1. Uğursuzluq- sadəcə olaraq hər şeyə yenidən və daha müdrik şəkildə başlamaq üçün bir imkandır. Henri Ford
2. Əgər problemi həll etmək olarsa, ona görə narahat olmağa dəyməz. Əgər problem həll olunmazdırsa, ona görə narahatlıq keçirtmək faydasızdır. Dalay Lama
3. Siz çox istedadlı olsanız və çox güc sərf etsəniz belə, bəzi nəticələrə nail olmaq üçün gözləmək lazımdır. Doqquz qadını hamilə olmağa məcbur etsəniz də, bir aydan sonra uşaq əldə edə bilməzsiniz.Uorren Baffet
4. Həyatda bir dəfə bəxt hər kəsin qapısını döyür. Lakin əksəriyətən, insan o zaman yaxınlıqdakı pivəxanada oturur və heç bir döyüntünü eşitmir.Mark Tven
5 . Tez təslim olmaq bizim ən böyük mənfi cəhədimizdir. Uğura doğru gedən ən düz yol — hər zaman yenidən cəhd etməkdir. Tomas Edison
6 . Şəxsən mən qaymaqlı çiyələyi sevirəm, amma balıq nədənsə qurdlara üstünlük verir. Ona görə də mən balıq tutmağa gedəndə özümün nə sevdiyi haqqında deyil, balığın nə sevdiyi haqqında düşünürəm. Dayl Karnegi
7 . Səhər oyananda özünüzə: «Mən nə etməliyəm?», — sualını verin. Axşam yatanda isə: «Mən nə etdim?» sualını. Pifaqor
8 . «Sabah» sözünü tez-tez istifadə edənlərin əksəriyyəti yazıq, uğursuz, bədbəxt və xəstədirlər. Robert Kiyosaki
Psixoloqların fikrincə, potensialını dəyərləndirə bilməyən insanlar özlərini bədbəxt hiss edirlər. İnsan özünün nəyə qadir olduğunu anladığı vaxtdan etibarən özünə inam yaranır. Bəzən isə elə hadisələrlə qarşılaşır ki, inam formalaşmağa macal tapmadan məhv olur. Bax, bunu özünüzə rəva görməyin. Əgər inamınızı itirmisinizsə, sizə verəcəyimiz məsləhətlərdən faydalanın.