Fizika kateqoriyası üzrə məqalələr

Elektrik qarşılıqlı təsiri

Cisimləri bir-birinə sürtməklə onların səthlərində maddənin mühüm xassələrindən biri olan elektrik yükləri yaranır. Bu halda deyilir ki, cisimlər elektriklənir. Elektrik yükləri isə ətraflarında elektrik sahəsi yaradır. Elektrik sahəsi – fiziki sahənin növlərindən biri olub cisimlərin elektriklənmiş hissələrinin toxunma olmadan bir-birinə məsafədən təsir göstərmələri ilə hiss edilir.
Davamı →

Kütlə və onun ölçülməsi

Maddələrin mühüm xassələrindən biri onun kütləyə malik olmasıdır. Kütlə cismin ağırlıq dərəcəsini ifadə edir. Məsələn, içərisi qumla dolu olan arabacığı yerindən tərpətmək boş arabacığı tərpətməkdən daha çətindir. Çünki dolu arabacığın kütləsi boş arabacığın kütləsindən daha böyükdür. Cismin ağırlığı ondakı maddənin miqdarından asılıdır. Belə ki, cisimdəki maddənin miqdarı nə qədər çox olarsa, o daha ağır olar.
Davamı →

Diffuziya

Bilirsiniz ki, bütün maddələr molekullardan təşkil olunmuşdur. Bu molekullar arasında müəyyən boşluqlar mövcuddur. Maddələrdə baş verən bəzi fiziki hadisələr molekullararası boşluqların olması və molekulların hərəkəti ilə izah edilir. Həmin hadisələrdən biri diffuziya (latınca “diffusio” — yayılma) hadisəsidir.
Diffuziya — bir maddənin atom və molekullarının öz-özünə digər maddənin atom və molekullarına qarışması hadisəsinə deyilir. Ətir şüşəsinin qapağını açdıqda onun molekullarının öz-özünə hava molekullarına qarışması nəticəsində ətirin iyi bütün otağa yayılır.
Davamı →

Maddənin aqreqat halları

Maddələrin müxtəlif hallarda olması onların daxili quruluşundan asılıdır. Maddələrin quruluşu izah olunarkən üç müddəa əsas götürülür:
1. Bütün maddələr molekullardan təşkil olunmuşdur.
2. Molekullar arasında cəzbetmə və itələmə qarşılıqlı təsirləri mövcuddur.
3. Molekullar daim hərəkətdədir.
Davamı →

Materiya - maddə və fiziki sahə

Ətrafınıza baxdıqda çoxlu canlı və cansız varlıqlar görürsünüz. Bəzilərinin səsini eşidir, bəzilərinə toxunur və qoxularını hiss edirsiniz. Lakin bir çox cisimlər arasında elə hadisələr baş verir ki, onları duyğu üzvləriniz vasitəsilə hiss etmirsiniz. Məsələn, mobil telefonları bir-biri ilə əlaqələndirən elektromaqnit sahəsini hiss etmək olmur.
Davamı →

Atom və atom nüvəsi

2500 il əvvəl qədim yunan filosofu Demokrit hesab edirdi ki, bütün maddələr çox kiçik, bölünməz zərrəciklərdən – atomlardan təşkil olunmuşdur. Yalnız XX əsrdə müəyyən edildi ki, atomlar bölünəndir və daha kiçik zərrəciklərdən təşkil olunmuşdur.
Atomun ən sadə modeli onun kürəcik formasında təsəvvür olunmasıdır. Atomlar maddələrin adı ilə adlandırılır və müxtəlif hərflərlə işarə olunur. Məsələn: hidrogen atomu H, karbon atomu C, oksigen atomu O, dəmir atomu Fe, qızıl atomu Au və s. Atomlar təsvirlərdə müxtəlif rənglərlə göstərilir (a). Bu zaman onları asanlıqla fərqləndirmək mümkündür. Həqiqətdə isə atomların rəngi olmur.
Davamı →

Fiziki kəmiyyətlər və onların ölçülməsi

Keçmişdə, ölçü alətləri olmayanda ölçmələr aparmaq üçün insanlar öz bədən üzvlərindən (“arşın” və “fut”)  istifadə edirdilər. Həmin üsullar bəzən, indi də tətbiq olunur: bir qarış, bir ovuc, bir qucaq və s. Kiçik məsafələrin ölçülməsində düymdən, böyük məsafələrin ölçülməsində isə addımdan (iki addım təxminən 1,5 m) istifadə olunur.
Davamı →

Konveksiya

Qızdırıcı cihaza yaxın durduqda ondan isti havanın yayıldığını, yəqin ki, hiss etmisiniz. Belə istilikvermə prosesini əlinizi yanan lampaya yaxınlaşdıranda da duyursunuz. Bütün bu hadisələrdə qızdırıcının, yaxud lampanın yaxınlığındakı havanın qızma prosesi baş verir.
Nəticədə qızmış hava genişlənir ve onun sıxlığı azalır. Soyuq hava kütləsi qızmış hava kütləsinə Arximed qüvvəsi ilə təsir edərək onu yuxarı itələyir. İsti hava kütləsinin yerinə isə soyuq hava axır — qaz axını baş verir. Beləliklə, qızdırıcının yaxınlığında yaranan hava seli araşdırma zamanı müşahidə etdiyiniz fırlanğıcı hərəkətə gətirir və s.
Davamı →

Daxili enerjinin dəyişmə üsulları: mexaniki işgörmə və istilikvermə

Mexaniki iş görməklə cismin daxili enerjisini dəyişmək (artırmaq və ya azaltmaq) olar; məsələn, ovuclarımızı bir-birinə sürtdükdə əlimizin, taxtanı kəsdikdə mişarın sürətlə istilənməsinə səbəb sürtünmə qüvvəsinin gördüyü mexaniki iş nəticəsində cisimlərin daxili enerjisinin artmasıdır. “Hava alışqanı” ilə apardığınız araşdırmada bunu əyani olaraq yoxladınız. Porşeni zərblə aşağı itələdikdə silindrdəki hava üzərində mexaniki iş görülür — o sıxılır. Nəticədə havanın temperaturu kəskin yüksəlir: havanın daxili enerjisi artır və o, spirt buxarını və pambığı alışdırır.
Davamı →

İstilik tarazlığı. Temperatur şkalaları

Havanın uzun müddət otaqdakı bütün əşyalarla təmasda olması nəticəsində istilik tarazlığı yaranır.
İstilik tarazlığında cisimlərin molekullarının uzun müddət qarşılıqlı təsirləri nəticəsində onların orta kinetik enerjilərinin bərabərləşməsi baş verir: böyük enerjili molekullara malik “isti” cisim öz istiliyinin bir hissəsini kinetik enerjisi kiçik olan molekullara malik “soyuq” cismə verir. Cisimlər arasındakı belə istilik mübadiləsi onların molekullarının orta kinetik enerjiləri bərabərləşənə qədər davam edir.
Davamı →
Top