Orqanizmin təbii vəziyyəti — fəaliyyətdir. Bu müddəa həm bütün orqanizm, həm də hər hansı orqan və hüceyrə üçün qüvvədədir. Lakin fəaliyyət olan yerdə istirahət etmək zərurəti də yaranır. İnsan orqanizmini nəzərdən keçirək. Əzələlər, sinir hüceyrələri işləyir, amma istirahət də edirlər. Eləcə də böyrəklər, qara ciyər, mədə.
Amma ürək elə bil ki, bütün ömür boyu (hətta 80, 100 il yaşasan da) istirahətsiz işləyən orqandır. Lakin bu yalnız ilk baxışda belə görünür. Ürək əzələsi yığılır, müəyyən qədər qanı damar şəbəkəsinə vurur və boşalır. Bu, bir dəqiqədə 60-70 dəfə və bəzən daha çox təkrar olunur. Əzələlərin boşalması elə ürəyin istirahətidir. Bu anlar ərzində ürək əzələsi də, onun fəaliyyətini idarə edən sinir hüceyrələri də istirahət edir.
Əmək və istirahət bir-biri ilə möhkəm bağlıdır, necə deyərlər, bir medalın iki üzüdür. Bundan əlavə, fəaliyyəti orqanizmin, orqanın, hüceyrənin təbii vəziyyəti kimi başa düşərək etiraf etməliyik ki, istirahət həmin fəaliyyətin ayrılmaz hissəsidir. İstirahət yoxdursa, sağlamlıq kəskin surətdə pozulacaq və belə bir an çatacaqdır ki, fəaliyyəti davam etdirmək mümkün olmayacaq, hətta orqanizmin, orqanın, hüceyrənin ağır zədələnmək, məhv olma təhlükəsi yaranacaqdır.
Alimlər müəyyən etmişlər ki, yuxunun kifayət qədər olmaması insanların ömrünə təsir edir. Normadan az yatanlar daha çoxdur. Doğrudur, belə insanların intellekti daha yüksək olur. Lakin intellekt yüksək olsa belə 5-6 saat gündəlik yuxu yaşlı insan üçün kifayət etmir. Adətən yaz-yay günlərində sutkanın çox hissəsi işıqlı olduğu halda insan daha az yatır, qışda isə əksinə, yuxunun müddəti artır.
Yuxu pozğunluğunu somnologiya elmi öyrənir. Somnoloqların fikrincə, yer kürəsi əhalisinin 8-18%-i müxtəlif cür yuxu pozğunluğundan əziyyət çəkirlər. İri şəhərlərdə əhalinin 40%-i bu problemlə üzləşir.
Afaziya beyin qabığında (və yaxud ən yaxın qabıqaltı bölgədə-A.R.Lurii-nin ifadəsincə desək) beyinin sol yarımkürəsində yaranan artıq formalaşmış (təşəkkül tapmış) nitq pozğunluğudur və özündə nitq fəaliyyətinin sistemli pozğunluqlarının bir neçə formasını ehtiva edir.
Afaziya-beyinin lokal zədələnməsindən irəli gələn və ondan asılı olan nitqin hissəli yaxud bütöv şəkilli itirilməsidir.
Çox qəhvə içənlərin gözünə qarabasma görünə, ya da ki, qulaqlarına səs gələ bilər. Gün ərzində 7 fincandan çox qəhvə içənlər hallyusinasiyadan əziyyət çəkə bilərlər. Durham Universiteti 200 tələbəni dindirərək onların qəhvəiçmə adətlərini sual edib. Amma alimlər deyirlər ki, son tapıntı birbaşa bağlılığın olduğunu sübut etmir.
Onlar iddia edirlər ki, hallyusinasiya zehni xəstəliyin əlaməti sayılmır və 3% adam mütəmadi olaraq səslər eşitdiyini bildirib.