Qan-damar sistemi kateqoriyası üzrə məqalələr

Hipertoniya və onun növləri

Arterial təzyiqin 140/90 mm civə sütunundan yuxarı qalxması arterial hipertenziya hesab edilir. Əgər arterial təzyiqin yüksəlməsi birincili olarsa, yəni digər patoloji proseslərlə əlaqədar deyilsə, ona hipertoniya xəstəliyi deyilir. Arterial təzyiqin yüksəlməsi digər xəstəliklərin əlaməti kimi meydana çıxarsa, bu, ikincili və ya simptomatik arterial hipertenziya adlanır. Sumqayıt şəhərindəki 4 nömrəli poliklinikanın həkim-kardioloqu İlhamə Zülfüqarlı deyib: «Xəstəliyin əmələ gəlməsi bir neçə əlverişsiz faktorun birgə təsiri ilə əlaqədardır ki, bunlara stress, abdominal piylənmə (bel dairəsinin qadınlarda 88, kişilərdə 102 santimetrdən çox olması), xörək duzundan həddindən artıq istifadə edilməsi və irsi meyillik aiddir.

Əlavə risk faktorları- azhərəkətli həyat tərzi, qlükozaya tolerantlığın pozulması, fibrinogenin miqdarının artması arterial hipertenziyası olanlarda ürək-damar xəstəlikləri, ürək, böyrək, beyin və göz kimi hədəf orqanlarının zədələnmə riskini artırır. Hipertoniya xəstəliyi üçün baş ağrıları, başgicəllənməsi, tez yorulma, narahat yuxu, daxili gərginlik, ürək nahiyəsində ağrı, fiziki iş zamanı təngnəfəslik və ürək bulanma xarakterikdir. Xəstə gözlərində torabənzər kölgə və səyriyən ləkələrin olmasından şikayətlənir. Bəzən xəstələrin qulağında uğultu və küy olur.
Davamı →

Qanda xolesterolun səviyyəsini aşağı salan qidalar

Orqanizmdə xolesterolun yüksək səviyyədə olması ürək-damar sistemi xəstəliklərinin riskini artırır. Beynəlxalq normalara əsasən orqanizmdə xolesterolun səviyyəsi 5 mm/l yuxarı olmamalıdır. Bəzi məhsullar var ki, onlar xolesterolun səviyyəsini aşağı salır. Bu məhsulları həm yüksək xolesterolu aşağı salmaq üçün, həm də bu pozulmanın profilaktikası üçün tez-tez qidalanmaya daxil etmək lazımdır.

Bu məhsullar arasında:
— Sitrus meyvələri (xüsusilə qreypfrut, portağal, naringi). Bu meyvələri üzərində olan ağ qabıqlarla birlikdə yemək daha faydalıdır.
Davamı →

Damarlar nə üçün tutulur?

Damarlarda xolesterinin (piyə oxşar maddə) yığılması nəticəsində damarlar daralır, öz elasktikliyini itirir, daha kövrək olur, damarların partlaması, tam tutulması riski artır.

Bu prosess ateroskleroz adlanır. Ateroskleroz uzun illər ərzində simptomsuz, gizli inkişaf edir vəyalnız damarın bir çox hissəsi (70%-dən artıq) tutulduqda kliniki simptomlar əmələ gəlməyə başlayır. Ürək damarları tutulubsa ürək nahiyəsində ağrılar əmələ gəlir, beyin damarları tutulduqda yaddaşsızlıq, baş gicəllənməsi və s. kimi simptomlar meydana çıxır, ayaq damarları tutulanda insan «səbəbsiz» axsamağa başlayır və s. Damarların tutulması infark və insultun əsas səbəbidir.
Davamı →

SM təzyiq ölçmə metodu

İspaniyanın elmi-tibbi araşdırma mərkəzi yüksək təzyiqdən xilas olunmaq üçün əsas şərt hesab edilən təzyiq ölçən aparatla ənənəvi təzyiq ölçmə metodunu effektsiz elan edib.

Yüksək təzyiq, insult və s kimi ölüm faizi yüksək olan xəstəliklərdə diaqnostika zamanı təzyiqin yalnız həkim otağında ölçülməsi zamanı alınan rəqəm real vəziyyəti əks etdirməyə bilər. Yənii pasiyentin həmin ana olan fizioloji, nevroloji durumuna görə təzyiq aşağı və ya az yuxarı ola bilər.

Maskalanmış hipertoniya həkimi həmişə azdırır: pasiyent həkim müayinəsində olanda aşağı olur, xəstəxanadan çıxan kimi qalxır və ya həkim ölçəndə yuxarı olur, sonradan normallaşır.
Davamı →

Arterial təzyiqin ölçülməsi

Mütəxəssislər arterial təzyiqi müntəzəm olaraq ölçməyi tövsiyə edir. Bu hipertoniya xəstəliyini vaxtında aşkar etməyə kömək edir. Hipertoniya bir çox hallarda simptomsuz olaraq inkişaf edir.

