«Mən kökəlməkdən qorxuram...»
Gün ərzində bizi arıqlamağa çağıran yüzlərlə reklamla rastlaşırıq. Arıqlamağa və pəhrizlərə, artıq çəkidən azad olmaq üçün plastik əməliyyatlara həsr olunan məqalələr, verilişlər də tükənmək bilmir. Bütün bu amillər əsasən də xanımlarda arıqlamaq istəyini yaradır. Bəzən isə bu istək patoloji xarakter də alır.
Artıq çəki xarici görünüşü pozmaqla yanaşı bir sıra xəstəliklərin yaranmasına səbəb olur. Eləcə də artıq çəkidən əziyyət çəkənlər depressiyaya da tez-tez məruz qalır. Piylənmə şəxsi həyatda və işdə də problemlər yaradır. Bunun üçün də insanların artıq çəkidən azad olmaq istəyi təbiidir. Lakin bu istək heç də həmişə yaxşı nəticələnmir və çoxları düzgün saxlanılmayan pəhrizlərin, uğursuz plastik əməliyyatların qurbanına çevrilir.
Arıqlamaq dəbinin dalınca yeniyetmələr daha çox qaçırlar. Buna həm televiziya verilişlərində təbliğ olunan gözləllik etalonları, artıq çəkidən azad olmağa həsr olunan reklamlar, həm də həmyaşıdlarının onları lağa qoyması səbəb olur. Çox vaxt məktəbdə artıq çəkidən əziyyət çəkənlər gülüş hədəfinə çevrilir. Əgər yeniyetmə həqiqətən də piylənmədən əziyyət çəkirsə,bununla mübarizə aparmaq lazımdır. Yaxşı olar ki, bu zaman valideynlər mütəxəssis köməyindən istifadə etsinlər. Çünki bəzi hallarda arıqlamaq istəyi o həddə çatır ki, anoreksiya kimi xəstəliyə də səbəb olur.
Bu cavanlaşma üsulunun mənası insanın öz qanın plazmasının dəriyə yeritməkdədir.
Plazmada olan trombositlər qan hüceyrələrinin təsirindən dəridə bərpa prosesləri sürətlənir. Bunun nəticəsində dərinin rəngi yaxşılaşır, kiçik qırışlar yox olur, dəri hamarıaşır, daha cavan və sağlam görünür. Bu üsul həmçinin alopesiyanın (keçəlləşmə), sellülitin və s. halların müalicəsində istifadə olunur.
Bu metod təhlükəsiz sayılır və heç bir allergik reaksiyalara səbəb olmur (insanın öz qanı istifadə olunur).
Prosedurdan əvvəl dəri xüsusi kremin köməyi ilə ağrısızlaşdırılır. Pasiyentin damarından qan götürülür, xüsusi cihazda (sentrifuqa) plazma ayrılır (sarı rəngdə olan maye) və daha sonra kiçik miqdarlarla nazik iynə ilə pasiyentin dərisinə yeridilir. İynə vurulan yerlərdə kiçik şişlər əmələ gəlir ki, bu şişlər adətən 1 gün ərzində sovrulur. 5 gündən sonra prosedurun nəticəsi görünməyə başlayır.
Qadınların çoxu hündür dabanlı ayaqqabı xoşlayır. Kişilər də qadınların belə ayaqqabıda cazibədar olduqlarını düşünürlər. Ancaq zərif cinsin nümayəndələri etiraf edirlər ki, belə ayaqqabılar ayaqları ağrıdır.
Yeni araşdırmalar göstərib ki, hündürlüyü 9 santimetrdən çox olan dikdabanlar ayaq damarlarının qocalmasına və dağılmasına gətirib çıxarır. Belə ayaqqabılarla gəzərkən ayaq damarları güclü təzyiq altında olur.
Britaniyalı alimlər 14 nəfər gənc və sağlam qadını təcrübəyə cəlb ediblər. Qadınlara tapşırılıb ki, dikdaban geyinərkən ayaqlarındakı hissləri açıqlasınlar. Belə ayaqqabılarda özlərinə məxsus yerişlə gəzsinlər. Alimlər həmin qadınların dizlərindəki damarların formasını araşdırıblar.
Əldə edilən nəticələr göstərib ki, dikdaban ayaqqabılar geyinərkən damarlara düşən təzyiq artır və nəticədə damarlar genişlənir. Damarlar yaşlı insanların damarlarına bənzəyir.
Qadınların ən böyük dərdlərindən biri də çənəaltı sallanmasıdır. Üzünüzə nə qədər maska, ya masajlar etsəniz də, heç bir faydası yoxdur. Kosmetoloqlar dəniz duzu və yosunun çənəaltı üçün çox effektli olduğunu deyir.
Dəniz duzu, yosun, buğda otu suyu, qliserin, sodium və sodanı qarışdırıb çənə altına sürtün. 80 dəqiqə saxlayıb ilıq suyla yuyun. Effektini görəcəksiz.
Ayaq, ya qarınn bölgənizdə yaranan çatllardan utanırsız? Sağlıqsız və sürətli çəki alıb-verməkdən dolayı bədənimizin müəyyən bölgələrində çatların yaranması qaçılmazdır. Gözəlliyinizə kölgə salan bu pis görüntüdən qurtulmaq üçün ilk əvvəl qidalanma tərzinizi dəyişdirməlisiz.
Müntəzəm sağlam qidalanma və hərəkətli yaşam tərzi bu problemə tutulmamaq üçün iki önəmli amildir.
Eyni miqdarda kakao, hindistan qozu yağı, buğda yağı, limon suyunu təmiz qabın içində qarışdırıb çatlaq bölgələrinizə masaj edərək çəkin. Hər gün edin. Çatların azaldığını görəcəksiz.
Əllər yuyucu toz, soyuq hava, kimyəvi maddələr və günəşin təsiri ilə korlanır, yaşlı görünür.
Yumşaq, canlı və gənc əllərə sahib olmaq üçün təbii əl pilinqindən istifadə edin.
1 xörək qaşığı doğranmış zəncəfil
1 stəkan qara şəkər tozu
1 xörək qaşığı badam yağı
1 xörək qaşığı hindistan qozu yağı
Zəncəfili cam qabda bişirib içinə hindistan qozu yağı əlavə edib 5 dəqiqə daha bişirin. Sonra özünü tutana kimi soyudun. Soyuduqdan sonra içinə badam yağı əlavə edib qarışdırın və ağzını bağlayıb istədiyiniz vaxt istifadə edin.
Dəri baxımı həyatın bir hissəsi olduğu kimi, üz maskaları da bu baxımın bir hissəsidir. Kişilər qadınlara nisbətən 15 faiz daha çox yağlı dəriyə sahibdirlər. Buna görə dəri baxımı onlar üçün də vacibdir.
Kosmetik salonlarda üz dərisini müxtəlif üsullarla təmizləyirlər. Bu videoda kosmetoloq üz dərisinin təmizlənməsinin bütün üsulları ilə bizi tanış edir.
Videoda manual (əllə təmizlənmə), vakuum, ultrasəs, elektrik cərəyan vasitəsilə təmizləmə üsulları təqdim edilir.