Psixologiya kateqoriyası üzrə məqalələr

Münasibətlərdə psixoloji yaş çox önəmlidir

Ailə qurarkən insanları narahat edən əsas problemlərdən biri də yaş məsələsdir. Lakin insanlar bu məsələyə birmənalı yanaşmırlar. Bəziləri yaş fərqinin çox, digərləri isə az olmağının tərəfdarıdırlar.

Psixoloq, psixoterapevt Günel Vəliməmmədova bildirib ki, burada insanın tək fiziki yaşı yox, psixoloji yaşı da çox önəmlidir:

“Mənə elə gəlir ki, burada yaş fərqindən əlavə insanın tək fiziki yaşı yox, psixoloji yaşı çox önəmlidir. Elə olur ki, eyni yaşlı insanlar münaqişələrlə rastlaşırlar, çünki onların psixoloji yaş durumu bir-biri ilə uyğun gəlmir. Amma elə də olur ki, 10 yaş və ya 5 yaş fərq olanda uyğun gəlir. Bu insandan asılı olaraq dəyişir. Yəni elə cütlüklər var ki, qadın 10 yaş hətta daha böyükdür, amma onlar çox gözəl yola gedirlər.
Davamı →

Valideynin ölümünü uşağa necə deyək?

Ölüm uşaqlar üçün gizli bir qavrayışdır. Bir çox ailə bu mövzunu uşaqlarına necə izah etməkdə qərarsız qalır. Bəs söhbət hansısa yaxın adamın, hətta valideynlərdən birinin ölümündən gedirsə, onda necə etməli?

Bir neçə il əvvəl aparılan araşdırmalara görə, 5-6 yaşdan balaca uşaqlar ölümün nə olduğunu anlasa da, ölümdən sonra geri qayıdışın olmadığını anlaya bilmirlər. Aparılan son araşdırmalar isə 3, ya da 4 yaşındakı uşaqların ölən insanın geri gəlməyəcəyini anlaya bildiklərini göstərir. Bəs ailədən bir üzvün, ya da ailəyə yaxın birinin ölümünü uşağa daha az zərər verəcək formada və səmimi şəkildə necə açıqlamaq olar?

Valideyn ölümü
Sevdiyi bir insanın, xüsusən də bir valideynin ölümü böyüklər üçün olduğu kimi, uşaqlar üçün də həyatlarındakı ən sarsıdıcı olaydır. Uşaq da yaxın adamlarından birinin ölümündən sonra kədər, xəyal qırıqlığı, qəzəb, ümidsizlik kimi duyğulara qapılır. Uşaqlar yetkinlərdən fərqli olaraq ölümü anlamaq, sağ qalan valideynin sağlığından əmin olmaq, həyatlarındakı, ailə içindəki dəyişikliklərə reaksiya vermək, qəbul etmək və qeyri-müəyyən gələcəklə bağlı bəzi qayğılar yaşayarlar. Bu müddətdə böyüklərin davranışı və ölümə qarşı reaksiyası da uşaqların hadisədən necə təsirlənəcəklərini təyin edir.
Davamı →

Fiziki qüsurlu insanların psixologiyası

Fiziki qüsurlu insanların cəmiyyət içərisində həyatlarını istədikləri kimi yaşaya bilməmələri, bu cür insanların cəmiyyətdən uzaqlaşmasına, özlərində var olan qabiliyyətlərə, bacarıqlara adaptasiya ola bilməmələrinə, özgüvənlərinin aşağı düşməsinə səbəb olan ən güclü faktordur.

