Bəzi saçlar hava şəraiti, yaxşı qulluq edilməmə, düzgün məhsullardan istifadə edilməməsi nəticəsində vaxtından əvvəl tökülür və sağlam görünmür.
Əslində evdə edə biləcəyiniz bir neçə formulla bu problemdən xilas ola bilərsiz.
Qurumuş və korlanmış saçlar üçün ən yaxşı həll yolu zeytun yağıdır.
2 xörək qaşığı zeytun yağını isidin, bunu yavaş-yavaş saçınıza sürtün.
Daha yaxşı effekt üçün isti suda islatdığınız bir dəsmalı sıxdıqdan sonra yaylıq kimi başınıza sarıyın.
Dəsmal soyuduqdan sonra dəsmalı bir-iki dəfə isidib eyni şeyi təkrarlayın.
Başın yağı yaxşıca özünə çəkməsinə çalışın. Tez qırılan saçlar üçün çox yararlıdır.
Bədəninizin incə, dırnaqlarınızın manikürlü, saçlarınızın səliqəli, ya dərinizin bronz olması tam mənada mükəmməl görünməniz üçün kifayət deyil. Həqiqətən də baxımlı bir qadının diz, dirsək və topuq bölgələrinə laqeyd yanaşmaması lazımdır.
Diz, dirsək və daban bədənin ən çox sürtünməyə məruz qalan bölgələridir. Buna görə də qısa zamanda sərtləşərək quruyur və tünd rəngdə olur. Sadəcə 3 addımla bu problemdən xilas olub, ipək kimi bir dəri, yumşaq diz, dirsək və çatsız dabanlara qovuşa biləcəksiz.
Ovun
Diz, dirsək və topuq bölgənizi ovcunuza tökdüyünüz təmizləyici məhsul ilə təmizləyin. Məhsulu sürtüb parçayla ovalayın.
Limon ilə sağlam və qüsursuz bir cildə sahib olmaq istəyirsiniz? O halda bu yazını oxuyun.
Limon canlı rəngləri ilə təbii məhsuldur, ucuzdur. Limon suyu antiseptik olması ilə yanaşı müalicəvi və təravətləndiricidir. Düzgün məhsullarla qarışdırıldığında gündəlik qulluq üçün idealdır.
Qatıq+limon pilinqi
1 qaşıq limon suyu, 4 qaşıq qatıq və 1 qaşıq balı qarışdırın. 10 dəqiqə üzünüzdə saxlayıb ilıq suyla yuyun.
Bal+limon üz təmizləyicisi
2 xörək qaşığı bal, 1 xörək qaşığı qara şəkər tozu və limon suyu. Hamısını qarışdırıb qarışımın dörddə biri ilə dərinizi ovun, sonra 5 dəqiqə üzünüzdə saxlayın. Sonra ilıq suyla yuyun. Qalan qarışımı da 3-4 gündən çox saxlamayın.
Limon+şəkər tozu ayaq qulluq vasitəsi
Yarım stəkan qara şəkər tozu, 2 xörək qaşığı zeytun yağı və təzə sıxılmış limon suyunu qarışdırıb bununla ayaqlarınıza masaj edin. Duruladıqdan sonra nəmləndirici krem sürtün. Bu qarışım dirsəkləriniz üçün də yararlı olacaq.
Xanımların əksəriyyəti haçalanmış, süpürgəyə bənzər saç ucları problemindən əziyyət çəkirlər. Saçlara saçqıran düşməsi nəticəsində bir çox xanımlar uzun, düz saçlarını quru, cansız saçlara qurban verirlər.
Saç diblərinin vəziyyəti
Saçların hər gün şampunla yuyulması sonda saçların qurumasına səbəb olur. Saç dibinin vəziyyəti saçların parlaq çıxmasına kömək edir.
Saçları açıq havada qurudun
Saçların saç feni ilə yüksək istilikdə qurudulması tez qurumasına kömək olsa da, uclarını korlayır. Saçları fenlə qurudarkən aşağı temperatura qoyun və feni çox yaxından tutmayın. Ən yaxşısı, saçların öz təbii halı ilə qurudulmasıdır.
Saç rəngləmək bəzi xanımlar üçün adətən stress atmaq vasitəsidir. Daim saç rəngi dəyişən xanımlar hər boyama üçün salona getmək yerinə evdə özləri və ya yaxın birinə boyatdırmağı seçərlər. Bu seçim salonda boyama xərclərindən xilas olmaq üçün də yaxşı seçimdir. Ancaq yaddan çıxarmamaq lazımdır ki, saçlarınızda köklü dəyişiklik edəcəksinizsə, bunu evdə etməyiniz olduqca çətindir və axtardığınızı tapmaya bilərsiniz. Bunun üçün salona, işini çox gözəl bilən saç ustasının yanına getməyiniz lazımdır. Saçlarınıza bir neçə ton dəyişiklik edəcəksinizsə, bunu evdə həll etmək mümkündür. Elə isə saçlarınızı evdə rəngləyəcəksinizə, bu təkliflər sizin üçündür.
Saç boyama çəkməcəsi
Əgər saçlarınızı daim evdə rəngləməyi düşünürsünüzsə, bu rəngləmə üçün bir çəkməcə ayırın. Burada saçlarınızı boyayarkən geyinəcəyiniz köynək, dəsmal, daraq, saç ayırma aləti, broş, saç boyasını qarşdırmaq və saça çəkmək üçün fırça, əlcək və bir qab mütləq olmalıdır.
Vazelin
Saçlarınızı boyamağa başlamadan əvvəl saçlarınızın bitdiyi yerdən başlayaraq alınınıza və qulaqlarınıza vazelin çəkməyi məsləhət görürük. Boyaya bulaşmış olsa da, vazelinlə birlikdə təmizləmək çox asan olacaqdır.
Saçları ayırmaq
Boyayarkən saçları ayırmaq çox vacibdir. Əgər saçlarınızı tünd bir rəngə boyayırsınızsa, mütləq boyun hissəsindən ayırmağa və boyamağa başlayın. Boyun hissəsi digər hissələrə nisbətən rəngi daha gec götürəcəkdir. Əgər sarı bir rəngə boyayacaqsınızsa, ön hissədən başlaya bilərsiniz. Çünki təbii sarı saçlarda ön hissələr daha açıqdır.
Çirkli saç
Saçlarınıza boya çəkəcəyiniz zaman ən az bir gün əvvəl yumanızı məsləhət görürük. Saçlarınız çox təmiz olduğundan məsamələriniz açıq olacağı üçün dəriniz buna görə təsirlənə bilər. Çirkli saç təmiz saçlara nisbətən rəngi daha tez götürür.
Ən həssas dəri tipi olan quru dərinizi canlandırmaq, xüsusi parıltı qatmaq bu maska ilə çox asan olacaq.
Sizə lazım olan 1 ədəd banan və krem şantidir.
Bananı dərin qabda çəngəllə yaxşıca əzin. İki dəqiqə gözlədikdən sonra krem şantini üzərinə əlavə edib yaxşıca qarışdırın. Qarışımı üzünüzə sürtüb yarım saat gözləyin.
Son olaraq soyuq suyla yuyun. Yaxşı effekt görmək üçün həftədə 1 dəfə bu maskanı edin.
Noxud unu ilə günəşdən zərər görmüş, soyuqdan təsirlənən, korlanmış həssas cildinizi yeniləyib canlılıq qata bilərsiz. Bunun üçün sizə lazım olacaq:
5-6 ədəd noxud
Duz
Su
Noxud ununu bu noxudları tavada əzərək əldə edə bilərsiz. Əldə etdiyiniz bu noxud ununu mikrodalğalı sobada bir az saxlayıb qurumasını gözləyin.
Noxud ununa 1 çay qaşığı krem əlavə edin. Bu qarışıma bir neçə damcı su və duz əlavə edin. Əldə etdiyiniz bu maskanı göz altları xaric üzünüzün qalan yerlərinə sürtün.
10-15 dəqiqə saxlayıb ilıq suyla yuyun. Fərqi görəcəksiz.