Ali hisslər bütünlüklə sosial amillərin təsiri ilə şərtlənir və inkişaf edir. İnsanı əhatə edən sosial gerçəkliyə münasibəti, eləcə də şəxsiyyəti onun keçirdiyi mürəkkəb (ali) hissləri ilə təzahür edir. Deməli, insanın təbiət hadisələrinə, cəmiyyətə və cəmiyyətdəki əxlaq normalarına, qanunlara, başqa insanlara, millətlərə, eləcə də təbiət və insan gözəlliklərinə, bir sözlə gerçəkliyə olan münasibəti onun ali hisslərinin obyektini təşkil edir. İnsanların davranışı, qruplar arasındakı qarşılıqlı münasibətlər, insan mədəniyyətinin məhsulları, incəsənət əsərləri, cəmiyyətin idarə olunması və birgəyaşayış qayda-qanunları, dərk olunması vacib olan problemlər və s. həmişə insanlarda müəyyən hisslər doğurur. Belə hisslər ali hisslər kimi səciyyələndirilir. Ali hisslərin məzmunu şəxsiyyətin inkişaf səviyyəsindən, dünyagörüşündən, bilik və bacarığından, əqidə və inamından asılı olduğu üçün subyektiv xarakter daşıyır.
Yönəldiyi sosial idrak obyektindən asılı olaraq ali hisslərin 4 növü fərqləndirilir: əxlaqi, intellektual, estetik və praksis hisslər.
İnformasiya mübadiləsi və onun ünsiyyətdə yeri. İnsanların bir-biri ilə informasiya mübadiləsi ünsiyyətin daha geniş yayılmış tərəfi, cəhəti olmaqla psixoloji ədəbiyyatda ünsiyyətin kommunikativ tərəfi adlanır. İnformasiya mübadiləsi prosesində insanlar bir-birlərinin fikirləri, ideyaları, hissləri, istək və arzuları və s. ilə tanış olurlar. Başqa sözlə insanlar bu prosesdə həyat və fəaliyyətləri üçün zəruri olan informasiya mübadiləsini həyata keçirirlər. Bu cür informasiya mübadiləsi olmadan insanların birgə yaşayışı və fəaliyyəti çətinləşər, mümkün olmazdı.
Ünsiyyət zamanı həyata keçirilən informasiya mübadiləsində iki tərəf iştirak edir: məlumatı, informasiyanı verən və məlumatı qəbul edən. Birinci tərəf – informasiyanı verən kommunikator, ikinci tərəf – informasiyanı qəbul edən isə resipient adlandırılır. Beləliklə hər cür informasiya mübadiləsi K – İ – R (kommunikator- informasiya- resipient) sxemi üzrə həyata keçir.
İnsan həyatı boyu müxtəlif fəaliyyət növlərini, iş və hərəkətləri icra etməli olur. Lakin bu iş və hərəkətlərin icrası həmişə eyni şəkildə asanlıqla getmir. İnsan artıq icra tərzlərinə yiyələndiyi iş və hərəkətləri çətinlik çəkmədən, sərbəst, səhvsiz olaraq yerinə yetirir, onun icrasına artıq vaxt sərf etmir. Bu onu göstərir ki, insan həmin fəaliyyəti mənimsəmişdir. Məsələn, şagird latın və ya kiril qrafiki ilə sərbəst şəkildə yazmağı və oxumağı bacarırsa onun həmin fəaliyyəti mənimsədiyini söyləyirik. Əksinə, şagird latın və ya kiril qrafiki ilə yazılmış mətni oxuya bilmirsə, bu zaman çoxlu səhvlərə yol verirsə deməli o, bu işi mənimsəməmişdir.
Fəaliyyətin mənimsənilməsi nəticəsində insanda müvafiq vərdişlər və bacarıqlar yaranır və onun həmin fəaliyyəti məvəffəqiyyətlə yerinə yetirməsini təmin edir.
İnsan nəinki duyğu üzvlərinə bilavasitə təsir edən cisim və hadisələri qavrayaraq, yaxud keçmişdə qavradıqlarını yada salaraq onların surətlərini beyində yaradır, həm də heç zaman bilavasitə qavramadığı, hətta heç mövcud olması mümkün olmayan cisimlərin, hadisələrin surətlərini də beyində yarada bilir. İnsanın psixikası ilə bağlı olan bu proses təxəyyül, yaxud fantaziya adlanır.
Təxəyyül insanın qavrayışı və hafizəsi ilə bağlı təsəvvürlərin yenidən işlənməsi, yeni qaydada birləşdirilməsi əsasında yeni surətlərin yaradılmasından ibarət olan psixi prosesə deyilir.
Təxəyyül ali psixi funksiyalardan biri kimi diqqəti cəlb edir. İnsan təlim və əmək fəaliyyətində təkcə öz yaddaşına əsaslanmır. O, öz fəaliyyətinə yaradıcı şəkildə yanaşır, yaddaşında olan təsəvvürləri dəyişdirir, yeni qaydada birləşdirir, yeni surətlər yaradır və fəaliyyət göstərir. Yeninin yaradılması ilk əvvəl ideal şəkildə, fikirdə həyata keçirilir və sonra maddi, əməli şəkildə reallaşdırılır. İnsanın öz təsəvvürlərinin ideal şəkildə fikirdə birləşdirilməsi, dəyişdirilməsi və bu əsasda yeni surətlərin yaradılması təxəyyül prosesidir.
1. Hafizə haqqında anlayış.
2. Hafizə növləri və tipləri.
3. Hafizə prosesləri və mnemotexniki üsullar.
1-ci sual. Hafizə şəxsiyyətin psixi həyatının əsasıdır. Odur ki, insan hafizəsinin qanunlarının öyrənilməsi psixoloji elmlərin çox mühüm bölmələrindən biridir. Məlumdur ki, bizim hər bir hissimiz, yaşantılarımız, hərəkətlərimiz müəyyən izlər qoyurlar ki, bu uzun müddət saxlanılır, müvafiq şəraitdə yenidən təzahür edir və şüurun predmeti olur. Ona görə də hafizə dedikdə, keçmiş təcrübənin nəqşləndirilməsi, yadda saxlanması və yada salınması başa düşülür. Bu insana imkan verir ki, informasiya toplasın, keçmiş təcrübənin izləri ilə bu təcrübəni doğuran hadisə yox olduqda da iş aparıla bilsin. Hafizə hadisələri eyni dərəcədə emosional sahəyə və qavrayış sahəsinə, hərəki proseslərin və intellektual təcrübənin möhləmləndirilməsinə də aiddir.
Qədim Çindən qaynaqlanan bu elm, öz aktuallığını günümüzdə də saxlamaqdadır.Bu gün Çində insanın taleyini cizgilərindən oxuyan mütəxəssislər hələ də var. İşdir yolunuz Çindən düşsə bəxtinizi sınaya da bilərsiniz. Sözü çox uzatmadan mətləbə keçək. Və xəbər tutaq ki, üzümüzdə nə yazılıb?
İnsanlar danışmadan öncə bir-birini bədən dili vasitəsilə tanıyırlar. Bədən dili üzümüz, başımız, qollarımız və bütün bədənimizlə duyğu və düşüncələrimizi göstərmək üçün etdiyimiz hərəkət və jestlərdir. Baş və üz jestləri hiss etdiklərimiz haqqında çox şey söyləyə bilər.Çaşdığımızda qaşlarımızı qaldırar və ya «bəli» deyərkən başımızı yelləyərik. Bədən dilimiz ətrafı necə hiss etdiyimizi və özümüzü necə tanıtmaq istədiyimizi izah edir. Yorğun insanlar donqarlaşar və kiçilərlər. Xoşbəxt və həyəcanlı insanlar isə böyük və özündən əmin jestlər edərlər. İnsanların oturub-qalxması belə onlar haqqında müəyyən məlumatlar verir. Özündən əmin insanlar qamətlərini dik saxlayırlar.
İnsanın dostu çoxdursa, fiziki və psixi sağlamlığı da möhkəm olur.Avstraliyalı alimlər dostluq etməyin faydalarını üzə çıxarıblar. Bunun üçün onlar 10 ildən artıq təqaüddə olan minlərlə yaşlı insanı öyrənərək sosioloji tədqiqat aparıblar.