Fiziki qüsurlu insanlara köməklik edə bilmək üçün hər şeydən əvvəl qüsurlu insanların psixologiyasını bilmək lazımdır. Onların hansı hərəkətdən, davranışdan xoşları gəlib-gəlmədiyini bilmədən yəni, onların dünyasını tanımadan fiziki qüsurlu insanlara köməklik etmək çox çətindir. Aşağıdakı sualları araşdıraq.
Davamı →

Mükəmməlliyyətçi insanlar

Mükəmməlliyyətçi insanlar ən yüksək mərtəbəyə çatmalı və heç vaxt səhv etməməli olduqlarına inanan insanlardır. Bu ilk baxışda müsbət bir xüsusiyyət kimi görünsə, də əslində çox narahatlıq yaradan bir xüsusiyyətdir. Mükəmməlliyətçi insanlar davranışları ilə özlərinə zərər verdiklərinin fərqində olmurlar. Mükəmməlliyətçi insanlar yüksək gözləntilərinə görə şəxslərarası münasibətlərində də çətinliklər yaşayırlar.

Bəs əslində mükəmməlliyətçilik nədir?
Mükəmməlliyətçilik çox vaxt əlindən gələnin ən yaxşısını etməklə qarışdırılır. Lakin sağlam bir formada bir işi görmək üçün əlindən gələni etməklə mükəmməlliyətçilik arasında fərq vardır. Ən yaxşısını etmək üçün çalışan insanlar hədəflərinə çatmaq üçün qarşılaşdıqları əziyyətdən zövq alırlar. Mükəmməlliyətçi insanlar isə heç vaxt səhv etməməli olduqlarına inandıqları üçün öz işlərindən həmişə şübhə duyar, narahatlıq içində yaşayarlar. Gordon H. və Paul L. 3 cür mükəmməlliyətçilik ayırmışdır.
Davamı →

Mədəni sindrom və ya etnik psixoz

Hər bir mədəniyyətin qaydası, adəti, ənənəsi vardır ki, onu başqa mədəniyyətdən fərləndirir. Əsrlər boyu formalaşan mədəniyyət yerli camaat üçün normal görünsədə, gəlmələr üçün bəzən qəribə gələ bilər. Qeyri adilik hər mədəniyyətdə var. Buraya həm cinsi və seksual tərbiyəni, həm cəmiətdə davranış etikasını, həmdə müəyyən ritualların keçirməyi müşahidə edə bilərik.

Lakin mədəniyyətlərin pis cəhəti kimi biz “etnik psixoz” adlanan bir terminologiya nəzərdən keçirə bilərik ki, müəyyən xüsusiyyətlərə malikdir:
Davamı →

Xəyali zəng sindromu

Son dövrlərdə ciddi surətdə artan xəyali zəng sindromu mütəxəssislərin ciddi surətdə diqqətini çəkib.

Xəyali zəng sindromu — insanın vaxtaşırı, heç bir əsas olmadan sanki zəng səsi eşitməsidir. Müxtəlif əsəb xəstəlikləri olan və ya stress keçirən insanlar bu halı hətta hallüsinasiya kimi qəbul edərək psixoloq və psixiatrlara müraciət edirlər.

Psixoloqlar bildiriblər ki, bu sindrom keçirilən hər hansı bir stress nəticəsində orqanizmin sensor həssaslığının arması kimi ortaya çıxır:
Davamı →

Selfiemaniya

“Selfie” sözü tərcümədə “mən” mənasını verir. Lakin müasir həyatımızda bu sözlə özünün şəklini çəkmək kimi izah vermək olar. Insan özünün şəklini çəkən zaman əlbətki heç bir psixoloji patologiya nümayiş etdirmir. Lakin, hər bir marağın bir dərəcəsi varki, bir zaman normal sayılan, o biri dərəcədə artıq anormal sayılır.

