Günahkar bir adam idi.Oyaq gəzməzdi.Bütün kənd camaatı bezmişdi adamdan.Ölsə də xilas olsaq" deyirdilər.Bir arvadı vardı adamın, bir də özü.Heç uşaqları olmamışdı. Kənd camaatı belə bir adamın uşağının olmadığına məmnun idi. Qadın isə adamın halına kədərlənsə də səs çıxara bilmirdi. Otuz ildir evli idilər. Döyərdi, söyərdi, hər gün biriylə dava edərdi. Amma əri idi, evinin kişisi idi. Adam xeyli qocalmışdı.Öskürək yuxusunu bölür,iki pillə nərdivan çıxsa təngnəfəs qalır, titrəyən əlləriylə siqareti qucaqlayırdı.Xeyli zəifləmiş, onsuz da qısa olan boyuyla bir uşaq kimi görünürdü.Qadın əllərini açıb dualar edir,«Adamın halı bir az düzəlsin» deyə yalvarırdı Allaha…Adam bir səhər evdən çıxdı. Lakin axşam oldu dönmədi. Dan yeri ağararkən qadın axtarışa çıxdı ərini. Kim bilir harada içib qalmışdı.
Kəndin üst tərəfindəki bulağın başına getdi əvvəl,orada axtardı amma tapa bilmədi. Yaxındakı bağları, bostanları axtardı.Kəndin dörd bir tərəfinə baxdı, yox idi.«Evə gəlib bəlkə» deyərək qaçaraq geri gəldi.Xeyr, dönməmişdi. Günəş batmaq üzrə idi.Tələsik bir dəstəmaz alıb, namaz qılmağa başladı.Duası bitmək üzrə idi ki, qapının döyüldüyünü eşitdi.Öskürür, əliylə sinəsini işarə edirdi.Qadın qoluna girdi ərinin, güc bəla ilə içəri apardı. Uzandı adam. Arvadının üzünə baxdı. Ağlayırdı. Adam «Haqqını halal et deyəcəkdi...Sözünün sonunu gətirə bilmədi,Başı yastığa düşdü.Ölmüşdü…Qadın, ərinin başında çox ağlayıb fəryad etdi. Bir az özünə gəlincə gözlərini sildi.Qalxdı, mollanın evinə getdi.
İki qonşu ölkənin hökmdarları bir-birləriylə döyüşməzlər, amma hər fürsətdə bir-birlərini narahat edərdilər. Ad günləri, bayramlar da maraqlı hədiyyələr göndərərək qarşıdakına zəka nümayişi etdirərdilər. Hökmdarlardan biri, günün birində ölkəsinin ən yaxşı heykəltaraşını hüzuruna çağırdı. İstədiyi, qızıldan, bir-birinin eynisi üç insan heykəli düzəltməsi idi. Aralarında bir fərq olacaq amma bu fərqi yalnız ikisi biləcəkdi. Heykəllər hazırlandı və doğum günündə qonşu ölkə hökmdarına göndərildi. Heykəllərin yanına bir də məktub qoyulmuşdu. Belə yazmışdı heykəlləri düzətdirən hökmdar:«Ad gününü bu üç qızıl heykəllə təbrik edirəm. Bu üç heykəl bir-birinin eynisi kimi görünə bilər. Amma içlərindən biri digər ikisindən çox daha qiymətlidir. O heykəli tapınca mənə xəbər ver.» Hədiyyəni alan hökmdar əvvəl heykəlləri çəkdirdi. Üç qızıl heykəl qramına qədər bərabər idi. Ölkəsində sənətdən anlayan nə qədər insan varsa çağırtdı. Hamısı da heykəlləri böyük bir