Fizika kateqoriyası üzrə məqalələr

Bədənimizə çarpan molekulları niyə hiss etmirik?

Bütün kainat və bədənimiz çox böyük sürətlə hərəkət edən molekullardan meydana gəlib. Boşluqda hərəkət edən molekulların sürəti saniyədə 1000 metri keçir. Bu, tapançadan atılan güllənin sürətinə bərabərdir. Hal-hazırda oturduğunuz otaqdakı molekulların sürəti isə saniyədə 500 metrdir. Bu halda üzümüzə, gözlərimizə, bir sözlə bütün bədənimizə böyük sürətlə fasiləsiz olaraq dəyən daimi molekul bombardmanı ilə qarşı-qarşıyayıq. Normal şərtlərdə bu bombardman bizə  ağrı verməlidir. Çünki aparılan hesablamalar göstərir ki, molekulların, məsələn, yalnız gözümüzə dəyməsi ilə 1 kq-lıq kütlənin ağırlığına ekvivalent qüvvə yaratdığını göstərir. Buna baxmayaraq biz heç bir şey hiss etmədən gündəlik həyatımıza davam edirik. Hətta ətrafımızdakı molekulların bu sürətli hərəkətindən xəbərimiz belə yoxdur. Çünki Allah bizi bu şərtlərə uyğun mükəmməl xüsusiyyətlərlə yaratmışdır.

 Molekulların bədənimizə çarpdığını niyə hiss etmirik?

Bunun cavabı bədənimizin yaradılış möcüzəsində gizlənib. Çünki beynimizə ağrı siqnallarını göndərən sinirlərimiz atmosfer təzyiqinin bədənimizdə meydana gətirdiyi dəyişikliyi, başqa sözlə, molekulların bədənimizə çarpması ilə yaranan təzyiqi siqnala çevirmirlər. Sinir hüceyrələri yalnız kəskin təzyiq dəyişikliyində beyinə siqnal göndərirlər.

Davamı →

Canlılar üçün həyati əhəmiyyətli element: fosfor

Fosfor nə üçün həyati əhəmiyyətə malik elementdir?

Fosfor bədəndə harada və necə tədarük edilir?

Fosfor çatışmazlığına qarşı hansı tədbirlər görülür?                        

XX-XXI əsrlərdə neft həm böyük enerji mənbəyi idi, həm də sənaye üçün lazımlı çoxlu sayda məmulatın xammalını təşkil edirdi. Odur ki, bu dəyərli maddənin əldə edilməsi üçün müxtəlif sistemlər icad edildi. Yüzlərlə elm adamı və mühəndis neftin harada ola biləcəyinə və olduğu yerdən necə çıxarılacağına dair fəaliyyətlər həyata keçirdilər. Nəzəri məlumatlar praktikada tətbiq olundu. Bu yolla neft texniki alətlər köməyi ilə yerin altından çıxarıldı. Neftin emalı üçün müxtəlif zavodlar tikildi. Daşınması üçün xüsusi tankerlər və neft kəmərləri çəkildi. Bunlar dəyərli təbii sərvətdən faydalanmaq üçün lazım olan işlər idi.

Neftin cəmiyyətin həyatındakı roluna bənzər çox dəyərli xammal hüceyrələrimizin içində yerləşir. Bu xammal fosfordur. Hüceyrədə fosforun olması, xaric edilməsi, hüceyrəyə daşınması, emalı və tədarükü üçün heyranedici sistemlər yaradılıb. Bu sistemlərdən hər biri canlıların həyatı üçün vacibdir. Bu sistemlərdən biri olmazsa, canlılar ölər.

Davamı →

Mühüm Fizika qanunları

1.Diffuziya-bir maddə molekullarının digər maddə molekulları arasına nüfuzetmə hadisəsidir.

2.Broun hərəkəti-mayelərdə (və ya qazlarda) asılı halda olan kiçik yad hissəciklərin nizamsız hərəkətidir.

3.Nyutonun I qanunu-Cismə başqa cisimlər təsir etmirsə və ya ona edilən təsirlər bir0birini tarazlaşdırırsa, o sükunət və ya düzxətli bərabərsürətli hərəkət halını saxlayır.

4.Nyutonun II qanunu-Cismin hərəkət təcili ona təsir edən qüvvə ilə düz, cismin kütləsi ilə tərs mütənasibdir.

5.Nyutonun III qanunu-İxtiyari iki cismin qarşılıqlı təsir qüvvələri qiymətcə bərabər, istiqamətcə əksdir.

6.Huk qanunu-Elastik deformasiyalarda yaranan elastiklik qüvvəsi cismin uzanması ilə düz mütənasibdir.

