Kəpənək-qalstuklarının tarixi təqribən XVII əsrdə Xorvatiyadan başlayır. Burada bu aksesuardan hərbiçilər və muzdlu əsgərlər istifadə edirdi.
Öz ilkin variantında kəpənək qalstukları qalstuka bənzəyir və qalstuk kimi yaxalığın üzərindən bağlanırdı. Bu iki aksesuar demək olar ki, eyni kökə malikdir.
Fransız şahının qəbullarının birində yüksək təbəqənin nümayəndələri bu xorvat aksesuarını çox yüksək qiymətləndirmiş və onu həvəslə qəbul etmişdilər. Xüsusi ilə də, Fransa o zaman dəb sahəsində bütün dünyanı qabaqlayırdı.
Beləliklə də, iki yeni kişi aksesuarı yarandı: qalstuk və kəpənək-qalstukları. Əsrlər boyunca kəpənək-qalstukları rəsmi və mərasim dres-kodlarının ayrılmaz hissəsi olub.
XX əsrin əvvəllərində kəpənək-qalstukları hər bir təbəqəyə aid olan insanların geyiminin əsas hissəsinə çevrilir. II Dünya Müharibəsindən sonra kəpənək-qalstukları öz məşhurluğunu itirsə də, bu gün də rəsmi geyimin bir hissəsi olaraq qalmaqdadı.
Kəpənək-qalstulaklarının tarixində ən uğurlu dövr kimi son 3-5 ili göstərmək olar.
Kəpənək-qalstukları öz əvvəlki məşhurluğunu bərpa etməkdədi. Siz həmçinin taxtadan hazırlanmış kəpənək-qalstuklarını da geyinə bilərsiniz.
Bu gün siz işə, şənliyə, hətta dostlarla görüşə gedən insanların geyimində bu aksesuarı görə bilərsiniz.
Son zamanlar populyar olan BB kremlər bir çoxlarının diqqətini cəlb edib.
Belə ki, bir çox reklam rolikləri bu kremlərin qadınlarda olan bütün dəri problemlərinin həll edəcək vasitə kimi təqdim edirlər. Bəs əsl BB krem nədir? Bu reklamlara inanmaq düzgündür ya yox? Bunun üçün tarixə nəzər salaq.
İlk dəfə BB krem alman alimləri tərəfindən dərini tez sağaldan və maskalalanan(üstünü örtən) bir vasitə kimi yaradılmışdır. İlk olarq kremlər əsasən plastik cərrahiyyə pasientləri, bədbəxt hadisə zamanı yara və yanıqlar almış aktyorlar üçün nəzərdə tutulurdu. Tərcümədə də həmçinin bu krem Blemish Balm və ya Blemish Base hərfi olaraq ləkələrin maskalanması(örtülməsi) və tonun hamarlaşması kimi məna verir. Müalicəvi xarakter daşıyan bu kremin kremin çox xeyirli və bərpaedici xüsusiyyətləri danilmazdır.
Bu kosmetik prosedura dünyada ən tez-tez tətbiq olunan proseduralardan biridir.
Botoksdan əlavə digər preparatlar da (disport və s.) istifadə oluna bilər. Bütün bu preparatlar eyni təsir edir — əzələləri boşaldaraq qırışlardan azad edir.
Bu inyeksiyalar üçün müəyyən əks-göstərişlər var: preparata qarşı dözümsüzlük, bəzi qan xəstəlikləri, endokrin xəstəlikləri, ağır ağ ciyər xəstəlikləri, hamiləlik və əmizdirmə dövrü, inyeksiya sahəsində iltihablar, irinləmə və s.
Əgər pasient hər hansı dərman qəbul edirsə, bu haqda mütləq həkimə məlumat verməlidir.
Proseduradan əvvəl həkim pasientlə danışmalı və bu pasientdə olan bütün xəstəliklər və pozulmalar haqqında məlumat toplamalıdır.
Qış mövsümündə soyuq havadan qorunmaq nə qədər önəmlidirsə, bədənimizə uyğun palto, yaxud gödəkçə seçmək də o qədər mühüm məsələdir.
«Qum saatı»
Bu bədən tipinə malik xanımlar belini incə göstərən, nisbətən dar modellərə müraciət edə bilərlər. Altdakı sviterin, köynəyin qalınlığından asılı olmayaraq bu cür paltolar eleqantlığınıza xələl gətirməz. Bədənin formasını birüzə verən modelləri sevmirsinizsə, «cocoon» paltolar da ala bilərsiniz.
Korlanıb, incəlmiş saçlarınız üçün zeytun yağlı maska zədələnmiş saçlarınızın bərpasında sizə kömək edəcək.
— 4 xörək qaşığı zeytun yağı
— bir yumurtanın sarısı
— 2 xörək qaşığı bal
— 1 xörək qaşığı kətan toxumu yağı
— 1 çay qaşığı alma sirkəsi
Bütün lazımi ləvazimatları qarışdırıb saçlarınızın diblərindən uclarına qədər sürtün. Sonra saçlarınızı streç sellofanla sarıyın və ən az 4 saat belə qalın.
Həftədə bir dəfə bu formulu təkrarlaya bilərsiz.