Psixologiya kateqoriyası üzrə məqalələr

Psixi xəstəliklər və sənət

Psixi xəstəliklərlə sənət arasındakı əlaqə son illər ən çox araşdırılan mövzulardandır. Birinci növbədə bilinməlidir ki, heç bir xəstəlik tam olaraq sənətə və ya ədəbiyyata meyilliliyin göstəricisi ola bilməz. Ancaq buna təsir edə bilər.

Belə ki, araşdırmalarla da təsdiqləndiyi kimi sənət və psixi xəstəliklər arasında əlaqə mövcuddur. Hətta sənət, fəlsəfə, ədəbiyyat kimi sahələrdə qabiliyyət ilə psixi xəstəliklərin eyni gendən başlanğıc götürdüyünü vurğulayan nəzəriyyələr vardır. Və bu genlər bəzi insanlarda şizofreniya bəzilərində maniakal depressiv psixoz kimi özünü göstərir. Faiz göstəricisi ilə 25% şizofren valideynlərdən doğulan uşaqların yüksək zəka və yaradıcı olmaları mümkündür. Ancaq yenə də bu nəticələr mütləq doğru olaraq qəbul edilməməlidir.

Lakin bilindiyi kimi, şizofreniya xəstələri nitqi yaxşı istifadə edə bilmirlər, və istər qavrama pozuntularının səbəb olduğu halusinasiya və illuziyalar istərsə də psixi avtomatizmin təsiri ilə şəkil dili yəni təsvir qabiliyyətləri fantaziya və təfəkkürləri digər insanlarla müqaisədə daha genişdir. Yəni xəstəliyin təməlində nitqlə əlaqə probleminin olması xəstələri rəsmə asanlıqla yönləndirir.
Davamı →

Su səsi terapiyası

Su səsi terapiyası, adətən, musiqi terapiyası ilə birgə aparılır. Daha dəqiq desək, müəyyən sakit və rahatladıcı musiqi fonunda su səsinin verilməsi daha effektiv bir yol hesab edilir. Çünki onların birlikdəliyi gözəl ahəng yaradır.

Professor Masaru Emoto su kristalları üzərindəki səsin təsirini araşdıran Yapon elm adamıdır. Emotonun bu mövzuda etdiyi daha bir araşdırmada, eyni mənbədən götürülmüş iki qab su üzərində təcrübə aparılmışdır. Su dolu qablardan birinə sakit və qulağıyormayan musiqilər, digərinə isə daha səs-küylü və yorucu bir musiqi dinlədilmişdir. Daha sonra suların strukturları araşdırıldığında, gözəl ritm dinlədilən suyun kristalizasyon nümunəsi naxışlar şəklində və simmetrik, kəskin ritmlər dinlədilən suyun kristalizasyon nümunəsi isə qarışıq olaraq tapılmışdır.
Davamı →

Gündəlik görünüşünüz nələri ifadə edir?

Psixoloqlar insanların istənilən hərəkətlərini elmə görə təhlil edib, mülahizələr irəli sürməyi bacarır. Freyd davamçılarının nəzərindən xanımların üstünlük verdiyi müxtəlif makiyaj tərzləri və istifadə edilən rənglər mövzusu da yayınmadı. Makiyaj üslubları insan xarakteri tək müxtəlifliyi diktə edir. O zaman sizin bu mülahizələrə görə hansı xarakterə malik olduğunuzu özünüz müəyyən edin...


Detalçı. İntensiv oxlar və dodaq boyası.  
Çox güman ki, siz çox səliqəli və tam formalaşmış bir şəxsiyyətsiniz. Siz, hətta ən kiçik detalları belə yaxşı yadda saxlayırsınız: bütün qohumların, dostların və tanışların doğum günlərini, bürcləri, gözlərinin rəngini və məşğuliyyətlərini xatırlayanlardansınız.
Davamı →

Copgras sindromu

Bu günə qədər bir çox psixloji narahatlıqlara rast gəlinib. Lakin etiraf edək ki, psixoloji pozuntular adı altında ağlımıza gələn sindromlar; şizofreniya, depressiya və psixoz kimi məhşur sindromlardan önə keçməyib. Lakin adı çəkilən bu sindroma az rast gəlinir. Copgras sindromu elmə 1923-cü ildən Fransız həkim Copgras tərəfindən gətirilmişdir.

Copgras mirasını əlindən almaq üçün həyat yoldaşı və qizının yerinə keçmiş şəxslərdən danışan qadının dediklərini qeydə almışdır. Bu qadında psixoloji və əqli pozuntunun olmaması daha çox maraq yaratmışdır. Sindromun əsası bundan ibarətdir; şəxs ətrafinda olan tanıdığı insanların dəyişdiyini, onların real olmadığını, eyni zamanda ona zərər yetirmək üçün yaxınlarının yerinə başqalarının keçdiyini deyir. Bu əlamətlər şizofreniya ilə eyniləşdirilir. Lakin Copgras sindromu adlandırmaq üçün reallığı dəyərləndirmə və analiz etmə bacarığı tamamilə itmiş olur.
Davamı →

Narsizm

Narsistlər ən sadə dildə desək özlərinə sevdalı insanlardır. Ətraflarındakı insanlar duyğu naminə nə varsa əmər və bununla bəslənirlər. Daim başqalarından tərif, alqış gözləyir, lakin özləri heç bir şey verməyə yanaşmazlar.

Bəzi insanlar həqiqətən özlərini o qədər bəyənirlər ki, aynanın qarşısında uzun saatlar keçirə bilirlər. Bu uşaqlar üçün normal bir davranışdır. Uşaqlar özlərini tanımaq üçün uzun-uzun aynaya baxa bilərlər.

Yeniyetmələr də yetkinlik başlayan müddətdə bədənlərindəki dəyişiklikləri izləmək və ya sivilcələrini kontrol etmək üçün uzu müddət aynanın qarşısında qala bilirlər. Amma 30-40 yaşındakı bir adamın aynanın qarşısında saatlarla vaxt itirməsini heç birimiz normal qarşılamırıq.
Davamı →

Pika sindromu


Pika sindromu cox hallarda uşaqlıq hətta körpəlik yaşlarında başlayıb yetkinlik zamanlarınadək davam edən və daim təkrar edən bir davranış pozğunluğudur.Normal qidalardan xaric qida olmayan, müxtəlif maddələrə qarşı əmələ gələn yemə istəyi ilə özünü göstərir. Bu xəstələr zərərli ola biləcəyini bilsələr də özlərini bu maddələri yemə istəyindən uzaqlaşdıra bilmir. Çox vaxt bədəndə əksik olan dəmir, sink, fosfor,kalsium kimi maddələrin əksikliyi, bu davranış pozğunluğu ilə əvəz olunmaqdadır.

Bu xəstələr qidadan xaric maddələri yeyib-içməkdən özlərini çəkindirə bilməsələr də iştahlı bir şəkildə yeyirlər və zövq alırlar. Qələm uclarını gəmirən şagirdlərə, torpaq yeyən hamilələrə ya da saclarını udan uşaqlara ölkəmizdə heç də az rast gəlinmir. Sadəcə bunlarla bitmir hətta qum, kirəc, kağız, ip, silgi, sabun, torpaq, boya, neft, kley bu xəstələrdən örnəkdir. Bu sadalanan yeyilməyən, daxilə qəbul edilməyən maddələr o qədər çoxdur ki, saymaqla bitməz. Bu maddələr pika xəstələri üçün ən ləzzətli şirniyyat və ya tortdan daha-daha dadlıdır. Divardan qaşınmış bir ovuc dolusu mel parçası və ya yerdən alınmış bir ovuc dolusu palçıq və yaxud bir tutum saç…
Davamı →

İnsanların ən çox qorxduğu 3 şey

Fyodor Mixayloviç Dostoyevski bir zamanlar demişdi: “Bir çox insanlar üç şeydən – güvənmək,həqiqəti demək və özü olmaqdan qorxur.” Həqiqətən də,bu günkü cəmiyyəti və sırf öz hisslərinizi düşündükdə bu sözlərin nə qədər həqiqət olduğunu anlaya bilərsiniz. Bəs bunun səbəbləri nədi və biz bununla necə mübarizə apara bilərik.

