Görmədiyimiz kadrlar
Şüuraltı sözünü, yəqin ki, bir çoxlarınız eşitmisiniz. Şüuraltına təsir, şüuraltı fikir və s. Bəs nədir şüuraltı? O heç vaxt yatmır. Hətta biz yuxudaykən belə. O həmişə fəaliyyətdədir. O, gün ərzində gördüklərimizin, eşitdiklərimizin yığıldığı bir “evdir”. Gün ərzində siz avtobusa minirsiniz, yemək yeyirsiniz, müxtəlif insanlarla və hadisələrlə qarşılaşırsınız. Ancaq siz bunların bir çoxunu günün sonunda xatırlamırsınız. Ancaq şüuraltımız bunların hər birini qeyd edir. Siz istəsəniz də, istəməsəniz də. Uşaq yaşlarınızdan indiyə qədər yaşadığınız, yaddaşınızda olan və olmayan hər şey oradadır. Amma bəzən görmədiklərimiz də şüuraltına yazıla bilir. Necə? 25-ci kadr və ya digər adıyla subliminal mesaj vasitəsilə.
Hələ qədim Yunanıstanın Delfi məbədinin giriş qapısında “Özünü dərk et! Onda allahları da, bütün kainatı da dərk etmiş olarsan” sözləri yazılmışdı.
Bir sıra məlumatlara görə qədim yunanlar da bu fikri qədim Şərq xalqlarının fəlsəfəsindən əğz etmişlər.
Bir neçə min il bundan əvvəl söylənmiş bu aforizmin əsas hikməti ondan ibarətdir ki, insanla kainat bir tamlıq təşkil edib, belə ki insanın özünü dərk etməsi onun kainatı dərk etməsi ilə bağlıdır. Digər tərəfdən əsrlərin dərinliyindən qaynaqlanan bu sözlər bir daha təsdiq edir ki, qərinələr dolanıb, zamanlar keçsə də özünü dərketmə problemi heç vaxt aktuallığını itirmir. Hər bir insan hər dövrdə bu problemi özü üçün öz həyat şəraitinə uyğun olaraq yenidən həll etməli olur. Çünki şəxsiyyətin ən mühüm ölçülərindən biri olan özünü dərketmə nə irsən keçə bilər, nə də insana kənardan təlqin oluna bilər.
Biliyi bir başdan digərinə ötürmək mümkün olmadığı kimi, özünü dərketmə də ətrafdan bizə ötürülə bilməz. Özünü dərketmək özünü tərbiyə etmək deməkdir. Hamı sərkərdə, dövlət başçısı, qəhrəman ola bilməz ancaq hamı özünü tərbiyə edə bilər. Hər bir insanın özünü tərbiyə etməsi üçün ilkin addım özünə müraciət etməsidir. Özünü tərbiyə özünə müraciət edib, öz hərəkət və davranışlarına nəzarət etmək, özünə bir növ hesabat verib, təhlil etməkdir.
Tiklər uşaqlarda tez-tez rast gəlinən nevroloji dəyişikliklərdən biri olub, mürəkkəb hərəki pozğunluqları özündə birləşdirir və çox vaxt psixi xəstəliklə birlikdə rast gəlinir. Xarici ədəbiyyatda bütün təkrarlanan stereotip vərdişlər tikə aid olunur. Yerli nevrologiya və psixiatriyada isə stereotiplər tiklə əlaqəli olmayaraq ayrı qiymətləndirilir və hərəki pozğunluq hesab olunur.
Tiklər təkrar miqrasiyalı hərəkət olub aqonist və antoqanist eninəzolaqlı əzələlərin eyni vaxtda aktivləşməsi ilə təzahür edən qeyri-iradi, qəfləti xarakterli, variasiyalı hərəkətlərdir. Tikin qarşısının şüurlu surətdə alınması pis hissiyat yaradır və onun daha da sürətlənməsinə səbəb olur. Tik haqqında ilk tibbi təsvir XIX əsrin əvvəlinə aiddir. Belə ki bu vaxt Bouteille “üz qrimasları”nı xoreyadan ayırmış və onları “yalançı xoreya” adlandırmışdır. Qədim alman dilində “tiklər” qəfləti qeyri-adi möcüzə mənasını verir. Tikin öyrənilməsində əsas mərhələ “sindrom de la Touretta”nın təsviri ilə başlamışdır və haloperidolun terapevtik effektinin kəşf olunması ilə başa çatmışdır.