Əgər övladınızı istədiyiniz kimi tərbiyə etmək istəyirsinizsə, bunun yeganə yolu sevgidir, səmimiyyətdir. El arasında bir söz var: “Hoha var dağa mindirər, “hoha var dağdan endirər”. Bəlkə də ilk dəfə uşaq sizin qışqırmağınızdan çəkinərək dediyinizi edəcək, ancaq bir və ya bir neçə dəfədən sonra bu “üsul” mütləq iflasa uğrayacaq.
Övlad tərbiyəsi çox böyük təcrübə və məsuliyyət tələb edən işdir. Əgər işin içinə stress, gərginlik girsə, heç vaxt arzuolunan nəticə alınmır. Qışqırmaq zəiflik ifadəsi olmaqla yanaşı, eyni zamanda sizin son silahınızdır. Çünki bundan sonra artıq sizin uşağa qarşı heç bir təsir gücünüz qalmır. Burada ən doğru yol uşağın sevgisini, səmimiyyətini qazanmaqdır.
Qrafologiya elmi insanın xarakterini, davranışlarını, istəklərini tapmaqda və insanın kimiliyinin analizində ən etibarlı vasitə sayılır.
Əl yazısı insanın iqtisadi mənşəyini, yaşayışını, həyatdakı mövqeyini və təhsilini əks etdirir. Fransa kimi ölkələrdə şirkətlərin 80 faizi iş görüşlərində əl yazısı vasitəsi ilə kadırın kimliyini təhlil edirlər. Əl yazısıyla insanın xarakterini öyrənmək xalqdan xalqa, insandan insana fərq edir.
Mütəxəssis bir qrafoloq bildirib ki, hansı xalqın nümayəndəsi olursa olsun, hansı dildə yazırsa yazsın, mən onun düşüncələrini əl yazısıyla kağız üzərinə əks olunan proyeksiyalarını oxuya bilirəm.
Qrafalogiyada ən azı 300 fərqli əl yazısı nümunəsindən istifadə edilir. Lakin yenə də dəyişməyən və təməl olaraq xarakterizə edilən müəyyən bəzi qaydalar var.
Valideynlər arasında yaranan inciklik, mənfi münasibət uşaqların ailədən uzaqlaşması ilə nəticələnə bilər. Ata-ananın uşaqlarının yanında bir-birinə qarşı aqressiv mövqe tutması onların psixoloji vəziyyətinə mənfi təsir göstərir. Yaranan gərginliyi aradan qaldırmaq üçün tərəflərdən biri mütləq güzəştə getməlidir.
Psixoloqlar bildirirlər ki, gərginlik yaşanan ailələrin əksəriyyətində yeniyetmələrin xarakterində, həyat tərzində arzuolunmaz xüsusiyyətlər meydana çıxır. Belə yeniyetmələr bəzən bədbinliyə qapılır, bəzən də evdən qaçaraq pis vərdişlərə qurşandılar. Bu cür yeniyetmələr həmyaşıdlarına qarşı da sərt olurlar. Belə olan halda, uşaqların öz valideynlərinə və böyüklərə qarşı hörmətsiz davranmaları təbii qarşılanmalıdır. Bütövlük, birlik nümayiş etdirən ailələrin uşaqları isə yüksək əhvali-ruhiyyəli, nikbin və çevik olurlar.
Ailə canlı bir sistemdir. Ata-ana arasında xoş münasibət olsa, uşaqların da gələcəyi sağlam struktur üzərində qurula bilər. Bu, valideynlərin üzərinə düşən ən məsuliyyətli vəzifələrdən biridir.
Hələ uşaqlıq illərindən bəri həmişə bir şeyi müşahidə eləmişəm ki, biz ya hansısa imtahan üçün oxuyuruq, ya da elə-belə vaxt öldürmək üçün.
Ona görə də çox zaman oxuduqlarımızı elə çöldən alıb, çöldən də yola salırıq. Bəlkə də, bəzi kitabları bizə tələbəlik illərində məcburi oxutduqları üçün bizdə belə vərdiş yaranır. Amma iş orasındadır ki, Şərqin tanınmış mütəfəkkirlərini də elə həmin münasibətlə, həmin düşüncə ilə vərəqləyirik. Aşura günü baş yarmaq, zəncir vurmaq çoxumuz üçün adi haldır. Hamımız da özümüzü İmam Hüseyn aşiqi hesab eləyirik. Amma həyatımıza baxanda tamam fərqli mənzərə görürük. Çünki insan sevdiyinə bənzəməyə çalışar, sevdiyini də gərək yaxşı tanıyasan. Biz isə ya tanıya bilmirik, sevə bilmirik, ya da bənzəmək istəmirik. İmam Hüseyn aşiqi olan gərək yalan danışmasın, yaltaqlanmasın, haqsızın önünə keçib yolunu kəssin, xeyirxahlıqdan, yaxşılıqdan başqa bir şey düşünməsin, ədaləti bərpa eləmək üçün başından keçə bilsin… Bütün bunları düşünəndə özümdən utanıram. onu da etiraf edək ki, ümumiyyətlə klassik ədəbiyyatımız bizə doğru-düzgün tədris və təbliğ edilməyib. Sovet təbliğatı aparatından keçirilərək sosialist realizmi yağında qovrulan mütəfəkkirlərimizin döş cibinə partiya bileti olmasa da ən azı komsomol bileti soxublar. Üstəlik də, Nizami, Xaqani kimi sənətkarların əsərləri dilimizə çevrilərkən çox ciddi xətalara yol verilib, Füzuli haqqında bu zamana qədər qəbul olunmuş tezislər gerçəyi əks etdirmir. Etiraf edək ki, bu gün ölkəmizdə Nizamini, Füzulini tam demirəm, əslinə yaxın bilənləri barmaqla saymaq olar.
Bir məsələni unuduruq ki, oxumaqda əsas məqsəd mənən zənginləşmək olmalıdır, istər şeir oxuyaq, istər həndəsə. Amma iş orasındadır ki, bəzən nəyi və niyə oxuduğumuzu da bilmirik. Nə isə…
Ağrı-acılı və şirin xatirələrlə dolu olan həyat insanın qısa ömrünü əhatə edir. O hər cür çətinliklə qarşılaşır və bu inkar olunmaz həqiqət əsasında da insanın həyatı daim çətinlikdə və ya asayişdə olur. Biz həyatın qanunlarını ürəyimiz istədiyi kimi dəyişə bilmərik, lakin həyatla yaxından tanış olduqdan sonra, yaşadığımız dünyada bizi əhatə edən varlıqlara müsbət münasibət bəsləyib orada mövcud olan və hər birinin öz əsrarəngiz sirr və gözəlliyi olan məxluqata qarşı yönələn mənfi münasibətləri aradan qaldıra bilərik. Yaxud əksinə olaraq varlıqların gözəlliklərini unudub diqqətimizi onların mənfi xüsusiyyətlərinə də cəlb edə bilərik. Bir sözlə hər bir insan öz tərzi-təfəkkürünü istədiyi istiqamətə yönəldib dünyanı öz istədiyi rəngə boyaya bilər. Həyatda qarşımıza çıxan maneələri aradan qaldırmağa hazır olmalı və hər şeydən əvvəl soyuqqanlığımızı qoruyub saxlamalıyıq. Əks təqdirdə ağır xəsarətlərlə qarşılaşıb, bir çox hallarda hətta məhv olub aradan gedə bilərik.
Bəziləri belə bir fikirdədirlər ki, əgər dünyada baş verən hadisələr bir qədər fərqli həyata keçsəydi, səadətə qovuşar və xoşbəxt olardılar. Halbuki, onların bədbəxtçilik və müvəffəqiyyətsizlikləri hadisələrin baş verməsindən deyil, onlara olan baxış və münasibətlərindən asılıdır. Belə ki, xarici amillərin qoyduğu təsirləri istənilən kimi dəyişib uğur qazanmaq olar.
Özlərini bədbəxçiliyə düçar edən şəxslər isə ömürlərini-günlərini qan-qaraçılıq və iztirab içində keçirərlər. Onlar qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasında nə qədər sə’y göstərsələr də öz sə’y və zəhmətlərini hədərə vermiş olurlar və eyni zamanda yaşadıqları dünyada onları əhatə edən gözəlliklərdən xəbərsiz qalmış olurlar.
Doğru olan nədir? Gerçək (reallıq) olan nədir? Doğru və ya gerçək eyni mənanımı kəsb edir? |
Birdən çox doğru və ya gerçək varmı? Yoxsa həyatda bir doğru və bir gerçək var? Əgər doğru və gerçəklərin sayı birdən çoxdursa, onları sinifləndirmək mümkündürmü? Həqiqət anlayışı ilə doğru və gerçək anlayışlar arasında hansısa münasibət varmı? Gerçəklərlə doğruların bir-birindən ayrıldığı dövrdəmi yaşayırıq? Həyatın gerçəklərindən qopmaq daha təhlükəlidir, yoxsa doğru olanlardan və ya əxlaqi doğrulardan qopmaq? Sosial-mədəni reallıqların məngənəsində sıxılıb əxlaq normalarından (əxlaqi doğrular) uzaqlaşmaq fərd olaraq bizə və cəmiyyətə nə verəcək? Yoxsa sosial-mədəni reallıqlar insanı əxlaqi doğrulardan müəyyən güzəştlərə getməyəmi məcbur edir? Doğrudanmı, həyatın reallıqları ilə inancımıza əsaslanan doğrular arasında ciddi uçurum var? Doğrudanmı, bunlar hazırda bizi ən çox narahat edən suallardır? Yoxsa bu suallar da boş fəlsəfədən ibarətdir? |
Hisslər yaranma sürətinə, qüvvəsinə və davamlılığına görə müxtəlif şəkildə keçirilə bilir. Bu baxımdan hisslərin aşağıdakı əsas keçirilmə formalarını qeyd etmək olar: əhvallar, affektlər, gərginlik, frustrasiya.
Əhvallar. Əhval tədricən yaranan, orta qüvvəyə malik olan, xeyli müddət davam edən emosional haldır. Səhər eşitdiyimiz xoş bir xəbər bütün gün gümrah, şən əhval-ruhiyyə keçirməyimizə səbəb ola bilər. Bu baxımdan əhval xeyli müddət insanın davranışına və psixi proseslərinə təsir edən ümumi emosional haldır. İnsanda yaranan əhvallar müsbət və ya mənfi xarakter daşıya bilər. Məsələn, müsbət xarakter daşıyan gümrah, şən, işgüzar əhval xeyli müddət, bəzən bir və ya bir neçə gün davam etməklə insanın fəaliyətinə də öz müsbət təsirini göstərə bilir. Bunun təsiri altında insan öz işini ruh yüksəkliyi, inamla yerinə yetirir. Mənfi əhval-ruhiyyə isə insanın fəaliyyətinə ləngidici təsir göstərir.
Səhvini anlayan kimi üzr istəmək insanlıqdır. Övladınızın ədalətli və təvazökar olmasını istəyirsinizsə, lazım gələrsə, onun özündən belə üzr istəməkdən çəkinməyin.
Ailədə uşaqlar böyüyür, onların tərbiyəsi valideynlərin ən böyük qayğısıdır. Təbii ki, bütün valideynlər öz övladlarının gözəl tərbiyə ilə sağlam yetişməsini arzu edirlər.
Biz insanıq və xətalardan, günahlardan sığortalanmamışıq. Bilərək və ya bilməyərək xətalar edirik. Xətamızı anlayan kimi onu düzəltməyə çalışmalıyıq. Bizim üçün ən doğru yol, ən xeyirli seçim də budur.
Siz ailə başçısısınız və övladlarınız sizin hər əməlinizə göz qoyur, sizdən öyrənirlər. Sınanmış bir gerçək var ki, uşaq eşitdiyini yox, gördüyünü götürür. Əgər siz övladınıza söz verib yerinə yetirməmisinizsə, onunla dürüstlükdən, mərdlikdən, ədalətli olmaqdan danışmağınız əbəsdir. Çünki uşaq o yalanınızı üzə vurmasa da, ürəyində söylədiklərinizə yox, elədiklərinizə görə sizə dəyər verəcək. Valideyn üçün də bu çox ağır fəlakətdir ki, övladı ona inanmır, sözünə etimad etmir, amma bunu üzə vurub onu məyus etmir, sadəcə olaraq, ağır yük kimi ürəyinin bir tərəfində saxlayır.