1. İnsanlara etibar etməkdən qorxuruq.
Geridə qoyduğumuz həyat yolu dost xəyanəti,yalan,saxtakarlıq və məyusluqla doludur. Həyat bizə yaxşı dərslər verib və bu dərslərdə aldığımız yaraları sağaltmaq da çətindir. İnsanlara güvənmək günbəgün çətinləşir və hər keçən il güvənmək hissimizi tədricən itiririk. Yaş artıqca insanları daha tez tanımağı və məqsədlərini anlamağı öyrənirik. Bu təcrübə və biliklərlə yaşamaq çətinləşir,lakin bizi daha müdrik etdiyi ən böyük həqiqətdir. Qəlbimizin isə qəribə bir xüsusiyyəti var – o,bir gün mütləq sağalır. Bunun olması üçün isə,insanlardan uzaqlaşmamaq lazımdır. Nə baş verməsindən asılı olmayaraq – sevmək və sevilmək lazımdır. Bir və ya bir neçə insana görə bütün insanlar haqqında hökm çıxarmayın. İnsanlara şans verin,lakin bu dəfə daha ağıllı və ehtiyatlı seçim etməyə çalışın.
Davamı →

Asperger sindromu

Psixi pozğunluq olub, bəzən onu Autizmin bir formasıda hesab edirlər. Bu sindromlu insanlar normal və yüksək intelektə malik olsalar da, lakin onların sosial qabiliyyətləri və vərdişləri zəif inkişaf etmiş olur. Onların emosional və sosial inkişafı ləngidiyindən onların inteqrasiyası da gecikmiş olur.

Autistik psixopatiya halı ilk dəfə ingilis psixiatrı Lorno Uinq tərəfindən Avstriya psixiatır və pediatrı Hans Aspergerin şərəfinə Asperger sindromu adlandırılmışdır.

Autizmli əksər insanlarda, xüsusən uşaqlarda inkişafdan qalmanı asanlıqla müşahidə etmək mümkündür. Lakin onlar autistlərə bənzəsələr də əqli cəhətdən heç də geri qalmırlar. Bəzən onlar sosial kommunukasiya defisitinə malik olsalar da mürəkkəb bir elmi sahə üzrə daha dərrakəli olurlar. Məhz inkişafın bu tip geriləməsinin təhlilini ilk dəfə Hans Asperger vermişdir.
Davamı →

Uşaqlarda qorxu və "xoxan"ların sonrakı fəsadları


Bir çox valideynlər övladını verilən tapşırığı yerinə yetirməsi üçün və ya nadinclik etməsin deyə qorxudurlar. «Xoxan gələr aa, qoy başını yat» və ya «Yeməyini ye, yoxsa xoxan gələr səni aparar» kimi kəlmələr bizim ailələrimiz üçün yad deyil. Bəzən «xoxan»ı «iynə vuran həkim» və ya «küçədəki it» əvəz edir. Valideynlərin uşaqları qorxutmaqla bağlı fantaziyaları sonsuzdur. Bəs ümumiyyətlə, uşağı qorxutmaq doğrudurmu?

Uşaqlarda qorxu hissi doğulandan yeniyetmə yaşına qədər mərhələlərlə inkişaf edir. Mütəxəssislər bu inkişaf mərhələlərini 0-2 yaş, 2-6 yaş, 6-9 yaş, 9-12 yaş və yeniyetməlik dövrlərinə görə fərqləndirirlər.

0-2 yaşında olan uşaqlar ağrıdan, bərk səsdən, tək qalmaqdan və fiziki dəstəyi itirməkdən qorxurlar (əlini buraxanda, qucaqdan düşəndə və s.). Bu qorxu hissi doğulan gündən başlayır və tədricən güclənir. Böyük ehtimal bu yaşda uşaqların təsəvvürü tam formalaşmadığından onları «xoxan»la qorxuzmaq olmur. Başqa sözlə onlar hələ xoxan nə olduğunu nə dərk, nə də təsəvvür edirlər.
Davamı →

Məktəbi uşağa bu cür sevdirin

… Sentyabr qabağı valideynlər övladları ilə birlikdə məktəbə hazırlaşırlar. Xüsusən uşaq 1-ci sinfə gedirsə, bu hazırlıq daha fərqli və gərgin tempdə gedir. Təzə kitab, dəftər, qələm, çanta, geyim və s. alınır. Uşaqlar isə məktəbə getmək üçün həvəslə sentyabrın 15-ni gözləyir. Vaxt gəlib çatır, məktəbə gedir və hər şeyin düşündüyü kimi olmadığını görür...

Məktəb uşağın inkişafında yerimək, danışmaq kimi önəmli mərhələlərdən hesab olunur. Hər yeni mərhələ kimi, bu mərhələ də ailə üçün “təbii bir kriz dövrü” hesab olunur və buna hər ailə uyğunlaşa bilmir. Məktəbə başlayan uşaq yeni və qarmaqarışıq bir mühitə düşür, artıq valideynlərdən uzaqda sərbəst yeni “dünyaya qapı açır”.
Davamı →
Top