Mütəmadi danlanan uşaqlar qorxaq və əsəbi olurlar. Ən kiçik səhvlərinə, nadincliklərinə görə uşaqlara qışqırmaq, danlamaq onların qorxaq, qəzəbli və nifrətə meylli olmasına gətirib çıxarır.
Mütəxəssislərin fikrincə, bu şərtlərdə böyüyən uşaqlar məktəbdə və yaşadıqları yerlərdə başqaları ilə ünsiyyət qurmaqda çətinlik çəkirlər.
Azyaşlılara qarşı sərt davranmaq onların psixologiyasına mənfi təsir göstərir. Mütəmadi təsir altında olan uşaqlarda özünə inam azalır, həmin azyaşlılar özlərini idarə edə, yaşıdları və digər insanlarla ünsiyyət qura bilmirlər. Bu cür davranış onların dərslərinə də mənfi cəhətdən təsir edir.
Ya göründüyün kimi ol! Ya da olduğun kimi görün!
(M.C. Rumi)
Avropada tanışı olmayan insanlarla ovqatını bölüşmək, salamlaşmaq ənənəsi var. Orda elə bir kompleksiz cəmiyyət var ki, tanımadığın insana salam vеrə, xoş əhvalla “gözəl havadır” dеyib ötə bilirsən. Avropa cəmiyyətinə “qonaq olanda” adamın ilk diqqətini çəkən məhz münasibətlərdəki bu sərbəstlik olur. Bizim cəmiyyətin nümayəndələrinə bir az qəribə gələn hadisədir…
Mən Avropada bu ənənənin hardan qaynaqlandığını bilmirəm. Ancaq bir insanın gün çırtlayanda tanımadığı şəxsdən müsbət еnеrji almasından yaxşı nə ola bilər ki! Təəssüf ki, biz yaşadığımız cəmiyyətdəki “tərəfdaşlarımızdan” bu enerjini ala bilmirik. Bunun səbəbi məni həmişə düşündürür.
Şəxsiyyətin iradi keyfiyyətləri elə iradi iş prosesində təzahür edir və formalaşır. İradi keyfiyyətlər – mürəkkəb psixi xüsusiyyətlər kimi insanın həyatı prosesində formalaşır, psixoloji səciyyəsinə görə vasitəli xarakter daşıyır. Tərbiyə şəraiti, sosial mühit eləcə də, sinir tipi iradi keyfiyyətlərin formalaşmasında mühüm rol oynayır.
Şəxsiyyətin iradi keyfiyyətlərini 3 qrupda birləşdirmək olar:
1. İlkin iradi keyfiyyətlər – iradi güc, təkidlilik.
2. Törəmə iradi keyfiyyətlər – qətiyyətlilik, cəsarət, özünü ələ almaq, inam.
3. Üçüncü iradi keyfiyyətlər – məsuliyyətlilik, intizamlılıq, işgüzarlıq, təşəbbüskarlıq.
Hər bir psixi prosesin əsasını insanın beyin fəaliyyəti təşkil edir. Başqa psixi proseslər kimi, emosional halların və hisslərin fizioloji əsası da beyində gedən sinir prosesləri ilə bağlıdır. Hiss və emosiyaların əmələ gəlməsi və idarə olunması vegetativ sinir sisteminin funksiyasına daxildir. Xüsusilə, hisslərin əmələ gəlməsində beynin qabıqaltı sahələrdə baş verən sinir prosesləri çox mühüm rol oynayır. Həmin sahə tənəffüs prosesini, ürək döyüntüsünü, nəbz vurmanı, orqanizmin ayrı-ayrı hissələrinin qan ilə təchizini, hərarəti, bəzi orqanların və ifrazat vəzilərinin fəaliyyətini tənzimləyir. Ona görə də hər hansı hissin baş verməsi müvafiq üzvlərdə müəyyən dəyişikliyin əmələ gəlməsi ilə nəticələnir. Məsələn: tənəffüs ahəngi dəyişir, ürək döyüntüsü ya artır, ya da azalır, nəbz vurma dəyişir, göz bəbəyi genişlənir, tüklər biz-biz olur, tərləmə artır, ağızda dil quruyur və s. Təsadüfi deyildir ki, qədim yunan həkimi Hippokrat 60-a qədər nəbz vurma kəşf etmişdir. Odur ki, ürəyin döyüntüsü emosiyanın ən həssas indikatorudur. Ona görə də çox vaxt insanlar öz emosiyalarını ürəyin fəaliyyəti ilə əlaqələndirirlər.
İnsanlar bir yazını oxuduqdan sonra o mövzu haqqında niyə şərh yazmaq istəməz?
Əslində şərhlər bir yazının təməlidir. Şərhlər sayəsində yazı dəyər qazanar. Şərhlər olmadan yazının da bir mənası olmaz. Yazıya dəyər qatan o yazıya bildirilmiş olan şərhlər, o mövzu ilə bağlı açıqlanmış olan düşüncələrdir. Şərhlər yazının daha yaxşı başa düşülməsini təmin etməklə yanaşı, həmçinin yazının inkişaf etdirilməsi məqsədini də daşıyır. Təəssüf ki, Azərbaycanda şərh yazma və iştirak etmək nisbəti çox aşağıdır.
Yaxşı, insanlar niyə şərh yazmaq istəmir? Psixoloji baxımdan bunun səbəblərini bu şəkildə sıralaya bilərik:
* İnsanlar ümumiyyətlə yalnız mövzuya fokuslanarlar. Yazıda istədiklərini tapdıqlarında daha çox zaman itirmək istəməzlər.
*Bu bir psixoloji haldır. Belə ki, müzakirə etməyin, mövzuya genişlik qazandırmanın özlərinə bir fayda verməyəcəklərini düşünərlər. Qısacası özlərini yormaq istəməzlər. Ancaq şərhlər yazını oxuyan digər insanlara mütləq fayda verər.