7.Paskal qanunu-Qapalə qabdakı maye və qazlar xaricdən göstərilən təzyiqi dəyişmədən bütün istiqamətlərə bərabər ötürür.

8.Arximed qanunu-Arximed qüvvəsi mayeyə batırılmış cismin sıxışdırdığı mayenin çəkisinə bərabərdir.

9.Bernulli qanunu-Boruda axan qazın (və ya mayenin) təzyiqi onun axın sürəyi kiçik olan kəsiklərdə böyük, axın sürəti böyük olan kəsiklərdə isə kiçik olur.

10.Ümumdünya qravitasiya (cazibə) qanunu-İstənilən iki maddi nöqtə bir-birini kütlələri hasili ilə düz, aralarındakı məsafənin kvadratı ilə tərs mütənasib olan qüvvə ilə cəzb edir.

Davamı →

Ətalət Qanunu

Klassik mexanikanın əsas qanunlarını İsaak Nyuton (1642 –  1727 ) vermişdir.
Hər hansı bir cisim, ona başqa cisim təsir edənə qədər öz sükunət və ya düzxətli bərabərsürətli hərəkət halını saxlayır.
Cisimlərin bu xassəsinə onların ətaləti deyilir.  Müxtəlif cisimlərin ətaləti də müxtəlif olur. Cisim ətalətini xarakterizə edən fiziki kəmiyyət onun kütləsidir. Ona görə də “kütlə ətalər ölçüsüdür” deyirlər. Kütlə anlayışı ən mürəkkəb, ən mühüm anlayışlardan biridir. Nyutona görə kütlə — materiyanın sıxlığı və həcmini birlikdə ifadə edən ölçüsüdür.
1-ci qanundakı “və ya” sözünün mənası vardır. Bu sözlə düzxətli hərəkətlə sükunət arasıdakı fərqin olmadığı göstərilmişdir. Cisimlərin ətaləti ilə onların kütlələri arasındakı ətaləti belə bir sadə təcrübə ilə nümayiş etdirmək olar.
Davamı →

Məkan və zamanın xassələri və saxlanma qanunları

Təbiətşünaslığın strukturunda aparıcı yerlərdən birini tutan və müasir təbiətşünaslıqda hələ də öz liderliyini qoruyub saxlayan fizikanın inkişafı bir sıra elmi inqilablarla müşayət olunmuş və təbiətin fundamental həyatının mühüm prinsipləri və qanunları öyrənilmiş, bunların əsasında isə müasir fiziki konsepsiyalar yaradılmışdır.
Təbiətin obyektlərinin və proseslərinin xassələrini anlamaq üçün obyektlərin məkan və zamanca invariantlığı prinsipi olduqca önəmlidir. Bu prinsipin mahiyyəti budur ki, məkan və zaman daxilində yerdəyişmə fiziki proseslərin gedişinə təsir etmir. Maddi obyektin məkan və zamanca dəyişilməsinə münasibətdə onun strukturunun, xassələrinin və formasının invariantlığı – simmetriya adlanır. Maddi simmetrləri məkan simmetriyasına əyani misal bərk cismlərin kristal strukturu ola bilər. Kristalların simmetriyası onun strukturunun, atom quruluşunun, xarici formalarının və fiziki xassələrinin qanunauyğunluğudur. Kristalın simmetrikliyi onun quruluşu ilə bağlıdır.

Davamı →

İşığın dalğa və hissəcik xassələri

C.Maksvelin elektromaqnit nəzəriyyəsi (19-cu əsrin 60-cı illərində irəli sürülmüşdür) elektrik və maqnit hadisələrinin əsas qanunlarının ümumiləşdirilməsi kimi zamanında mövcud olmuş eksperimentlərin nəticələrini izah etməklə yanaşı, yeni hadisələri də öncədən xəbər vermişdir. (Məsələn, elektromaqnit dalğalarının məkanda sonlu sürətlə yayılan, dəyişkən elektromaqnit sahəsinin varlığını öncədən söyləmişdir. Sonradan sübut olundu ki, vakumda sərbəst elektromaqnit sahəsinin yayılma sürəti işıq sürətinə bərabərdir).
İşığın elektromaqnit nəzəriyyəsinə görə işıq elektromaqnit dalğalarından ibarətdir. Elektromaqnit dalğalarını ilk dəfə alman fiziki Hers (1857-1891) aşkar etdi. O elektromaqnit dalğalarının Maksvel nəzəriyyəsi ilə tam izah olunduğunu təcrübi olaraq sübut etdi, əsaslandırdı, 1895-ci ildə rus fiziki və elektrotexniki A.S.Papov elektromaqnit dalğalarının praktikada tətbiqinə nail olaraq dünyada ilk dəfə hers vibratorundan dalğa qaynağı kimi istifadə edərək, radioqəbuledici cihaz hazırladı.

Davamı →

Təbiət

Təbiət hər zaman insanın qarşısında bir tam kimi dayanmışdır. Lakin bu bütövün nədən ibarət olması, strukturu və onun səviyyələri haqqında təsəvvürlər eksperimental təbiətşünaslığa məxsusdur. Təbiətin struktur səviyyələri sadədən mürəkkəbə doğru istiqamətdə təsnif edilir. Təbiətin özünün struktur səviyyələrinin təsnifatı təbiətşünaslığın, yəni təbiət elmlərinin təsnifatının əsasını təşkil edir. Təbiət elmlərinin təsnifatı məsələsi hər zaman elmin diqqət mərkəzində duran məsələlərdən olmuşdur. Hələ 19-cu əsrin I yarısında Fransız alimi və fiziki A.Amper ilk təsnifatlardan birini təklif etmiş və bu təsnifatda 200-dən artıq təbiət elmi göstərilmişdir. Müasir dövrdə təbii-elmi biliklərin təsnifatı konkret kriteriyaya əsaslanır.
Təbiətin fundamental qanun və qanunauyğunluqlarını öyrənən elm – Fizika adlanır.

Davamı →

Nyuton qanunları

İngilis alimi İ.Nyuton 3 qanunu vahid bir sistem təşkil edir. I qanunun mahiyyəti: hər bir maddi nöqtə (cism) ona kənardan başqa bir maddi nöqtə təsir edənədək sükunətdədirsə, sükunət halını, düzxəttli və bərabərsürətli hərəkətdədirsə, bu hərəkət halını saxlayır. Cismin öz halını saxlamağa can atması meylliliyi onun ətalət xassəsi adlanır. Əgər cismə heç bir qüvvə təsir etmirsə, ya sükut vəziyyətində qalır, ya da öz sürətini saxlayır.

Nyutonun II qanununu kəmiyyətcə formula etmək üçün A–təcil, m–kütlə və F–güc anlayışlarından istifadə edilir. Təcil – cismin hərəkət sürətinin dəyişməsi tezliyini xarakterizə edir. Kütlə — maddi obyektlərin əsas özəlliklərindən biri olub, ətalət halını göstərir. Güc – vektorial kəmiyyətdir, cismə kənardan başqa cismlərin, yaxud sahələrin mexaniki təsir ölçüsüdür. Cismdə hərəkət effekti yaradan amildir. Bu təsir sayəsində cism hərəkətə gəlir, yaxud öz forması və ölçülərini dəyişir. Bu qanuna əsasən ətalətli sistemdə maddi nöqtənin aldığı təcil verilən qüvvə ilə düz, onun kütləsi ilə isə tərs mütənasibdir.

Davamı →

Alternativ enerji мənbələri

Alternativ enerji ənənəvi enerji növlərini əvəz edə bilən enerji mənbələridir. Müəyyən qurğuların yardımı ilə sudan, küləkdən, günəşdən, bioloji tullantılardan, hətta dənizin dalğalarından alınan, heç bir tullantısı olmayan enerjiyə alternativ, yaxud bərpa oluna bilən enerji deyirlər.

Alternativ və bərpa olunan enerji nə deməkdir?


Ötən əsrdən başlayaraq enerjiyə qənaət, israfçılığın qarşısının alınması dedikdə əsasən alternativ enerji başa düşülür. Buna həm də yeni texnologiyalar imkan verir. Məsələn, əvvəllər evi ancaq 100 vatlıq lampa ilə işıqlandırmaq olurdusa, indi daha az enerji aparan, amma daha çox işıq verən lampalar var. Bu gün bazarda 100-lük lampa qədər işıq verən 20 vatlıq lampalar tapmaq mümkündür. Hazırda Almaniyada cəmi 1 vat elekrtik enerjisi sərf edən, amma 60-lıq lampa qədər işıq verən yeni lampa üzərində işləyirlər.
İri avtomobil istehsalçıları — “Mersedes”, “BMW” şirkətləri də bəyan ediblər ki, onlar yeni benzin sərfini bir az da azaldacaqlar. Şirkətlər bu yeniliyi 2015-ci ilədək həyata keçirmək istəyir. 6 min kubsantimertlik mühərrik 1990-cı illərin ortalarına qədər 100 kilometr məsafəni qət etmək üçün 30 litr benzin “içirdi”. Hazırda eyni gücdə olan mühərrik 100 kilometrə 18 litr benzin aparır. Yenilik ondan ibarət olacaq ki, 2015-ci ilə qədər bu rəqəm 10 litrdən də aşağı həddə salınacaq.
Davamı →
Top