Kanadanın Albert Universitetinin mütəxəssisləri hesab edirlər ki,hətta nadir halda belə siqaret çəkən qadınlar daha erkən ölür.Onların hesablamalarına əsasən qadının siqaret çəkməyə davam etdiyi hər 5 ildə ölüm təhlükəsi 8 faiz artmış olur.Alimlər ABŞ-da 1976-cı ildən aparılan 30-55 yaşarası yüz min qadının iştirak etdiyi böyük milli tədqiqatın nəticələrini təhlil etmişlər.
Bu gün siqaret, alkoqollu içkilər və bu kimi zərərli maddələr dünyada qlobal problemə çevrilmiş, hətta infeksion xəstəlik kimi geniş yayılmışdır. Ən acınacaqlısı isə odur ki, günün aktual məsələsi olan siqaret artıq qadınlar və uşaqlar tərəfindən də mənimsənəн pis vərdiş halına gəlmişdir. Bu zərərli vərdiş günü-gündən artaraq bütün cəmiyyəti öz təsirinə məruz qoymaqdadır. Gəlin görək siqaret və onun xammaddəsi olan tütünün insan orqanizmi üçün nə kimi zərərləri var.


Siz siqaret tüstüsü udan vaxt, tüstü sizin ağız boşluğundan vəboğazınızdan (hülqumdan, xirtdəkdən) keçərək ağ ciyərlərə düşür. Yuxarıda qeyd olunduğu kimi tüstünün tərkibində mindən artıq yüksək toksiki maddələr var, onlardan bir çoxu xərçəng törədə bilirlər. Məsələn formaldehid, benzol, sürmə və başqaları. Bu maddələr orqanizmin toxumaları ilə kontaktda olaraq bir-birinə təsir edirlər. Tüstü ağ ciyərlərə daxil olduqda bunun tərkibində olan qatran ağciyərlərə çökür.
Ağ ciyərlər vasitəsilə, kimyəvi maddələrin əksəriyyəti qana keçir (avtomobildən çıxan işlənmiş qaz kimi siqaret tüstüsündən də karbon oksidi qana keçir). Qanda olan oksigenlə birləşir. Bu isə orqanizmdə olan bütün üzvlərdə, o cümlədən beyində oksigen çatışmazlığına səbəb olur.
Xərçəng xəstəliyinin yaranma riski təkcə siqaret çəkmənin tezliyindən deyil, həm də rejimindən asılıdır. Mütəxəssislər bu qənaətə aparılan bir sıra araşdırmalardan sonra gəliblər. Səhər oyanandan yarım saat sonra çəkilən siqaret nəinki ağciyər, eləcə də boyun və beyin xərçəngi riskini 2 dəfə artırır.
Alimlər soyutma qidaları məsləhət görürlər.Türkiyə və bir sıra xarici ölkə alimləri 120 dərəcə istilik altında bişirilən və qızardılan qidalarda xərçəng şişinə yol aça bilən akrilamid maddəsinin formalaşdığını müəyyənləşdiriblər.
Finlandiyada kişilərdə ürək-damar xəstəlikləri ilə bağlı 31 min nəfər üzərində araşdırma aparılıb.«Hürriyet» qəzetinin verdiyi məlumata görə, 42-61 yaşları olan və Kuopio şəhərində yaşayan kişilər üzərində araşdırma 1990-cı illərin əvvəlindən başlayıb.Araşdırmada iştirak edən kişilərin qan analizləri araşdırma başlayarkən və 7 ildən sonra götürülüb, müqayisə edilib. Həmin şəxslər 12 il izlənilib.Məlum olub ki, qanlarında likopenin səviyyəsi yüksək olan kişilərdə iflic riski 55 faiz daha azdır. Likopen ən çox pomidorda olur.