sağlam həyat tərzi kateqoriyası üzrə məqalələr

Limonun faydaları

Qızdırmanı və təzyiqi salır.
 Qanı təmizləyir.
 Susuzluğu aradan qaldırır.
 Ürəyi qüvvətləndirir.
 Damar sərtliyi və romatizm üçün faydalıdır.
 Qripin tez sağalmsına kömək edir.
 Mədə, bağırsaqdakı mikrobları öldürür.
 Qida zəhərlənməsini önləyər. 
 Böyrəkdə qum və daşların düşməsinə kömək edir.
 Üzdəki sızanaqları qurudur.
 Dərinin gözəlləşməsini təmin edir.
 Qaraciyər xəstəliklərində faydalıdır.
 Dişləri ağardır və diş ətlərini qüvvətləndirir.
 Soyuqdəyməni aradan qaldırır.
 Skorbut xəstəliyində faydalıdır.
 Limon suyu ilə qarqara edildiyində ağız, boğaz və badamcıq iltihablarını aradan qaldırır.
 İshalı kəsir.
 Qansızlığı önləyər.
 Mədə ağrılarını sakitləşdirir.
 Baş ağrılarını və bədən ağrılarını kəsər.
 Üzdəki çillər üçün faydalıdır.
Davamı →

Əsəb

Həmin çağırışı həm həkimlərdən, həm də tibbi məlumatı olmayan şəxslərdən tez-tez eşitmək olar. Bu, təsadüfi deyildir. Hələ çox qədim zamanlarda müşahidə edilmişdir ki, insan bərk əsəbiləşən kimi bədən funksiyaları pozularaq müxtəlif dərəcədə nəzərə çarpan xəstəlik əlamətləri törənir. Bu, əlbəttə, hər kəsdə və həmişə olmur, lakin həmin hadisələr arasındakı əlaqəni izləməyə imkan verəcək dərəcədə tez-tez təsadüf edilir: deyildiyi kimi, emosiyalar, başqa sözlə, hisslər, təəssüratlar sinir sistemi və sağlamlıq üçün yük, sanki sinir sisteminə və bunun vasitəsilə bütün orqanizmə vurulan zərbədir.
Emosiyasız həyat yoxdur: ayıq şəxs daim nə isə hiss edir: sevinc və qəzəb, ləzzət və ya ikrah, özündən, öz işindən, öz ailə və güzəranından, əhatəsindən razılıq və ya, əksinə, narazılıq. Bəzi emosiyalar yavaş-yavaş, insan hiss etmədən yaranır, tədricən o dərəcədə güclənir ki, insanın bütün davranışına təsir göstərir, uzun müddət, hətta aylarla, illərlə, on illərlə davam edir. Başqa hallarda emosiya qəflətən, müəyyən hadisənin, çox vaxt, həmin adama dəxli olan gözlənilməz böyük və ya kiçik hadisənin təsirindən baş verir:

Davamı →

Melanoma

Melanoma—bazal və ya squamoz hüceyrəli karsinomadan daha az rast gəlinir,ancaq daha ölümcüldür.Dəri melanomasının erkən əlamətləri haqqında ictimai maariflənmənin nəticəsi olaraq bu gün melanomaların əksəriyyətində cərrahi müdaxilə ilə tam sağalma əldə edilmişdir.Bununla yanaşı son 10-20 il ərzində bu şişin rast gəlinmə tezliyi hesablanmış və bu artımı günəş şüalarına məruz qalma müddətindəki artım ilə əlaqələndirirlər.
Davamı →

