İnsan fəal varlıqdır. O, ətraf aləmə, təbiətə fəal təsir göstərir, onu dəyişdirməklə özü də dəyişir. İnsanla təbiət arasındakı bu cür fəal qarşılıqlı təsir prosesi fəaliyyət adlandırılır. Bu prosesdə insan subyekt kimi çıxış edir, obyektə məqsədəyönəlmiş şəkildə təsir göstərməklə özünün tələbatlarını ödəyir. Məhz buna görə də fəaliyyət həmişə insanın şüurlu məqsədləri əsasında, həmin məqsədlərlə tənzim olunaraq həyata keçir. Bu cəhəti nəzərə alaraq psixoloji ədəbiyyatda fəaliyyətə belə tərif verilir: Fəaliyyət insanın dərk olunmuş məqsədləri ilə tənzim olunan daxili (psixi) və xarici (fiziki) fəallığıdır.
Tərifdən görünüdüyü kimi, fəaliyyət zamanı insanın həm psixi, həm də fiziki fəallığı baş verə bilir. Bunların hər ikisində insanın fəallığı onun öz qarşısına qoyduğu dərk olunmuş məqsədləri ilə tənzim edilir.
Fəaliyyət və şüur qarşılıqlı dialektik vəhdət təşkil edirlər. Fəaliyyət prosesində insan onu əhatə edən aləmin cisim və hadisələri ilə bələd olur, onlara qarşı insanda müəyyən münasibətlər sistemi formalaşır. Fəaliyyət prosesində subyektin bilik çərçivəsi genişlənir, psixikası inkişaf edir və beləliklə də şüurluluq səviyyəsi güclənir. Şüurun inkişafı isə öz növbəsində fəaliyyətin məqsədəuyğunluq səviyyəsini, onun dəqiqlik dərəcəsini inkişaf etdirir.
Son dövrlərdə insanların telefon zəngini hallüsinasiya şəklində eşitməsi problemləri onları ciddi şəkildə narahat etdiyindən Avstraliyalı alimlər bu istiqamətdə tədqiqat aparmağı qarşıya məqsəd şəklində qoymuş və bu situasiyanı tədqiq etməyə başlamışlar.Aydın olmuşdur ki, şəxsi əşylardan, eləcə də telefon və onun zənglərindən asılı olan şəxslər əsasən neyro-psixoloji problemləri olan və dərin nevroz və stress yaşayan insanlarda rast gəlinir.Onlar olduqca həssas bir sinir gərginliyinə sahib olurlar ki, bu da adi həyati proseslərdə ən sadə halda narahatlıqla büruzə edir.
Hisslərin xarici ifadəsi. Biz ünsiyyətdə olduğumuz adamları hansı hisslər keçirdiklərini onların sifət cizgilərindən, bədən hərəkətlərindən, səsindən aydın duya bilərik. Adətən, insanın razı və narazı olmasını, sevinc və kədərini, narahatlığını, pərt olmasını, utanması və qorxmasını və s. onun sifət cizgilərində, bədənin ifadəli hərəkətlərində, eləcə də səsində əks olunur.
Hər şeydən əvvəl insanın nə kimi hisslər keçirməsi onun tənəffüs və qan dövranı üzvlərinin fəaliyyətində xarici ifadəsini tapır. Qorxu hissi keçirən adamın sanki nəfəsi kəsilir, lazımi sözləri tapıb deməkdə çətinlik çəkir. Sevinc hissi keçirdikdə isə tamamilə başqa cür nəfəs alır.
İnsanın hansı hissləri keçirməsi qan dövranında daha aydın təzahür edir. Beləki adam utandıqda, pərt olduqda üzünün rəngi qızarır, qorxduqda isə ağarır.
Müasir xanımların geyim stilində kişilərin əksəriyyəti onların dəb tendensiyalarının arxasınca qaçamqlarını sevmirlər. Onlar dəbdə olan yenilik axtarışlarına atılan xanımlara mərhəmətlə baxırlar. Amma onları bütün yüksək qlamurlu qızlar qıcıqlandırır, hansı ki dərhal dəbdə olan yenilikləri özlərində sınayırlar və heç fikirləşmirlər belə bu onlara şəxsən yaraşacaq ya yox. Yadda saxlamaq lazımdır ki güclü cinsə xanımın şəxsi stilindən çox onun şəxsiyyətini vurğulayan və çatışmazlıqları gizlədən xasiyyəti daha önəmlidirAmma kişilər arasında aparılan konkret araşdırmada onların qadın qarderobunda ən sevmədikləri və yaxud da xoşlamadıqları şeylərlə tanış olacağıq,hansı ki onlar hesab edirlər ki, bu qadının görünüşünü korlayır, onu gülməli və yaxud da yaraşıqsız göstərir.
İnsan fəaliyyətini nəzərdən keçirdikdə onun məxtəlif və çoxsaylı olduğunu görürük. Adətən insanlar həyatları boyu öz tələbatlarını ödəmək üçün məxtəlif fəaliyyət növlərindən istifadə edirlər. Bunlardan bəziləri ötəri, dəyişkən, digərləri isə uzun müddətli, insanın bütün həyatı boyu onun tələbatlarını ödəyəcək fəaliyyət kimi özünü göstərir. Demək olar ki, istisnasız olaraq bütün insanların hamısı üçün xas olan fəaliyyət növlərini əsas fəaliyyət növləri adlandırırlar. İnsanın bütün həyatı boyu istifadə etdiyi bu cür əsas fəaliyyət növlərinə oyun, təlim və əmək fəaliyyətini aid edirlər. Fəaliyyətin bu növlərindən biri müəyyən yaş dövründə aparıcı fəaliyyət, digərləri isə köməkçi, yardımçı fəaliyyət kimi özünü göstərir. Belə ki, məktəbəqədər yaş dövründə oyun aparıcı fəaliyyət növü hesab olunur. Bu dövrdə uşaqlar öz tələbatlarını əsasən oyunun köməyi ilə ödəyirlər. Bununla yanaşı olaraq həmin dövrdə uşaqlar həm öyrənir, həm də sadə özünəxidmət əməyindən istifadə edirlər.
