə, milli gerblə bəzədilmiş rəsmi blankda, ünvan göstərilməklə çap edilir və aşağıdakı şəkildə başlayır:
__________ səfirliyi xarici işlər Nazirliyinə öz dərin ehtiramını bildirir və Sizi _________ haqqında məlumatlandırmaqdan [yaxud] Sizin diqqətinizə _________ çatdırmaqdan şərəf duyur.
Sonra notanın məzmunu gəlir və sənəd aşağıdakı formula ilə bitir:
Səfirlik fürsətdən istifadə edərək xarici işlər Nazirliyini öz dərin ehtiramından əmin edir.
Tarix [göndərənin inisialı və səfirliyin möhürü]
Bəzi dövlətlərdə (məsələn, Amerika Birləşmiş Ştatlarında) sonuncu nəzakət formulası buraxılır.
Rəsmi nota eləcə də diplomatik missiyaların özləri arasında standart ünsiyyət formasıdır.
Diplomat öz həmvətənlərinin — uğurlu biznesmenlərin, istedadlı inzibatçıların və dövlət məmurlarının — bütün keyfiyyətlərinə malik olmalıdır. Ancaq, bundan başqa, diplomatiya çox şeyi — başqa ölkələri, başqa mədəniyyətləri və cəmiyyətləri, eləcə də onların inkişaf mexanizmlərini və həyat fəaliyyətlərini başa düşməyi tələb edən fəaliyyət növüdür. Diplomat adamları sevməli və onlarla səmimi qəlbdən maraqlanmalıdır.
Diplomat üçün vacib olan peşəkar biliklər və şəxsi keyfiyyətlər aşağıdakı şəkildə ifadə olunar.
Bütün ölkələrdə hökumət üzvləri arasında başqa ölkələrlə və beynəlxalq təşkilatlarla münasibətlərə görə cavabdehlik daşıyan bir şəxs var. Onun şəxsi cavabdehliyinin dərəcəsi, eləcə onun titulu kimi, dövlətdən asılıdır: xarici işlər naziri, dövlət katibi (ABŞ-da), əcnəbi işlər və Birlik işləri üzrə dövlət katibi (Böyük Britaniyada) və s. Nazirin vəzifə borclarına öz dövlətinin xarici siyasətinin aparılması və onun beynəlxalq münasibətlərini idarə etmək aiddir. O öz funksiyalarını öz nazirliyinin daimi heyətinin və xaricdəki missiya başçılarının köməyi ilə, eləcə də onun ölkəsində akkreditə olunmuş əcnəbi missiya başçıları vasitəsi ilə həyata keçirir.
Nazirliyin tərkibi əhəmiyyətli dərəcədə dövlətdən asılıdır, ancaq nazirliyin yerinə yetirdiyi əsas funksiyalar onun tərkibinə aşağıdakıları daxil olmalı olduğunu nəzərdə tutur:
Katiblik üzvləri və arxiv qulluqçuları (onların məxfi materiallarla işləri olur) adətən missiyanın göndərildiyi ölkəsinin vətəndaşları olurlar. Qeyri-siyasi (məsələn, mədəni yaxud ticarət) sektorlara, əsasən katiblər və arxiv işçiləri qismində xidmət edən yerli əməkdaşlar cəlb edə bilərlər. Effektli və yaxşı təsnif edilmiş qeydiyyat sistemlərinin aparılması — zəhmət tələb edən prosesdir, ancaq müstəsna əhəmiyyətə malikdir.
Ölkənin diplomatik paytaxtında təsis edilmiş diplomatik nümayəndəliyin (başqa cür — missiyanın) tərkibinə, bir dövlət tərəfindən müvafiq qaydada təyin, başqası tərəfindən təsdiq edilən diplomatik nümayəndə, eləcə də missiyanın heyəti daxildir. Qəbul edən dövlətdə yalnız bir adam başqa dövləti təmsil edə bilər və məhz o nümayəndəliyin, onun bütün fəaliyyətinə görə cavabdeh olan başçısı olur. Missiyanın heyəti, ciddi deyilsə, birbaşa həlledici funksiyalara malik deyil və yalnız başçıya yardım edir.
Diplomatik terminologiya çox vaxt anlaşıqlı olmur və yanlışlığa aparıb çıxara bilir. Diplomatik münasibətlər haqda 1961-ci il Vyana konvensiyası bu məsələyə aydınlıq gətirməyə yardım edərək, diplomatik nümayəndəliyin ştatını aşağıdakı şəkildə (mötərizədə fransız ekvivalenti ilə) müəyyən edir:
Heç bir dövlət dünyanın hər bir paytaxtında diplomatik missiyalar saxlamır, onların əksəriyyəti öz milli maraqları ilə zəruri məsrəflər arasında seçim etməli və balans qurmalı olur. Müəyyən bir dövlətdə tam diplomatik missiyanın olmaması problemi dörd üsuldan biri ilə həll oluna bilər.
a) belə dövlətdə daimi missiya ilə təmsil olunmuş hökumətdən, onun adından da fəaliyyət göstərməsi xahişi ilə; hökumət bu təklifə qəbul edən dövlətin təqdirini aldıqda razılaşa bilər. Belə şəraitdə daimi missiyanın başçısı adətən öz fəaliyyətini iki əlaqədar hökumət arasında məlumatların ötürülməsinə və konsul məsələlərinə yönəldir və onun öz hökuməti ilə adından fəaliyyət göstərdiyi əcnəbi hökumət arasında ixtilaf yaranarsa, onun öz dövlətinin maraqları üstün tutular;
b) başqa dövlətdəki missiya başçılarından birini qeyri-rezident və ya «dəvətli» qismində müvafiq dövlətdə akkreditə etməklə;