Deyirlər ki, Bəhlul Danəndə boş vaxtlarında çay kənarına gəlib, orada gildən evcik düzəldərdi. Bir gün Harun ər-Rəşidin xanımı Zibeydənin yolu çay sahilinə düşür.
Bəhlul yenə gildən evcik düzəltməklə məşğul idi. Düzəltdiyi evin qarşısında bağçaya bənzər sahə ayırmış, buraya bir neçə ot-ələf basdırmışdı. Zibeydə yaxın gəlib Bəhluldan soruşur: “Bəhlul, burada nə edirsən?” Bəhlul cavab verir: “Cənnət düzəldirəm. Bax, bu, cənnət qəsridir. Bu isə ətrafındakı bağçadır. Bu ağacların altından süd çayları axır”.
Zibeydə gülümsəyib soruşur: “Düzəltdiyin cənnəti neyləyəcəksən?” Bəhlul: “Müştəri tapıb satacağam”. Zibeydə soruşmağa davam edir: “Mənə satarsanmı?” Bəhlul: “Sataram” – deyir. Zibeydə “cənnət”in qiymətini soruşanda Bəhlul cavab verir ki, bunun qiyməti yüz dinardır. Zibeydə yanındakı kənizə tapşırır ki, Bəhlula yüz dinar versin. Bəhlul pulu alıb söyləyir: “Bu cənnət indi oldu səninki. Amma bunu təsdiq edən sənəd hələ hazır deyil. Sabaha kimi sənəd hazır olub sənə təqdim edilər”.
Bir-biri ilə dostluq edən iki əsgər vardı. Bunların biri vaxtı-vaxtında namazlarını qılır, hətta ən çətin şəraitlərdə belə, ibadətindən qalmırdı. O biri əsgər isə, əksinə, nəinki namaz qılmır, hətta dostunu qınayırdı:
“Neçənci əsrdə yaşayırıq? Dindarlıq vaxtıdır? Niyə özünü zəhmətə salıb gündə beş dəfə namaz qılırsan?”.
Dindar əsgər səbrlə dözür, cavab vermirdi. Nəhayət, bir gün yenə eyni söhbət düşəndə uzaqdakı zabiti dostuna göstərib soruşdu: “O zabiti görürsən? Niyə hər dəfə onun yanından keçəndə özünü toplayır, şax yeriyir, hərbi salam verirsən? Sənə hər nə əmr etsə, niyə yerinə yetirirsən,“qaçaraq” komandası versə qaçır, “farağat” komandası versə farağat durursan? O da sənin kimi bir adam deyilmi? Onun da iki əli, iki ayağı, iki gözü var. Niyə sən ona tabe olursan?”.
Dostu heyrətlə cavab verdi: “Guya özün bilmirsən niyə? Doğrudur, o da mənim kimi adamdır, amma çiynində ulduzu var!”.
Dindar əsgər gülümsədi: “Qardaş, çiynində bir dənə ulduzu var deyə, özün kimi birisinə tabe olursan, buyurduqlarını yerinə yetirisən. Amma mən yerdəki qum dənələri qədər kainatda ulduzları olan, bunların hamısını öz qüdrət və hikməti ilə idarə edən Allahın buyurduğuna tabe olub namaz qılanda sənə qəribə gəlir?”.
Deyirlər ki, Harun ər-Rəşidin Bağdaddakı sarayının bağçasında rəngbərəng, növbənöv güllər var imiş. Dünyanın hər nöqtəsindən ən gözəl çiçəklərin toxumunu gətirib bu bağçada əkmişdilər. Amma çiçəklərdən birini xəlifə xüsusi sevirdi.
Həmin gül kolu çiçək açanda qoca bağban onu dərib Haruna gətirir, Harun çiçəyi ta solana kimi gözünün qabağında saxlayır, ətrini qoxlamaqdan doymurdu. Bağbana tapşırıq vermişdi ki, bütün güllər bir yana, bu çiçək kolundan xüsusi muğayat olsun. Çünki bu gül kolu ildə bir dəfə, özü də cəmi bircə çiçək açırdı.
Qoca bağban xəlifənin tapşırığına ciddi-cəhdlə əməl edirdi, çiçəyi istidən-soyuqdan qoruyur, gecə-gündüz qulluğunda dururdu. Amma qorxan gözə çöp batar, deyiblər. Xəlifənin sevimli gül kolunun çiçəkləmə vaxtı gəlib-çatanda bağban sübh tezdən bağçaya gəldi ki, gülü dərib Haruna təqdim etsin. Amma gül koluna yaxınlaşanda gözlərinə inanmadı. Bağda yuva salmış bir bülbül çiçəyin ləçəklərini dimdiyi ilə qoparıb yerə tökürdü. Bağban qorxu və kədər içində xəlifənin hüzuruna gəldi, hadisəni ona danışdı. Harun qəzəblənmədi, yalnız bunu söylədi: “Eybi yoxdur, qoca. Heç kimin əməli cavabsız qalmaz. Bülbül də öz cavabını alar”.
