İnsanlara cansağlığı və uzun ömür arzulamaq ən geniş yayılmış bəşəri diləklərdəndir. Biz hələ uşaq və ya gənc ikən bu dəyərli sözün fərqinə varmırıq. Məktub və ya teleqramlarımızda, valideyn və yaşlı qohum-əqrəbamızı ziyarət edərkən onlara öncə protokol qaydası ilə cansağlığı və uzun ömür diləyirik. Lakin insan 40 yaşını başa vurandan sonra yavaş-yavaş enerjisi tükənir, orqanizmə lazım olan mikroelementlər azalır, ağrılar baş qaldırır. Yalnız bu zaman insan üçün vacib olan cansağlığı arzusunun hikmətini dərk etməyə başlayırıq...
Uzunömürlük də müxtəlif olur. İnsanın nə qədər yaşaması qadir Allahın əmrində olsa da, onu sağlam və ya xəstə başa vurmaq da müəyyən mənada öz əlimizdə olur. Bəs necə etməliyik ki, ömrümüz sağlam və mənalı olsun? Bununla bağlı bir çox mənbələrə baş çəkdik və oxucularımıza daha önəmli mütəxəssis tövsiyələrini təqdim edirik. Uzun və sağlam ömrün sirlərini öyrənən həkim, psixoloq və araşdırmaçılar əsas on beş vərdişi insan həyatı üçün vacib sayırlar.
Başınızı divanın kənarına dayayaraq yatmayın. Boynunuzu ortopedik yastıqla dəstəkləyərək yatın.
Çiyninizi və kürəyinizi ağrılardan qorumaq üçün düz dayanmağa çalışın. Əgər oturaq işdə çalışırsınızsa, mütləq bel boşluğunu bel yastığı ilə dəstəkləyin. 2 saatdan bir oturduğunuz yerdən qalxıb, çiyin və kürək hərəkətləri edin.
Amerika alimlərinin apardıqları araşdırmalar göstərir ki, siqaret qadınların ömrünü orta hesabla 14-15 il azaldır. Siqaret şəkmək orqanizmə mənfi təsir göstərən ən pis adətdir. O, ağciyərlərdə xərşəngin yaranmasını əsas səbəblərindən biridir.
1950-ci ildən etibarən ağciyər xərşəngindən dünyasını dəyişən qadınların sayı 60% artıb. Siqaret həmçinin qadınlarda süd vəziləri,qırtlaq, udlaq, mədəaltı vəzi, böyrək, sidik kisəsi, uşaqlıq xərçənginin əmələgəlmə riskini də qrtırır.
Sağlam həyat mövzusunda bir çox tədqiqatlar aparan King Collage Xəstəxanasının Elmi Tədqiqat İnstitutunun araşdırmalarına rəhbərlik edən professor Robert Wale, “Sadəcə barmaqlarımızın uzunluğu belə, sağlamlığımız haqqında vacib məlumata sahib olmağımıza şərait yaradır. Siz də öz orqanizminizlə bağlı önəmli detallara fikir verərək, sağlamlığınızı qoruya bilərsiniz.”- deyir. Professor onu da əlavə edir ki, “Orqanizminiz siz fərqinə varmasanız da, sağlamlığınızla bağlı vacib xəbərdarlıqlar edir.” Professor Waleyə görə, dırnaqlardan gözlərə qədər, doğulduğumuz çəkidən ovcumuzun içinə qədər orqanizmimizdəki hər bir şey nəyinsə göstəricisidir. Professorun “Həyatınız xilas edəcək 16 işarə” dediyi test aşağıdakı kimidir: