Əlbəttə ki, gözəl bədən quruluşuna sahib olmaq üçün əzələləri mütəmadi olaraq məşq etdirmək lazımdır. Onlar möhkəm olduqda bədən quruluşu da gözəl olur. Fiziki aktivlik müntəzəm şəkildə olmalıdır. Bunun üçün üzgüçülüyə, trenajor və ya fitnes zalına getmək, hər gün piyada gəzmək, qaçmaq lazımdır. Bir çox qadınların fitnes və aerobika qruplarında məşğul olmaq üçün imkanları və vaxtları olmur. Ancaq onlar bunu evdə etməklə də uyğun nəticəni ala bilərlər.Bu hərəkətlər kompleksi bütün əsas əzələ qruplarının işlədilməsi üçün tərtib edilmişdir. Onu müntəzəm olaraq, heç olmasa həftədə 3 dəfə olmaqla, 40-60 dəqiqə ərzində yerinə yetirmək lazımdır. Hərəkətləri düzgün yerinə yetirin, bu halda bir müddətdən sonra bədən quruluşunuzun nəzərəçarpacaq dərəcədə yaxşılaşdığını hiss edəcəksiniz. Hərəkətləri etməmişdən ən azı yarım saat əvvəl 0,5 stəkan qaynadılmış su için, bu, orqanizmi susuzluqdan qoruyacaqdır. Yeməyi isə məşqdən ən azı bir saat əvvəl yeyin.
Bədənin mökəmləndirilməsi – xəstəlikləri müalicə etmir, onların qarşısını alır. Bu, onun çox vacib olan profilaktik roludur.Bədəni mökəmləndirilmiş olan insan nəinki, istini, soyuğu, həmçinin, orqanizmin müdafiə qüvvələrinin zəifləməsinə səbəb ola bilən havanın kəskin temperatur dəyişmələrini də yüngül şəkildə keçirə bilər.
Valideynlər üzərində aparılan ən son araşdırmaya görə ata və anaların uşaqları ilə keçirdikləri vaxtlarda daha sağlam olduqları, bu insanların cəmiyyətdə uşaq sahibi olmayan insanlardan fərqli olaraq daha çox yaşadıqları üzə çıxıb.
Dünyada ilk qəlyan Hindistanda hazırlanıb. Daha sonra isə ondan İran, ərəb ölkələri və Türkiyədə geniş istifadə olunmağa başlayıb. Türkiyədə qəlyan çəkmək ən qədim adətlər sırasına daxildir. Ümumiyyətlə bu ölkədə qəlyandan istifadə keçmişdə də dəbdə olub, indi çox populyardır. Bu səbəbdən də çoxları qəlyanın vətəninin Türkiyə olduğunu idda edir. Bu gün Türkiyə və Misir qəlyan çəkmək mədəniyyətinin son dərəcədə inkişaf etdiyi ölkələrdir.
Şərq məkanında qəlyanla bağlı müxtəlif aforizmlər, adət-ənənələr mövcuddur. Bir sıra xalqlar dostluq əlaməti olaraq bir-birlərinə qəlyan bağışlayırlar. Bəzi ərəb ölkələrində isə evə gələn qonaq ona təklif edilən qəlyandan imtina edirsə, bu ev sahibinə qarşı çox ciddi hörmətsizlik kimi qiymətləndirilir.
Həkimdən daha çox soruşulan məlumatlardan biri də süd və süd məhsullarının təsiri ilə bağlı olur.Demək lazımdır ki, onlar mütləq şəkildə xeyirli bir qida olmayıb öz zərərli tərəfləri ilə narahatlıq doğura bilər.Süd və süd məhsullarından davamlı və plansız bir şəkildə istifadə etmək kifayət qədər ciddi böyrək daşı, mədə-bağırsaq traktı (MBT) və xərçəng xəstəliklərinə səbəb ola bilər.