Keçmiş zamanlarda bir daşyonan yaşayırdı. Səhərdən-axşama kimi dağın ətəyindəki daş karxanasında işləyir, alnının təri ilə dolanırdı. Bir gün küçədə öz nökərlərinin əhatəsində, yaraşıqlı atın belində gəzən bir tacir gördü.
Daşyonan taciri süzüb öz-özünə dedi: “Yəqin dünyada özünü ən güclü sayan adam varsa, o da bu tacirdir. Kaş mən də onun kimi güclü olaydım, bu qədər nökərim olaydı”. Ömrü boyu halal zəhmətlə dolanmış və halal çörək yemiş daşyonanın ürəyindən keçənlər Allaha əyan oldu. Allah-təala onun arzusunu yerinə yetirdi, bir an içində daşyonan kişi tacirə döndü. İndi onun saysız-hesabsız sərvəti, ölçüyəgəlməz pulu və hörməti vardı, özünü hamıdan qüvvətli hesab edirdi.
Hava limanının gözləmə salonunda, gənc bir qadın təyyarəsinə minmək üçün gözləyirdi. Təyyarənin hərəkətinə xeyli vaxt qaldığından zaman keçirmək üçün bir kitab və bir paket kiçik peçenye satın aldı. İstirahət etmək və kitabını oxumaq üçün VIP salonunda bir kresloda əyləşdi.Kitabı oxumağa başladı. Yanındakı kresloya bir adam oturdu, jurnalını açıb oxumağa başladı. Gənc qadın ilk peçenyeni götürdü. Adam da bir dənə götürdü. Qadın özünü çox narahat hiss etdi.Qadın hər peçenye götürdükçə, adam da bir dənə götürürdü. Dəli olacaq kimi idi qadın amma hadisə çıxarmaq istəmirdi. Nəhayət son peçenye qalanda qadın:
“ Bu həyasız adam indi nə edəcək?” deyə düşündü. Adam son peçenyeni götürdü, onu ikiyə böldü və bir parçanı qadına verdi. Aaaa! Bu qədəri də çoxdu! Çox hirslənmişdi indi. Qadın əsəbi halda kitabını və digər şeylərini götürüb bir külək kimi giriş salonuna oradan da təyyarənin içinə yönəldi. Təyyarədəki kreslosuna oturdu. Eynəyini götürmək üçün çantasını açdı. Nə görsün? Peçenye paketi açılmamış olaraq orada dayanırdı. Çox utandı. Çox böyük bir səhv etdiyini anladı. Peçenyelərinin paketini açmadan çantasına qoyduğunu unutmuşdu. Adam öz peçenyelərini, heç əsəbiləşmədən, qadınla paylaşmışdı. Qadın öz peçenyelərinin paylaşıldığını düşünərək çox əsəbləşmişdi. Və indi bu vəziyyəti düzəltmək mümkün deyidi. Üzr istəmə imkanı da qalmamışdı.
Həyatda dəyişə bilməyəcəyimiz dörd şey var
— Daş… atıldıqdan sonra!
— Söz… ağızdan çıxdıqdan sonra!
— Fürsət… qaçdıqdan sonra!
— Zaman… keçdikdən sonra!
Bir nəfər müdrikdən soruşur:
-Ən sevdiyiniz yazıçı kimdir?
Müdrik cavab verir:
-ALLAH.ONUN son yazdığı çox xoşuma gəlib.
Bir gün ağası Loğmana dedi: Mənim üçün bir qoyun kəs.
Loğman qoyunu kəsdi.
Ağa dedi: onun ən pak iki üzvünü mənim üçün gətir!
Loğman onun ürək və dilini ona apardı.
Ağa soruşdu: onda bu iki üzvdən pak bir üzv yox idi?
Loğman buyurdu ki yox!
Ağa sakit qaldı.Başqa vaxt ağa dedi: Mənim üçün bir qoyun kəs.
Loğman qoyunu kəsdi.
Ağa dedi: onun ən çirkin iki üzvünü çölə tulla.
Loğman onun ürək və dilini çölə atdı.
Ağası dedi: Sənə dedim ən pak yerini mənə gətir ürək və dilini gətirdin.Sonra dedim ən çirkin iki üzvünü tulla yenə ürək və dilini tulladın.
Loğman buyurdu: Əgər bu iki üzv sağlamdırsa heç bir üzv onlardan dadlı deyil. Əks təqdirdə, ən çirkin üzvlərdir.