diqqətlə araşdırdılar amma aralarında bir fərq görə bilmədilər. Günlər keçdi. Bütün ölkə hökmdarın çətinliyini eşitmişdi amma heç kim cavabı tapa bilmirdi. Sonda, hökmdarın çox isyankar olduğu üçün zindana atdırdığı bir gənc xəbər göndərdi.Yaxşı oxumuş, ağıllı olan bu gənc, hökmdarın bəzi istəklərinə qarşı çıxdığı üçün zindana atılmışdı. Başqa çarəsi olmayan hökmdar bu gənci çağırtdı. Gənc əvvəl heykəlləri möhkəm möhkəmə araşdırdı, sonra çox incə bir tel gətirilməsini istədi. Teli birinci heykəlin qulağından soxdu, tel heykəlin ağzından çıxdı. İkinci heykələ də eyni hərəkəti təkrar etdi. Tel bu dəfə digər qulaqdan çıxdı. Üçüncü heykəldə də tel qulaqdan girdi amma bu dəfə nə ağzından nə də qulağından çıxmadı.Tel incə bir boru vasitəsilə ürək xəttinə qədər endi və oradan kənara getmədi. Hökmdar heykəlləri göndərən qonşu hökmdara cavabı yazdı: «Qulağından girəni ağızından çıxardan insan məqbul deyil. Bir qulağından girən digər qulağından çıxırsa, o insan da məqbul deyil. Ən qiymətli insan, qulağından girəni ürəyinə həbs edən insandır.
Bir ata ilə qızı dərtləşirdi. Qızı həyatında çox çətinlik yaşadığından və bunlarla necə baş edəcəyini bilmədiyini deyirdi atasına.Atası qızını dinlədikdən sonra «Gəl, sənə bir şey göstərəcəyəm!» deyib qızını mətbəxə aparır.
Ata sobaya 3 dənə bərabər böyüklükdə qab qoyur, üçünə də bərabər miqdarda su tökür və üçünün də altını eyni miqdarda yandırır. Birinci qaba kök, digərinə bir ədəd yumurta, digərinə isə də bir ovuc çəkilməmiş qəhvə tökür. Hər üçünü də tam 20 dəqiqə bişirir. Masaya iki dənə boşqab və bir dənə boş stəkan qoyur və ilk əvvəl qaynadılmış kökü götürüb bir qaba qoyur. Daha sonra artıq çox bişmiş olan yumurtanı digər qaba qoyur. Ən sonunda da artıq suda yaxşıca həll olunmuş qəhvəni də götürüb bir stəkana boşaldır.Sonra qızından soruşur: «Qızım nə görürsən?»
Qızla bir qonaqlıqda rastlaşmışdı… Çox gözəl qız idi. Qonaqlığın sonunda qızı qəhvə içməyə dəvət etti.Qız dəvət müddətində diqqətini çəkməyən oğlanın dəvətinə təəccübləndi amma nəzakətlə qəbul etdi. Yaxınlıqdakı şirin kafedə oturdular.Gənc oğlan elə həyəcanlı idi ki, ürəyinin döyüntüsündən danışa bilmirdi..Onun bu halı qızı da narahat edirdi ...
«Mən artıq gedim» deməyə hazırlaşırdı ki, oğlan birdən kafe xidmətçisini çağırdı.
«Mənə bir az duz gətirərsən?» Dedi. «Qəhvəmə qatmaq üçün.»
Yan stollarda əyləşənlər təəccüblə oğlana baxdılar. Qəhvəyə duz! Gənc qıpqırmızı oldu utandığından.Amma duzu qəhvəsinə tökdü və içməyə başladı.
