Xristian rahibliyinin vətəni Misir hesab olunur. Rahibliyin yaradıcısı Böyük Antonius (251-356) olmuşdur. Onun həyatı haqqında İsgəndəriyyəli Atanasios məlumat vermişdir. Antonius Misirdə, xristian ailəsində anadan olmuşdu. İyirmi yaşında olarkən, onun valideynləri vəfat etmişdirlər. Bu itkidən kədərlənən Antonius kilsədə olarkən, bir keşişin “hər şeyi buraxıb İsanın ardınca getmək” çağırışını eşitmişdi. Bu çağırışa səs verən Antonius öz əmlakını kasıblara paylayıb, rahib həyatına qədəm qoymuşdur. Əvvəlcə o, bir rahibin tələbəsi olmuşdu, sonra isə onu buraxıb, səhrada həyatını davam etmişdi. Orada o təklikdə, düşüncələrə qapılaraq, 26 il ərzində, yalnız dostları tərəfindən gətirilən quru çörəklə qidalanaraq, ibadətlə məşğul olmuşdur.
Avqustinus Aureliusdan sonra Avropada fəlsəfi, siyasi-ictimai fikir tənəzzülə uğramışdır. Müqəddəs ataların fikirləri və kitabları Kilsə təliminin əsasını təşkil etmişdir və ehkam şəklində tədris edilirdi. Antik fəlsəfə, demək olar ki, sıxışdırılıb, unudulub, ortadan çıxarılmışdır. Antik ədəbiyyat isə, xristian təəssübkeşləri tərəfindən məhv edilmişdi, bir qismi isə, kilsə kitabxanalarında qalıb, tamamilə unudulmuşdu.
O dövrün ən böyük Qərb xristian mütəfəkkiri Avqustinus Avrelius (Augustinus Aurelius) olmuşdur. Onun təlimi bir neçə əsr ərzində Qərb xristian kilsəsinin ideologiyasının əsasını təşkil etmişdir.
Roma imperiyasının qərbində kilsə ataları yunandilli şərqdə istifadə edilən ekzegetika metodlarından istifadə edirdilər. Onlar yunan fəlsəfəsi və ilahiyyat terminlərini latın dilinə tərcümə edib, iki mədəniyyətin arasında bir körpü rolunu oynamışdırlar.
533-cü ildə Kalkedon şəhərində monofizitlərlə rəsmi kilsə nümayəndələri arasında barışıq məqsədi ilə konfrans keçirilmişdir. Lakin bu konfransda da mübahisələr olmuşdur. Monofizitlər öz mövqelərini sübut etmək üçün Dionisius (Dionysius) Areopagita adlı bir şəxsin adı ilə imzalanmış 4 risalə və müxtəlif keşişlərə ünvanlanmış məktublar təqdim etmişdilər. Bu əsərlərin hamısını birlikdə «Korpus Areopagiticum» (Corpus Areopagitikum) adlandırırlar. Bu risalələrin adları:
Bütün Kilsə adından çağrılan yığıncaqlara Ümumdünya Kilsə Məclisi deyilir. Bu məclislərdə dini əqidə ilə bağlı yaranan problemlər həll olunurdu. Ümumdünya kilsə məclislərindən yalnız ilk yeddisi həm Ortodoks (Pravoslav), həm də Katolik kilsələri tərəfindən qəbul olunmaqdadır.O dövrdə daha bir məsələ bütün xristian dünyasının diqqət mərkəzində idi. Bu ikonalara (yunanca “eikon”) münasibət məsələsi idi. Xristianlığın Roma imperiyasında yayılmasından sonra müqəddəslərin şəkillərinin çəkilməsi və onlara edilən ehtiram və sayqı kütləvi hal almışdı. Bu sayqı bir çox hallarda onlara sitayişə çevrilirdi.
Bu ehtiram və sitayişə qarşı etirazlar da mövcud idi. İkonalara qarşı çıxış edənlər onları bütpərəstliyin əlaməti hesab edirdilər. Onların arasında məşhur kilsə tarixçisi Kesariyalı Yevseviy də olmuşdur. Qərbdə isə 305-ci ildə yığılan bir Kilsə Məclisi ikonaların kilsələrdə yerləşdirilməsini yasaqlamışdı. Bundan sonra ikonalara qarşı çıxış edənlərin sayı artmışdı.
Bu suallara cavab axtaran kilsə xadimləri uzun müddət sürən bir-birilə mübahisələr aparmışdırlar. Bu mübahisələr xristioloji (yəni, İsa Məsihin mahiyyətinə aid olan) mübahisələr adlandırılmışdır.
IV əsrin əvvəllərində, Roma imperiyasında Xristianlığa, əvvəlcə, başqa dinlərlə bərabər hüquqlar verilmişdi, sonra isə bu din imperiyanın rəsmi dininə çevrilmişdir. Xristianlığın dövlət dini səviyyəsinə qaldırılması imperator Konstantinusun adı ilə bağlıdır. O, bu addımı siyasi səbəblərə görə atmışdı. Məsələ bundadır ki, IV əsrin əvvəllərində xristianlar geniş xalq kütlələrinə təsir etmə imkanı olan təşkilatlar yarada bilmişdilər. Xeyriyyə işləri və axirətdə xilas olma ideyaları imperiyanın ən kasıb təbəqələri üçün cəzbedici görsənirdi. Digər tərəfdən isə, hakimiyyətə qarşı səbrli olmaq ideyaları, onları dövlət başçılarına qarşı üsyan etmə ehtimalının qarşısını alırdı. Eyni zamanda, kilsə tərəfindən müəyyən edilmiş dini qanunları və ehkamları qəbul etmək, keşişlərə tabe olmaq, Xristianlığın prinsiplərindən idi. Bu cür din monarxiya üsul-idarəsi üçün çox əlverişli idi.