Bioloji saat

Bizi əhatə edən hər bir şey fasiləsiz surətdə dəyişilir, gündüz axşamla, sonra gecə səhərlə, yay — payızla, sonra qış yazla, külək sakitliklə əvəz olunur ki bunun ardınca da tufan, quru hava, yağış və ya qar gələ bilər. Hələ sosial mühitin neçə dəyişdiyini demirik — gah işdə gah evdə, mağazada və ya konsertdə oluruq. Bütün bu dəyişikliklər arasında nizamlı, ciddi ardıcıllıqla bir-birini əvəz edənlər vardır, ritmik olmayan, qaydasız, bəzən tamamilə gözlənilmədən meydana çıxan dəyişikliklər də vardır. Xarici şəraitin təbii proseslərlə əlaqədar ritmik dəyişiklikləri insanın davranışında əsas rol oynayır. Çox qədim zamanlardan təbii ritmlər insanı müəyyən davranış normalarına və ya, deyildiyi kimi stereotipinə vadar etmişdir. Gündüz işləmək, axşam — istirahət etmək və əylənmək, gecə — yatmaq qəbul olunmuşdur. Belə qaydanın nə üçün yaranması məsələsini müzakirə etməyək: ya gecənin qaranlığı insanları fəaliyyətsizliyə məcbur etdiyindən bu qaydaya alışmışlar, ya da o, insan təbiətinin özü ilə bağlıdır.

Davamı →

Xroniki yorğunluq sindromu

Geniş yayılmış bu xəstəlik hələ 1930-1950-ci illərdə ABŞ və Avropada qeydə alınıb
Demək olar ki, bu gün əhali arasında təsadüf olunan xəstəliklərin çoxu haqqında əhali arasında kifayət qədər məlumatlar mövcuddur. Lakin bununla yanaşı qarşılaşdığımız elə xəstəliklər də var ki, əslində buna əhəmiyyət verməyərək sonrakı fəsadını nəzərə almadan bu xəstəlikdən yan keçə bilirik. Bəlkə də çağdaş, yüksək inkişaf etmiş, stresslərlə dolu cəmiyyətdə yaşadığımız bir dövrdə əksər insanlar xroniki yorğunluq sindromu adlanan xəstəliklə qarşılaşsa da, əslində buna çox əhəmiyyət verilmir.

Davamı →

Çox işləmək

Müasir işgüzar insanı qayda-qanuna rəğbət, məsuliyyət hissi, inadkarlıq və səbirli olmaq kimi məziyyətlər fərqləndirir. Əslində, burada xoşagəlməz heç nə olmasa da, durmadan artan səhv etmək qorxusu, istirahət etməyi, rahatlanmağı bacarmamaq hissi son nəticədə ağır stressə, qan təzyiqinin yüksəlməsinə, çəkinin artmasına, alkoqollu içkilərə və nikotinə aludə olmağa gətirib çıxarır.
İfrat işgüzarlıq çox vaxt insanın heç kimin işin öhdəsindən onun kimi yaxşı gələ bilməyəcəyi barədə yanlış qənaəti, onun həmkarlarının təcrübəsinə etinasız yanaşması nəticəsində yaranır.

Psixoloqlar bu xəstəliyin inkişafını dörd mərhələyə bölürlər. İlkin mərhələ adətən hiss olunmadan keçir. İşdə ləngiyir, boş vaxtlarında iş barədə düşünürsən. Ən ağırı ikinci mərhələdir. Bu zaman işə o qədər bağlanırsan ki, onsuz bir anını belə təsəvvür etmirsən. Nəticədə xroniki yorğunluq yaranır, yuxu sistemi pozulur. Növbəti mərhələ xroniki mərhələdir. Öz çiyninə o qədər yük götürürsən ki, öhdəsindən gələ bilmirsən. Sonuncu dördüncü mərhələdə isə xəstəliklərin cənginə düşürsən, iş qabiliyyətin azalır, həm fiziki, həm emosional baxımdan ruh düşkünlüyünə qapılırsan və hətta ölüm təhlükəsi ilə üzləşirsən.

Alimlər bildirir ki, xüsusilə uzun müddət eyni vəziyyətdə oturaraq işləmək insanı məhv edir. «Özünü pis hiss edərkən və ya stress keçirərkən məzuniyyətə çıxmağa həvəs göstərməyən işçilər özlərinə necə qəsd etdiklərinin fərqində deyillər», — deyə alimlər bildirir: «Nəticədə bu insanlar kürəkdə uzunmüddətli və ya xroniki ağrılardan, piylənmədən, depressiyadan, ürək çatışmazlığı və ya insultdan əziyyət çəkirlər».

Müəllif: Azertag agentliyi

Davamı →

Psixoterapevt

Psixoterapiya — xəstənin psixikasına məqsədyönlü, planlı təsirdir. Onun məqsədi xəstənin bədənində gedən prosesləri onun sağalması üçün dəyişdirilməsidir. Psixoterapiya dərman terapiyası, cərrahi müdaxilə, müalicəvi idman, pəhriz qidalanma və s. yanaşı müalicəvi prosesin elementlərindən biridir. Sinir-psixi əsasda yaranmış xəstəliklərin müalicəsində əsas müalicə üsuludur, digər xəstəliklər zamanı isə yardımçı üsuldur. Mütəxəssislərin fikrincə, terapevtdən və digər həkimlərdən müalicə alan xəstələrin də psixoterapevtə ehtiyacı var. Ona görə də psixoterapiya həkim ixtisası içərisində ən geniş fəaliyyət göstərən həkim olmalıdır. Psixoterapiya həkim ixtisası kimi 1985-ci ildə təsdiq olunmuşdur: həkim-psixoterapevtlərin geniş miqyasda hazırlanması indiyə kimi qaydaya salınmamışdır, hətta iri şəhərlərdə psixoterapevtlər tək-tükdür.

Davamı →

Su-həyat mənbəyidir

Səhər yeməyi zamanı bəziləri çay, bəziləri isə kofe içir. Nahar yeməyini də şirə və ya kompotla başa vururlar. Təkcə adi təbii suya qida rasionunda yer tapılmır. Ancaq təəssüf. Çünki adi su orqanizmə ən çox lazım olan içkidir. Orqanizmdə gedən əsas proseslər məhz suyun iştirakı ilə baş verir. Onun çatışmazlığı zamanı isə orqanizm sanki «paslanır» və qocalma prosesi sürətlənir.
Su orqanizmdəki bütün mübadilə proseslərində və fiziki-kimyəvi reaksiyalarda iştirak edir, orqanizmdə qidalı maddələr üçün nəqliyyat rolunu oynayır və bədən temperaturunun sabit saxlanmasına kömək edir. Əgər orqanizmdə suyun defisiti varsa, bu zaman:

Davamı →

Kosmetik vasitələr

Zərif cinsin nümayəndələri həmişə gözəl görünməyə çalışıblar. Qadınlar hələ lap qədim zamanlarda da ənlik-kirşandan istifadə ediblər. Müasir dövrdə isə əksər xanımlar kosmetik vasitələri xarici görünüşün yaxşılaşmasına yönəlmiş kompleks qulluğun ayrılmaz hissəsi sayır. Ancaq təəssüf ki, gözəlliyin qayğısına qalmaq niyyətilə görülən tədbirlər bəzən elə nəticələr doğurur ki...

İndi müxtəlif şirkətlər çeşidli kosmetik vasitələr-kremlər, pudralar, rumyanalar, pomadalar, tenlər istehsal edirlər. Təbii ki, bunların həm ucuz, həm də baha qiymətə olanları var. İndi kosmetika bazarı qiymətindən asılı olmayaraq saxta, kefiyyətsiz məhsullarla doludur. Xanımların əksəriyyəti bu malların tərkibi və keyfiyyətindən xəbərsizdilər. Bəziləri isə keyfiyyətdən çox qiymətə fikir verir. Amma düşünmürlər ki, ucuz, saxta kosmetik vasitələrdən istifadə  müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.
Davamı →

Hava və səhhətimiz

Havaların qəflətən kəskin olaraq dəyişməsi, güclü küləyin əsməsi, yağışın yağması və s. son zamanlar bir çox insanların həssasalığını artıraraq onları dözümsüz  etmişdir. Çoxları bu və ya digər meteoroloji həssaslığa adekvat reaksiya ilə cavab verə bilmir. Bu isə özünü müxtəlif insanlarda  müxtəlif cür büruzə varir.
Rusiya Tibb Elmləri Akademiyasının həkimləri  belə hesab edirlər ki, meteoroloji dəyişkənlikləri dəf etmək üçün insanların aktiv həyat tərzi keçirməsi və düzgün qidalanması vacib amillərdəndir.
Davamı →
Top