Qız maraqla «Qəribə bir ağız dadınız var.» Dedi… Cavan izah etdi: «Uşaqlıqda dəniz kənarında yaşayırdıq. Həmişə dəniz kənarında və dənizdə oynardım.Dənizin duzlu suyunun dadı ağzımdan heç əksik olmazdı. Bu dadla böyüdüm mən.Bu dadı çox sevdim. Ona görə qəhvəmə duz tökürəm. Nə vaxt ki o duzlu dadı dilimdə hiss edirəm, uşaqlığımı, dəniz kənarındakı evimizi və xoşbəxt ailemi xatırlayıram… Anamla atam hələ də o dəniz kənarında yaşayırlar.Onlardan və evimdən elə darıxıram ki… „
Bunları deyərkən gözləri nəmlənmişdi cavanın… Qız eşitdiklərindən çok təsirlənmişdi. Evini, ailəsini bu qədər düşünən bir adam, evi, ailəni sevən biri olmalı idi...Qız da danışmağa başladı. Onun da evi uzaqlardaydı. Uşaqlığı kimi ...
O da ailəsindən danışdı. Çox şirin bir söhbət olmuşdu .Görüşməyə davam etdilər və hər gözəl hekayədə olduğu kimi, şahzadə evləndi. Və də sonuna qədər çox xoşbəxt yaşadılar. Prenses nə vaxt qəhvə hazırlasa içinə bir qaşıq duz qoydu, həyat boyu… Onun belə sevdiyini bilirdi çünki ...
40 il sonra, adam dünyaya vida etdi. “Ölümümdən sonra aç» deyə bir məktub qoymuşdu sevgili qadınına. Belə deyirdi, sətirlərində: «Sevgilim, bir dənəm. Xahiş edirəm məni bağışla. Bütün həyatımızı bir yalan üzərinə qurduğum üçün məni bağışla. Sənə həyatımda bir dəfə yalan dedim… Duzlu qəhvədə.
İlk görüş günümüzü xatırlayırsanmı? Elə həyəcanlı və gərgin idim ki, şəkər tozu demək əvəzinə duz dedim. Sən və hər kəs mənə baxarkən, dəyişdirməyə o qədər utandım ki, yalanla davam etdim. Bu yalanın bizim həyatımızın təməli olacağı heç ağlıma gəlməmişdi. Sənə həqiqəti danışmağı çox düşündüm. Amma hər dəfəsində qorxudan heç nə deyə bilmədim.İndi ölmüşəm və artıq qorxmağım üçün heç bir səbəb yoxdur ...
Budur həqiqət: Mən duzlu qəhvə sevmirəm! O qəribə və axmaq bir daddır.Ama səni tanıdığım andan etibarən bu qəribə qəhvəni içtim.Həm də zərrə qədər peşmanlıq hiss etmədən. Sənin yanında olmaq həyatımın ən böyük xoşbəxtliyi idi və mən bu xoşbəxtliyi duzlu qəhvəyə borcluydum.Dünyaya bir də gəlsəm, hər şeyi yenidən yaşamaq, səni yenidən tanımaq və bütün həyatımı səninlə keçirmək istəyirəm, ikinci bir həyat boyu da duzlu qəhvə içmək məcburiyyətində qalsam da… „
Yaşlı qadının gözyaşları məktubu islatdı.
Necə oldusa bir gün biri qadına “Duzlu qəhvə necə bir şeydir?» deyə sual verdi ..
Gözləri nəmləndi qadının və üzündəki xoşbəxt təbəssümlə… Çox şirin!… dedi ...
Bir gün məşhur bir natiqdən soruşdular:
— Yaxşı çıxış üçün yaxşı hazırlaşmaqdan danışdınız. Elə isə beş dəqiqəlik bir çıxış üçün nə qədə hazırlaşmaq lazımdır?
Natiq heç düşünmədən cavab verdi:
— 2 ay...
— Bəs on dəqiqəlik bir çıxış üçün?
— 1 ay...
— Bəs 1 saatlıq çıxış üçün nə qədər hazırlaşmaq lazımdır?
Natiq gülümsəyərək cavab verdi:
— Elə indi başlaya bilərəm...