Arterial təzyiqin daim yüksək olması çox ağır fəsadların, o cümlədən infarkt və insultun inkişafına səbəb olur.

Arterial təzyiqi düzgün ölçmək çox vacibdir. İlk növbədə insan bilməlidir ki, dəqiq nəticə almaq üçün arterial təzyiq bir qolda deyil, hər 2 qolda ölçülməlidir.
Davamı →

Qan dövranına faydalı qidalar


Tez-tez xəstələnir, əlləriniz və ayaqlarınız tərləyir və ya üşüyürsünüz? Bunun səbəbi qan dövranı pozğunluğu ola bilər. Qan dövranı pozuqluğuna səbəb olan əsas amillər isə siqaret çəkmək, məşq etməmək, diabet, qan laxtalanması və yaşlılıqdır.

Su
Araşdırmalar nəticəsində gündə səkkiz stəkan su içməyin qan dövranı pozuqluğunun qarşısını aldığı öyrənilib. Su həmçinin əhəmiyyətli maddələrin orqan və hüceyrələrə daşınmasında rol oynayır. Bundan əlavə soyuq suyla bir neçə dəqiqəlik duş qəbul etməyə cəhd edə bilərsiniz. Bunu həftədə yenə bir neçə dəfə tekrarlamalısınız. Dr. Ben Kimin söylədiyinə görə, həftədə bir neçə dəfə bir neçə dəqiqəliyinə soyuq suyla duş qəbul etmək qan dövranını sürətləndirir.
Davamı →

Təzyiq ölçərkən bu səhvlərə yol verməyin

Arterial təzyiq sağlamlıq göstəriciləri arasında ən vacib olanlardan biridir. Həkimlər vaxtaşırı olaraq hamıya (xüsusilə 40 yaşdan sonra olan insanlara) təzyiqini ölçməyi tövsiyə edirlər. Bununla siz hipertoniyanın inkişafını ilk mərhələlərdə aşkar edə bilərsiniz.


Hipertoniya çox hiyləgər xəstəlikdir ki, ilk mərhələlərdə heç bir simptomla özünü büruzə vermir. Bu isə çox təhlükəlidir. Gizli inkişaf edən hipertoniya tədricən insanın ürək-damar sistemini, böyrəklərini, gözlərini sıradan çıxardır. Bu səbəbdən təzyiqin vaxtaşırı olaraq ölçülməsi olduqca vacibdir. Lakin təzyiqi ölçən insan müəyyən qaydaları bilməlidir. Bu qaydalara əməl etməmək təzyiqin göstəricilərinə təsir edir, təzyiqin səhv ölçülməsinə səbəb olur.

1. Təzyiqi yemək yedikdən, çay və ya qəhvə içdikdən, siqaret çəkdikdən dərhal sonra ölçmək olmaz. Sidik kisəsi boş olmalıdır.
Davamı →

Aşağı təzyiqi necə tez qaldırmaq olar?

Yüksək təzyiqlə müqayisədə aşağı təzyiq insan həyatına ciddi təhlükə yaratmır. Lakin təzyiqin kəskin şəkildə aşağı düşməsi insanın halının pisləşməsinə, başgicəllənməsinə, zəifliyə, halsızlığa, ağır vəziyyətdə bayılmaya səbəb ola bilər.

Belə vəziyyətdə ev şəraitində bu kimi vasitələrdən istifadə edə bilərsiniz:
— Tünd qəhvə. Tərkibində olan kofein maddəsinə görə qəhvə tez bir zamanda aşağı təzyiqi qaldırır.
— Tünd çay. Çayın tərkibində də kofein var. Çay və ya qəhvə şirin olmalıdır.
Davamı →

Hipertoniya xəstələrinin müalicə proqramı

Bu proqram yüksək təzyiqdən əziyyət çəkənlər üçün tərtib edilmişdir.
1. Mənfi psixo-emosional və psixi-sosial stress vəziyyətinin aradan qaldırılması.
2. Dərmansız müalicə üsulları.
3. Medikamentoz hipotenziv müalicə.
4. Serebral qan dövranının yaxşılaşdırılması.
5. Təzyiq səbəbli ağırlaşmaların müalicəsi.
6. Ekstrakorporal terapiya.
7. Sanatoriya-kurort müalicəsi.
Davamı →

Hemangioma

Hemangioma xəstəliyi əsasən anadangəlmə olur. Anadangəlmə hemangioma damarların anormallığı səbəbindən dəridə əmələ gələn qırmızı ləkələrdir. Xalq arasında bu ləkəyə”pir nişanəsi” deyirlər.

Dəridə hemangioma anadangəlmə olub uşağın 1 yaşına kimi böyüyür. Bu qırmızı dəri ləkələri əsasən üz bölgəsində əmələ gəlir və nadir hallarda ölçüləri uşağın yaşı artdıqca böyüyür. Çünki hemangiomanın ölçüsü 1 yaşdan sonra artmır.
Davamı →
Top