Düşündürücü hekayələr kateqoriyası üzrə məqalələr

Simfoniya

Gənc bir musiqiçi bir az da utancaq bir ifadə ilə dahi bəstəkar Motsarta yaxınlaşdı:

-          Ustadım, sizdən bir şey soruşmaq olarmı?

-          Buyurun!

-          Sizcə bir simfoniya yazmaq üçün nə lazımdır?

-          Hələ çox gəncsiniz, niyə daha kiçik əsərlərdən başlamırsınız?

-          Ancaq, ustadım, siz öz simfoniyalarınızı 10 yaşınızda yazmamışdınızmı?

-          Doğru deyirsiniz, ancaq mən o yaşımda “bir simfoniyanı yazmaq üçün nə lazımdır?” – deyə soruşmamışdım ki..

 

Mənbə: «Ailəm» jurnalı

Davamı →

Yaxşılıq və Pislik

Bir gün yaxşılıq və pislik bir dəniz sahilində qarşılaşırlar və qərara alırlar ki, dənizdə yuyunsunlar. Hər ikisi geyimlərini çıxardıb dənizə girirlər.
Bir müddət sonra Pislik dənizdən çıxıb Yaxşılığın geyimlərini geyinir və yoluna davam edir. Yaxşılıq da dənizdən çıxır və öz geyimlərini tapa bilmir. Amma çılpaq olmaqdan utanır deyə, əlacsız qalıb Pisliyin geyimlərini geyinir və yoluna davam edir.
Elə o vaxtdan insanlar onları bir-biriynən səhv salırlar. Ancaq səbirli və ağıllı insanlar Yaxşılığın gözlərindəki saflığı görüb, geyiminə baxmadan tanıyarlar onu. Eləcə də, Pisliyin üzünü görən kimi tanıyanlar vardır ki, geyim onun kimliyini gizlədə bilməz.
Davamı →

"Effektiv çıxış yolu"- durmu?

Dövlət bir gün geniş və boş bir əraziyə gecələr nəzarət etsin deyə 500 AZN maaşla, bir gözətçi işə götürməyə qərar verir. Bir müddət sonra düşünürlər;
'' Yaxşı, təlimatlar olmadan gözətçi işini necə edəcək''
Bir planlaşdırma idarəsi yaradılır və planlama məsələsini həll etmək üzrə, 750 AZN-lik maaşla, iki adam işə götürülür.
Bir müddət sonra ''İşləri qaydasında edib etmədiklərini necə bilək, nəzarət edək'' deyə düşündükdən sonra, 1000 AZN-lik maaşla, iki Nəzarətçi işə götürülür, biri nəzarət edir, digəri hesabatları yazır.
Bir müddət sonra '' Bunların maaşları hesablanıb necə ödəniləcək'' deyə müzakirə mövzusu ortaya çıxır və 1500 AZN-lik maaşla bir mühasib, bir katib, bir də statistika üzrə kadr işə götürülür.
Bir müddət sonra; '' Yaxşı, bunların üstündə kim cavabdeh şəxs olmalıdı'' deyə düşünürlər və 5000 AZN maaşlı bir müdir və 3000 AZN-lik maaşla iki müdir köməkçisi işə götürülür. 
Bir müddət sonra, ölkədə iqtisadi böhran ortaya çıxır və büdcədəki xərcləri azaltmaq üçün "Gözətçi işdən çıxardılır"!
Davamı →

Dəvəçi və Filosof

Səhrada avara-avara gəzən bir filosof, dəvəsi ilə səfər edən bir kəndliyə rast gəldi. Haradan gəlib hara getdiyini öyrəndikdən sonra, dəvənin iki yanına sallanmış çuvallarda nələr olduğunu soruşdu. Kəndli:

Davamı →

Qısa və düşündürücü hekayələr

Bir hökmdar bir zahidi görüb soruşdu:
-Bizi heç yada salırsanmı?
Dedi:
-Bəli, Allahı unudanda

Loğmandan soruşdular:
-Ədəbi kimdən öyrəndin?
Dedi:
-Ədəbsizlərdən. Onlarda gördüyüm pis hərəkətləri təkrar etmədim.

Bir mürid öz mürşidinə dedi:
-Adamlar məni bezdiriblər. Boş-boş suallar verir, mənasız sözlərlə vaxtımı alırlar. Nə edim?
Mürşid dedi:
-Yoxsuldusa, borc ver, varlıdısa, borc istə. Bir də gözünə görünməyəcəklər

Davamı →

Bir gün laboratoriyada...

Tibb fakültəsində təhsil alan tələbələr labaratoriyada bir cəsəd ətrafında toplaşırlar. Professor dərsinə başlayır; «Tibbdə iki şey həkimlər üçün çox vacibdir, birincisi insan vücudu ilə əlaqədar heç bir şey sizin üçün iyrənc olmamalıdır. Məsələn, „deyir və barmağını cəsədin qıçına salır və çıxardıb öz ağızına salır. “Həə, indi sizlər də eyni şeyi edin!».
Davamı →

Yəhudi pritçası

Bir ravvin özünün Allaha olan inamı ilə öyünürdü. Tez-tez «mən Allaha inanıram» deyə təkrarlayırdı.Bir gün gücli sel olur. Su getdikcə artırdı. Ravvinin evinə adamlar gəlib evlərini tərk etdiklərini və ordan getdikdərini deyirlər və ravvina da onlarda getməyi təklif edirlər. Lakin ravvin getməyəcəyini deyir:

— Yox, mən qalacam. Mən Allaha inanıram. O məni xilas edəcək.

Su getdikcə artırdı. Ravvinin evinə qayıq yaxınlaşdı. İçindəki adamlar ona minməyi təklif etsələr də, ravvin yenə razılaşmadı:

— Getmirəm. Mən Allaha inanıram.

Davamı →

Yaşlıdan cavana örnək dərsi

Jurnalist yaşlı cütlükdən belə bir sual soruşur:
— Necə olduki nə az nə çox, 65 il bir dam altında yaşadınız ?
Yaşlı qadın belə cavab verir: — " Bizlər cırıq paltarların yamaqlandığı, söküklərin tikildiyi, qırıqların təmir edildiyi bir zamanda doğulmuşuq, istifadədən sonra atıldığı və yerinə təzəsinin alındığı bir zamanda deyil… "
P.S Düşünürəm bir cümlə də olsa, bu cümlədə böyük bir hikmət və həqiqət yatır. Əl əxsus indiki gənclərə örnək olacaq hekayədən ibrət və nəticə çıxarmağa dəyər.
Davamı →

İmanın Nəfsi ram etməsi

Krant tamiri ilə məşğul olan yaraşıqlı bir gəncin başına gələn bir hadisəni sizlərə nəql edim:
Bir gün gəncin dükanına gələn bir qadın, evində təmir ediləcək kranlar olduğunu söyləyir. Daha sonra birlikdə evə gedirlər. Evə gəldiklərində qadın qapını arxadan bağlayır və cavana çirkin təklif edir.
Cavan bu çirkin təklifi qəbul etmədikdə:
"- Bax qışqıraram, mənə təcavüz etdi, deyərəm, " formada gənci təhdid edir.
Gənc vəziyyəti belə gördükdə:
— Yaxşı qəbul edirəm, lakin mənim tualate getməliyəm, deyərək  qadının yanından ayrılır.
Davamı →

Həqiqi məhəbbət



Bir -birindən küsən iki dostdan biri aradan uzun zaman keçəndən sonra digərinin qapısını döyür. 
İçəridəki: — kimdir? -deyə səslənir.
Qapının ardından səs gəlir:
Davamı →
Top