Məhkəmə zalında, səksən yaşlarındakı qoca cütlüyün vəziyyəti ürək acısıydı… Adam inadçı baxışlarla, susqun nənənin ağlamaqdan yaxşıca çuxurlaşmış gözlərini süzürdü. Hakim tox səsiylə, yaşlı qadına:
— Danış xala, niyə boşanmaq istəyirsən?
Yaşlı qadın, dərin bir nəfəs aldıqdan sonra, qısılmış səsiylə danışmağa başladı:
— Bu insan məni 50 ildir bezdirib həyatdan…
Bir meşədə iki dost odun doğrayırmış. Onlardan biri səhər lap tezdən qalxar, istirahət etmədən ağac kəsərmiş. Axşamlar da evə dostundan gec gedərmiş. Heç günortalar da yemək üçün fasilə verməzmiş. Dostu isə səhər vaxtında qalxar, istirahət edə-edə ağacları doğrayar, acanda da yeməyini yeyərmiş. Axşam da hava qaralan kimi evinə gedərmiş. Bir həftə bu minvalla iş davam edir. Həftənin axırında kəsdikləri ağacları sayırlar. Dayanmadan işləyən dostun kəsdiyi ağacların sayı az olur. Fasilə vermədən içləməsinə baxmayaraq, ağaclarının sayının az olması ona çox maraqlı gəlir. Dostu bunun səbəbini ona belə izah edir: Sən dayanmadan çalışarkən mən arabir istirahət edib, baltamı itiləmişəm. İti balta ilə daha az əmək sərf etməklə çox ağac kəsilər, — cavabını verdi. Özünü inkişaf etdirməyin yolu düzgün vaxtda istirahət edib baltanı itiləyə bilməkdir. Bu üsul zehnimizin aktiv olmasını və az zaman sərf etməklə daha çox şey qavramasına imkan verə bilər.
Araz dərgiləri
Professor konfrans salonuna girdi. Ancaq salonda ilk sırada oturan bir qocadan başqa heç kim yox idi. İstər-istəməz çıxış edib-etməmək barədə tərəddüd etdi. Buna görə də, qocadan:
— Burada yeganə adam sizsiniz. Sizə görə mən çıxış etməliyəm, yoxsa etməməliyəm? — deyə soruşdu.
Qoca cavab verdi:
— Oğlum, mən adi bir mehtərəm. Ona görə də, bu məsələləri o qədər də başa düşmürəm. Ancaq əgər axıra getsə idim və bütün atlarımın qaçdığını, bir atımım qaldığını görsə idim, yenə də ona yem verərdim…
Bir gün İslamın böyük sərkərdəsi Xalid bin Vəlid Həzrətlərindən (r.a) Peyğəmbər Əfəndimiz (s.ə.s) haqqında danışmağı xahiş etdilər.
— Mən bu məsələdə çox acizəm, — deyə cavab verdi. Bir daha təkid etdilər.
— Göndərilən göndərənin şanına layiq olar. Onu göndərən də Allah olduğuna görə, gerisini artıq siz düşünün, — dedi.
Ailəm jurnalı
«Qreater Aydaho Folls» adlı məşhur elmi sərgidə bir lisey şagirdi sərgiyə tamaşa etməyə gələnləri hazırladığı layihəni imzalamağa dəvət edirdi. O «dihidrogen monooksid» adlı maddənin qadağan olunmasını, ən azı ciddi nəzarət altında saxlanılmasını tələb edirdi. Şagird divardan aşağıda stenddə bu maddənin zərərlərini belə sıralayırdı:
1. Ciddi tərləmələrə və qusmalara səbəb olur.
2. Təbiətə böyük ziyan vuran turşu yağışlarının əsas tərkib hissəsini təşkil edir.
3. Qaz halında olduqda çox ciddi yanıqlara səbəb olur.
4. Avtomobil əyləclərinin təsirini azaldır.
5. Erroziyaya səbəb olur.
6. Bu maddə ilə nəfəs aldıqda və ya ciyərlərə dolduqda ölümə səbəb olur.