Psixoloji problem. XBT -10 uygun olaraq F63.8 Adətlərin və meyllərin digər pozuntularına aid olan bu növ selfiedan asılılıq xəstəlik kimi qəbul edilə bilər. Daimi selfie etmək istəyi, hər gün, hər yeni pozisiyada şəkillərin nümayişə cəhdlər, şəkilin alınmaması zamanı ümumi narahatçılıq yaşayır. Şəxs prodromal gərginlik dövrü, sonra isə bu hərəkət prosesində və ondan bir müddət sonra yüngülləşmə hiss edir.
Davamı →

Daxili nitq

“Düşünmək, ruhun öz-özüylə danışmasıdır”.
Daxili söhbətlərdə özünüzü ələ alıb gücləndirə biləcəyiniz kimi, yıxıcı duyğuları qızışdırıb özünüzü məhv də edə bilərsiniz. Gün ərzində ağlınızdan orta hesabla 70.000-ə yaxın fikir keçir. Başqa bir tədqiqata görə daxili söhbətlərimizin 75%-nin pis, üzücü, gücsüzləşdirici olduğu bildirilir. Əslində “Daxili nitqi” artıran səbəblər çoxdur.

Hər bir insan doğulduğu andan etibarən özünü və əməllərini şüurlu və şüursuz şəkildə təhlilə başlayır. Bunu etməməliydim, deməməliydim, gözləməliydim… minlərlə edilmiş hərəkətləri və onlardan sonrakı peşmanlıqlar. Əslinə baxarsanız, insan etdiyi bütün addımlardan sonra beynində uzun müddət təhlil aparır.
Davamı →

İnsan əşya deyil | Erix Fromm

Psixologiyanın artan populyarlığı bir çoxları tərəfindən “Özünü tanı” çağırışı ilə ifadə olunan Delfi idealına (1) artan marağımızın göstəricisi olaraq qəbul edilir. İnsanın özünü tanıması ideyasının kökləri Yunan və Yəhudi-Xristian ənənəsindədir, özünü tanıma həm də “Aydınlanma” hərəkətinin məqsədlərindən biri idi. İntellektual kökləri bu ənənədə olan Ceyms (2) və Freyd kimi insanlar bu marağın günümüzdə canlanmasında roloynadılar. Ancaq biz müasir psixologiyanın insanın psixi inkişafı üçün təhlükəli və dağıdıcı ola biləcək digər tərəflərini də yaddan çıxarmamalıyıq.

Müasir psixologiya bilgisi hazırki kapitalist cəmiyyətdə “özünü tanı” çağırışında nəzərdə tutulandan fərqli məna və funksiya qazanmışdır. Kapitalist cəmiyyətin mərkəzi bazardır- əmtəə və işçi bazarı; bazarda əşyalar və xidmətlər klan və qan mənsubiyyətinə və digər ənənəvi münasibət formalarına baxmadan, güc və hiylə tətbiq olunmadan sərbəst şəkildə dəyişdirilir.
Davamı →

Kapqras sindromu

Kapqras sindromu ilk dəfə 1923-cü ildə fransız psixiatr Kapqras tərəfindən kəşf olunmuşdur. Bu sindrom əlamətlərinə görə sayıqlama pozuntusuna bənzəyir və paranoid şəxsiyyət pozuntusunda daha çox müşahidə olunur. Sindrom nadir hallarda rastlandığı üçün tədqiqat sahəsi məhduddur. Lakin problemin əsas səbəbi kimi neurobioloji və neuropsixoloji səbəblərin olduğu aşkarlanmışdır.

Əlamətləri
Kapqras sindromu olan pasiyentlər duyğusal bağlılığı olan insanlar, əşyalar və ya heyvanlara qarşı yadlaşma hissi keçirirlər. İnsanları tanımaqda çətinlik çəkirlər, başqalarının keçirdiyi emosional vəziyyəti doğru anlaya bilmirlər. Xatırlaya bilmədikləri insanlardan uzaqlaşmağa, onlarla ünsiyyəti kəsməyə çalışırlar. Həmin insanların zərər verə biləcəyini, öz mənfəəti üçün münasibət qurduqlarını düşünürlər. Daha ağır situasiyalarda onları saxtakar kimi düşünürlər və aqressiv olurlar, hətta bu vəziyyətdən uzaqlaşmaq üçün intihara cəhd edirlər. Kapqras sindromunun əsas xüsusiyyəti “duyğu” ilə “görüntü” arasındakı uyğunsuzluqdur.
Davamı →
Top