Təfəkkür proseslərinin psixoloji təbiəti. Hər hansı fikri proses özünün hərəkət və ya fəaliyyət aktının daxili quruluşuna görə müəyyən məsələnin həllinə yönəlib. Məsələ özündə fərdin fəaliyyəti üçün şəraitə uyğun məqsədi ehtiva edir. Bu və ya digər məqsədə yönələn müəyyən məsələ həllinə istiqamətlənən fikri akt subyektin hər hansı motivlərindən çıxış edir. Fikri proseslərin başlanğıc məqamı adətən problem situasiya ilə bağlıdır. İnsan nəyi isə anlayanda fikirləşməyə başlayır. Təfəkkür adətən sual, problemdə əkslik və təəccübdən başlanır. Bu problem situasiya şəxsiyyətin fikri proseslərə cəlb edilməsi ilə müəyyənləşir, O həmişə nəyinsə həllinə istiqamətlənib. Bütün təfəkkür prosesləri şüurlu tənzim edilən əməliyyatlar xarakteri daşıyır.
Şüurlu məqsədyönlü istiqamətlənmə fikri prosesləri xarakterizə edir.
Psixikanın yaranma və inkişafının öyrənilməsi tarixindən. Psixikanın yaranması və inkişafının öyrənilməsi təbiət elmlərinin, o cümlədən psixologiyanın qarşısında duran mürəkkəb, mühüm vəzifələrdən olmuşdur. Hələ eramızdan əvvəl psixikanın (ruh) yaranması, mahiyyəti ilə bağlı iki fərqli dünyagörüşü: idealist və materialist dünyagörüşü barədə fikirlər irəli sürmüşdülər. İdealistlər hesab edirdilər ki, psixika (ruh) bədəndən asılı olmayaraq mövcuddur və materiyadan əvvəl yaranmışdır. Materialistlərə görə isə materiya obyektiv gerçəklikdir, bizim şüurumuzdan asılı olmayaraq mövcuddur və daim dəyişir, hərəkətdə olur, inkişaf edir. Psixika yüksək surətdə təşəkkül tapmış materiyanın məhsuludur.
Psixologiya elminin başlıca vəzifələrindən biri də insan psixikasını öyrənməklə bağlıdır. Lakin insan psixikasının təbiətini öyrənmək üçün ilk növbədə pasixikanın necə yaranmasını, canlıların bioloji təkamülü nəticəsində onun necə inkişaf etdiyini və insanlarda necə yeni məzmun kəsb etdiyini müəyyənləşdirmək lazımdır.
Şəxsiyyətlərarası seçmə və onun sosiometrik baxımdan təhlili. Aparılmış müşahidələr və araşdırmalar göstərir ki, eyni qrupa daxil olan adamlar bir-birlərinə münasibətlərinə və qrup məşğuliyyətinə görə həmin qrupda eyni mövqe tuta bilmirlər. Qrupun hər bir üzvü özlərinin işgüzar və şəxsi keyfiyyətlərinə, statuslarına, qrupda tutduqları yerə, qrup üzvlərinin onlara bəslədiyi münasibətə, daha doğrusu onu nə dərəcədə qəbul edib etməmələrinə görə qrupdakı şəxsiyyətlərarası münasibətlər sistemində müəyyən mövqeyə malik olurlar. Qrup üzvlərinin biri yüksək nüfuza malik olduğu halda, digəri qrup üzvləri tərəfindən qəbul edilmir; biri ilə daima ünsiyyətdə olmağa can atsalar da, digərini görməyə gözləri olmur; birinə inanıb ona arxalanmaq mümkün olduğu halda, digərinə etibar etmir, inanmırlar və s. Bu hal qrup differensiasiyası kimi diqqəti cəlb edir.
İstər elmi tədqiqat, istərsə də praktik iş zamanı psixoloq müəyyən metodlardan istifadə edir, başqa sözlə qarşısına qoyduğu məqsədə nail olmaq üçün öz fəaliyyətini müvafiq şəkildə təşkil edir. Bu zaman istifadə olunan priyomlar və vasitələr elmi tədqiqat metodları adlanır. Həmin metodların köməyi ilə müvafiq elmin qanunauyğunluqları aşkara çıxarılır. Elmdə əldə edilən nəticələrin gücü tətbiq olunan tədqiqat metodlarının təkmillik dərəcəsindən, onların validliyi və etibarlılığından və s. asılıdır. Metod nə qədər düzgün seçilər və tətbiq olunarsa nəticə bir o qədər səmərəli olar, elmin araşdırdığı hadisələri, onların qanunauyğunluqlarını incəliklərinə qədər aşkara çıxarar. Bütün qeyd olunanlar psixologiya və onun tədqiqat metodlarına da aiddir.
Psixologiyanın öyrəndiyi hadisələr olduqca mürəkkəb və özünəməxsus, öyrənilməsi çətin olan hadisələrdir. Ona görə də bu hadisələri öyrənmək üçün həddindən artıq kamil, həmin hadisələri araşdırmağa imkan verən metodlardan istifadə etmək tələb edilir. Məhz buna görə də psixoloji tədqiqatlar müəyyən prinsiplərə uyğun şəkildə həyata keçirilməlidir. Bu baxımdan müasir psixologiya elmi tədqiqatların genetik (tarixi) prinsip əsasında aparılmasını vacib hesab edir.