Qrafologiya sözü iki yunan sözünün: “gropho”- yazıram və “logos”- öyrənmək birləşməsindən əmələ gəlmişdir. Qrafologiya kəlməsini termin kimi ΧΙΧ əsrdə fransız abbat Mişon işlətmişdir.
Qrafologiya istənilən şəxsin yazısını analiz edərək onun xarakteri, eyni zamanda xarici görünüşü haqqında məlumat verən psixodiaqnnostik bir elm sahəsidir.
Qrafologiya dəqiq elm deyil, emperik biliklərə və xüsusi eksperimentlərə söykənərək formalaşmışdır. Ona görə də qrafoloji analiz kompyuterləşdirilməmışdir. Yazının analizi müxtəlif metodlarla aparılsa da burda qrafoloqun həssaslığı çox vacibdir.
Ani başlayan və hərdənbir təkrarlanan, sıx çətinlik və ya qorxulardır. Bəziləri bunu 'kriz" deyə də adlandırırlar. Panik atak, ani başlayır, get gedə şiddətlənir və şiddəti 10 dəqiqə içində, ən pik səviyyəyə çıxır, və hətta çox vaxt 10-30 dəqiqə, nadir hallarda 1 saata qədər davam etdikdən sonra özbaşına keçir.
Panik atakın əlamətləri:
•Sinə ağrısı ya da sinədə sıxılma;
• Ürəyin qüvvətli vurması;
• Tərləmə;
• Nəfəs darlığı ya da boğular kimi olma;
• Nəfəsin kəsilməsi;
• Baş gicəllənməsi, çaşqınlıq hissi, huşunu itirəcək kimi olma;
• Üşümə, ürpmə ya da isti basması ;
• bulanma ya da qarın ağrısı;
• Ürək titrəmə ya da sarsılma;
• Özünü ya da ətrafındakıları dəyişmiş, qəribə və fərqli hiss etmə;
Uşaqlarda inadçılıq, uşağın müəyyən bir məqbul səbəbi olmadan, bir hərəkətdə israr etməsi, davranışını, düşüncəsini, vəziyyətini dəyişdirməməsi şəklində təyin oluna bilər. İnadçılıq uşağın ruhsal inkişafının bir nəticəsidir və ən çox 3-6 yaş arasında özünü daha qabarıq şəkildə göstərir. Bu yaşlarda inadçılıq normaldır. Çünki bu dönəmdə uşağın mən duyğusu və azad olma duyğusu inkişaf edir. Məsələn, uşaq hər şeyi özü etmək istəyir, etdiyi şeylər xoşuna gəlir, ətrafından gələn reaksiyalara qarşı müqavimət göstərməyə başlayır. Öz varlığını hiss etdirməyə, qəbul etdirməyə çalışır. Özünə görə o həmişə haqlıdır.
İnadçılığın davranış pozuqluğuna çevrilməsinə maneə törətmək üçün mütəxəssislər bu nöqtələrə diqqət yetirməyin lazım olduğunu söyləyir :
• Uşaq böyüdərkən daha xoşgörüşlü, səbirli və sakit olmalısınız;
Qəribə olsa da xarakterimiz və həyata baxışımız orqanizmimizə təsir göstərir. Hətta tədqiqatlar xarakterimizə görə tutula biləcəyimiz xəstəliklərdən də xəbər verir…
Aqressivlər: Əsəbləri ilə bacara bilməyən aqressiv adamlar həyatı boyu ciddi ürək xəstəlikləri ilə üz-üzə qalırlar. Aqressiv adamlar psixi xəstəliklərə də meyillidirlər.
Utancaqlar: İctimai yerlərdə özlərini rahat hiss edə bilməyən utancaq adamlar viruslara daha tez yoluxurlar. Bu cür adamların bakteriya və viruslara qarşı müqavimətləri də az olur.
Optimistlər (nikbinlər): Nikbinlik ömrü uzadır. Qarşılaşdığı bütün problemlərə baxmayaraq, hadisələrə həmişə nikbin nəzərlərlə baxmağı bacaran adamlar bədbin adamlardan təqribən 7,5 il çox yaşayırlar.
Pessimistlər (bədbinlər): Bədbin adamlar nikbin adamlarla müqayisədə daha az yaşamaqla yanaşı, parkinson xəstəliyinə də meyilli olurlar.
Göz formaları:
Badamı — müştəbehlik
Badamı kənarları yuxarıya olan — bəsirətçi
Badamı kənarları aşağı olan — utancaqlıq, etibarlılıq
İri — sadəlövhlük, etibarlılıq
Kiçik — sadəlik, qılaflılıq, lovğalıq
Böyük veə dairəvi — artistlik, ünsiyyətcillik
Batıq — intellekt, idarəolunmazlıq
Önə cixan (nisbətən qabarıq) — ehtiraslılıq
Bir-birinə yaxın — acıdillilik
Bir-birindən aralı — yaxşı təəssüratlılıq
Yaradıcılıq insanın elə bir mürəkkəb fəaliyyətinə deyilir ki, bu fəaliyyətin nəticəsində elm, incəsənət, texnika sahəsində yeni əsərlər meydana gəlir. Yaradıcılıq sözün hərfi mənasında nə isə yeninin yaradılmasıdır.
Adətən yaradıcılıq dedikdə insan fəaliyyətinin o sahəsi nəzərdə tutulur ki, bu fəaliyyətin sahəsində nə isə yeni bir ideya, nəzəriyyə, qanun (elmi yaradıcılıq), yeni maşın, mexanizm (texniki yaradıcılıq), yeni bir bədii əsər (bədii yaradıcılıq) yaranır. Rus psixoloqu S.L.Rubinşteyn yaradıcılığa belə bir tərif vermişdir: «Yaradıcılıq insanın xüsusi növ fəaliyyəti olub ictimai əhəmiyyəti olan maddi və mənəvi dəyərlərin yaradılması prosesidir. Yaradıcılıq da mahiyyət etibari ilə idrakdır. Yaradıcılığa sadəcə olaraq idrakdır demək də azdır. Ona görə ki, hər cür idrak fəaliyyəti elə insanın fəallığıdır. Yaradıcılıq insanın fəallığının xüsusi formasıdır».