Ağrı var ürəyimdə.Əgər ürək demək mümkünsə ona… İndi o, hər şeyə hazırdır. Qoy hamı nifrət etsin ona. Nifrətə də hazırdı! Çünki nifrətə layiq bilir özünü...
Yaşamaq, yaşamaq, yaşamaq!!! Buna yaşamaq demək olar?! Onun -bunun qəlbin qıra- qıra, səhvlər edə-edə. Nə qədər bağışlanmaq olar? Axı, heç nə unudulmur? Əgər pislik etmisənsə, kimisə incitmisənsə o yaddaşda qalır. Ən azı sənin vicdanının yaddaşında. O isə vaxtaşırı, sənin gözləmədiyin anda düz gözlərinin içinə baxır. Tab gətirə bilərsənmi bu baxışa?! Görüm, necə tab gətirirsən!?
Əgər buir səhv bir neçə dəfə təkrar olunursa? Onda Yaddaşın nə günahı, ya «səhv» nə etsin buna? Umumiyyətlə bu, səhv sayılırmı? Buna «səhv» sözünün arxasında gizlənmək deyirlər. Buna özünü aldatmaq deyirlər. Bu içindəki qorxulu, heybətli «canavardan» imtina deməkdir. Boynundan atmaq. göz yummaq deməkdir:" Yox, mən o canavarı tanımıram, nə canavar? Belə şey yoxdur!" — deyib, -" Mən sadəcə səhv etmişəm, hamı səhv edir", — deyə özünə təsəlli verməkdir. Təsəlli isə, vəziyyəti yumuşaldır, amma dəyişmir.
Artıq çox qocalmışdı. Səhhəti də yaman pozulmuşdu.Qabırğası yaman ağradırdı. O uzanmış, gözünü bir nöqtəyə zilləmişdi. Düşünür, ele hey düşünürdü. Bu yaşa gəlmiş, amma necə gəlmiş, nə vaxt gəlmiş, bu zaman necə belə sürətlə ötüb keçmiş, heç hiss etməmişdi. Artıq ona ölümünü gözləmək qalmışdı. Əslində, o hələ də yaşamaq istəyirdi, ölümə hazır deyildi. Ona elə gəlirdi ki, 75 il deyil 12 il yaşamış, geri dönüb arxaya baxanda yadına çox az şeylər gəlirdi, onları toplayıb bir araya gətirəndə, yadında olduğu günləri toplayanda heç 5 il də eləmirdi.Yoxsa, mənasız bir ömürmü sürmüşdü? Hər halda, bunları düşümək heç bir şey vermirdi ona, növbəti faydasız saatlar demək idi.İndi ona fərq etmirdi mənasızdı, ya mənalı .yaşadıqları ona əziyyət verirdi. Dörd oğul, üç qız övladı böyütmüşdü. Qızlarından biri 16 yaşı olmamış vəfat etmişdi. Ceri- cehizini təzə toplamışdı. Amma qısmət olmadı. O dövrdə olmazın acılarını çəkmişdi. Digər iki qızı isə biri Rusiyada yaşamış (ailə qurduqdan sonra oraya yoldaşı ilə getmiş və daha Azərbaycana dönməmişdi), biri isə Zaqulbada yaşayırdı. Arada gəlib ona baş çəkirdi. Aralarındakı məsafə elə də uzaq deyildi.Oğlanları isə, böyük oğlu İqbal, Namiq, Babək və Sadiq — hər biri ailə sahibi idilər. Onu nəticə sahibi də etmişdilər. Amma nə olsun, nəticə və nəvələri bir yana, nə oğlanları, nə qızları ona nəyinki baş çəkmir, heç telefonlada əlaqə saxlamırdılar. Onu soruşan onunla maraqlanan yox idi. O tək idi, yalnız idi. Özünü günahlandırırdı. Yəqin düzgün tərbiyə edə bilməmiş, valideyn haqqı, övlad haqqını onlara aşıra bilməmişdi. Elə deyilsə, bəs necədi?
Şirin xəyallarla arzu səmalarının ənginliklərində pərvaz edən ruhu qanadı qırılmış quş kimi həsrətlə sonsuzluqlara baxır, uzun müddət havalanmadığından bir udum təmiz nəfəsə möhtac boğanaq otaq kimi açılmaq, çatlamaq istəyirdi. Beş il idi ki, səhərləri “bəlkə, bir də görmədim”, axşamları “bəlkə, bu sonuncu oldu” gümanı ilə yatıb-durur, bir zamanlar seyr etdikcə ürəyini fərəh hissi dolduran mavi səmadakı lopa-lopa buludlar bürünəcəyi kəfəni, ulduzlar başına töküləcək daşları xatırladır, günəşin ardınca əsməyə başlayan xəfif küləklərdən məzar qoxusu hopurdu canına.
Həkimlərə müraciət etmişdisə də vəziyyəti düzəlmirdi. Boy-buxunu sanki ona düşmən yaranmışdı. Heç kəs pəhləvan kimi cüssəsinin bu qədər ruhi acizliyinə inana bilmirdi. Oxuduğu kitabların sayı-hesabı yox idi. Dünya əhalisinin xeyli hissəsinin onun çəkdiklərinə məruz qaldığını, qarşısı alınmazsa, bu halın daha ciddi nəticələrə gətirib çıxaracağını da yaxşı bilirdi. Həyat eşqi o qədər öləzimişdi ki, hər an qopub torpağa düşəcək payız yarpağı kimi idi.
Bir vaxtlar yaşı 90-a çatan, ancaq 90-dan (bəlkə də, 60-dan) gənc görünən bir adam yaşayırdı. Ətrafındakılar onu çox sevir və tez-tez: “Bu gəncliyin sirri nədir?” – deyə soruşurdular. Qoca isə hər dəfə bu sualı eşidəndə gülürdü. Ancaq bu suallar get-gedə çoxaldı və qoca bu suallara cavab verməyi qərara aldı. Ancaq bu suallara ən asan necə cavab verə bilərdi? Əlbəttə ki, ən yaxşısı onları evinə yeməyə dəvət etmək idi. Nəhayət, bir gün qoca onların hamısını evinə yeməyə dəvət etdi. Üstəlik, hamısına: “Bu yeməkdə sizə sirrimi açacağam,” – dedi. Nəhayət, o gün çatdı. Yeməklər yeyildi, çaylar içildi, söhbətlər edildi. Artıq vaxt da xeyli gec idi. Ancaq qoca hələ də gəncliyinin sirri barədə bir kəlmə də deməmişdi. Hamı, “Görəsən, bu sirr nə vaxt açılacaq”, – deyə maraqla gözləyirdi. Bu vaxt qoca üzünü xanımına tutdu və: