Yuxusuzluq — yuxunun qeyri-üzvi mənşəli pozğunluğu olub, bir çox xəstəliklərdən əziyyət çəkən pasiyentlərin tez-tez üzləşdiyi şikayətləridir. Yaş artdıqca bu şikayətlərin dərəcəsi də artır və daha çox ailə vəziyyətində problemlər olan qadınlar arasında müşahidə olunur. Bəzi hallarda isə yuxu pozğunluğu bir sıra psixi və ya somatik xəstəliklərin simptomlarından biri olur. Tam yuxusuzluq olmur, yuxunun müxtəlif şəkildə pozulması olur. Ona görə də yuxu pozğunluğunun müalicəsində dərman preparatları kifayət etmir, psixoterapevtik kömək də lazım gəlir. Yuxu pozğunluğu zamanı yuxunun tam olmaması baş vermir, yalnız keyfiyyətsiz yuxu olur.
Ekstrasenslər kimlərdir? Ekstrasensorika nə deməkdir? Ekstra «xaric» deməkdir, nəyinsə xaricində yerləşən nə isə; «sene» — «hiss» deməkdir, ekstrasens — xarici mühitdən bizim hiss orqanlarımızla qəbul olunmayan nəyi isə qəbul, dərk edən insandır, yaxud elə hərəkət etmək deməkdir ki, bunu yalnız hiss üzvləri vasitəsilə qəbul edilməsi inamında tərbiyə olunmuş insanlar başa düşməsin.
...Həkimin otağına xəstə daxil olur, o böyrünü tutub, onun üzündə böyrünün ağrısından əzablı ifadə var. Cavan, xoşsifətli qadın gülümsəyərək ona yaxınlaşır, onun qarşısında dayanır, hər iki elini uzadıb, xəstənin bədəninə toxunmadan iki tərəfdən yuxarıdan aşağı, sonra aşağıdan yuxarı gəzdirir. Qadının üzü gərginliyin dərəcəsini göstərir, o öz hisslərinə qulaq asır. Bir anda razı halda başını yellədir, gərginlik zəifləyir. Əlləri ilə hərəkət davam edir, lakin onlar bədənin müəyyən hissəsində dayanır. Xəstə isə ağrının kəsildiyini hiss edir: əvvəl o buna inanmır, o elə bilir ki, ağrı yenidən daha güclü başlayacaq, lakin vaxt gedir, xəstə ağrının yox olduğunu söyləyir.
Alimlər hesab edirlər ki, bəşəriyyətin ən böyük arzusu olan ölməzlik tezliklə reallaşa bilər.
Alimlərin proqnozuna görə tezliklə insanların qocalıq, yəni ayrı-ayrı hüceyrələrin, hətta üzvlərin məhvi nəticəsində ölməsi prosesi dayanmış olacaq. Artıq qarşıya qoyulan məsələ mühəndis layihələrinin tərkibindədir.
Ölməzlik — insanın əbədi yaşamaq qabiliyyətidir. Müasir elm bu nailiyyətləri necə əldə edə bilər? Bu məsələyə 3 cür yanaşma mövcuddur:
Orqanizmin qocalmasının dayandırılması. Qocalığı isə gövdə hüceyrələri, nanotexnologiya və gen mühəndisliyinin köməyi ilə dayandırmaq olar.
Uzunömürlülük problemi, daha doğrusu, insan ömrünün artırılması 2 məsələni nəzərdə tutur. I məsələ taktiki adlandırılan məsələni bu gün həll etmək lazımdır; bu insanların çoxuna təbiət tərəfindən təyin olunmuş həddə qədər yaşamağa imkan verə bilər. II məsələ — strateji məsələ, indi yox, gələcəkdə həll olunmalıdır — bu məsələ bu həddi irəli çəkmədə təbiətin özündə dəyişiklik etməkdən ibarətdir.
İnsan ömrünün həddini nə hesab etmək olar? Bəlkə diqqətimizi uzunömürlülük üzrə "çempion" 168 il yaşamış Şirəli Müslümova cəlb etməliyik? Xeyr, alimlər hesab edirlər ki, bu düzgün olmazdı. Ona görə yox ki, qocalar öz yaşlarının təyin olunmasına çalışırlar. Məsələ burasındadır ki, bu cür «uzunömürlülük» çox nadir hadisədir, çünki 130-150 yaşına çatmış insanlara milyon illər ərzində nadir hallarda rast gəlinir. Burada təsadüfi faktorların təsiri də ola bilər, yaxud bu sadəcə «təbiətin səhvi» ola bilər. Bir çox alimlər, həmçinin uzunömürlülük problemi ilə məşğul olan məşhur tədqiqatçı İ.V.Davidovski insan ömrünün həddinin 100-110 il olduğunu hesab edir. Digər xarici və vətən alimləri bu həddin 90-100 il olduğunu qeyd edirlər.