Yaraşıqlı görünüş, gözəl imic kateqoriyası üzrə məqalələr

Boyun nahiyəsi üçün fiziki və özünü masaj hərəkətləri

Boyun və sinə nahiyəsinin dərisini mümkün qədər daha uzun müddət ərzində yaxşı vəziyyətdə saxlamaq üçün oxucularımıza hər gün məhz bu sahəyə aid olan sadə fiziki və özünü masaj hərəkətləri etmələrini tövsiyə edirik.

Bu kompleks hərəkətləri yerinə yetirməmişdən qabaq, dərinizi təmizləməyi unutmayın. Dəri quru olduqda ona bitki yağı və ya krem sürtmək lazımdır. Hərəkət kompleksi başa çatdıqdan sonra, dərini bir daha təmizləyərək onun üzərinə qidalandırıcı krem və ya maska sürtmək olar.

Hər məşğələ hərəkətlərini 6-8 dəfə olmaqla aramla, sərbəst və sakit şəkildə (xüsusən də ilk məşqlərdə) yerinə yetirmək lazımdır. Boyun və sinə nahiyəsi üçün məsləhət görülən hərəkətlər aşağıdakılardır:

1. Oturaq vəziyyətdə və ya ayaq üstə olmaqla, başınızı aramla önə əyərək çənənizi maksimal şəkildə sinənizə yaxınlaşdırın. Sonra başınızı yavaş-yavaş çiyninizə qoyun. Sonra başınızı arxaya əyin, sonra o biri çiyninizə çevirin və yenə də boynunuzu önə əyin. Bu hərəkətləri eyni qaydada olmaqla əks tərəfə də təkrar edin.
Davamı →

Selülitdən azad olmaq mümkündür

Statistikaya əsasən selülit yaşlı və ya cavan, arıq və ya kök olmasından asılı olmayaraq 85% qadınlarda var. Bu problem artıq çəkidən deyil, həyat tərzindən asılıdır.

Nə qədər hərəkət etməniz, əsəb keçirməniz, qida rasionunuz və gündəlik nə qədər su içməniz buna təsir edir. Bu əlamətləri nəzərdən keçirərərək dərinizdə bu problemin niyə yaranmasına cavab tapa bilərsiniz.

Selülit — lipid torun zədələnməsi deməkdir. Ona mikroskop altında baxarsaq, onun bal şanısına oxşar hüceyrələrdən ibarət olduğunu görə bilərik. Sadəcə burada bal əvəzinə piy yiğimi var. Orqanizm normada olduqda dəri də normada olur və bu tor görünməz olur. Lakin, stresslə qarşılaşdıqda, fast food istifadə etdikdə, az hərəkət etdikdə, siqaret çəkdikdə və çəki yiğdıqda bəhs etdiyimiz şanı piylə dolur və dəridə selüit əmələ gəlir. Ondan azad olmaq üçün isə yalnız iş sistemi kömək edir. Beləliklə bu problemdə azad olmaq üçün bir neçə məsləhət:

1. Salon prosedurları
Selülitin ilk səbəblərindən biri — qan dövranın pozulamsıdır ki, bu da qan damarlarının pis işləməsi nəticəsində olur. Selülit problemi daim şiş və artıq çəki ilə paralel getdiyindən, onun müalicəsində bu gün çox istifadə olunan mezoterapiya çox effektiv sayılır.
Davamı →

Şarf bağlamağın 5 üsulu

Şarf qadınların geyimdə istifadə etdiyi aksesuarlardan biridir. O qadın geyiminə özünəməxsus gözəllik verir. Lakin şarfı düzgün bağlamağı hər qadın bilmir. Sizə şarfı bağlamağın 5 üsulunu təqdim edirik:

1. Kvadrat düyün
Davamı →

Evdə pilinq


Kosmetik pilinq yerinə evdəki məhsullarla qüsursuz gözəllik vəd edən təbii piliniq hazırlaya bilərsiz. Necə?

— Quru mərci, düyü, lobya, qoz dərini ovmaq üçün mükəmməldir. Üyüdücüdə bunları çəkin və bir miqdar su, ya da duru yağ, bal, yaşıl çay əlavə edib qarışdırıb pilinq kimi istifadə edin.

— Dərinizə pambıqla sürtəcəyiniz alma sirkəsi yağların parçalanmasına kömək edəcək.

— Bir qəhvə üyüdücüsündə tam qovrulmamış orqanik tum, susam və badamı üyüdün. 1-2 yemək qaşığı su ilə krem halına gətirib üz üçün istifadə edin. 

— Buğda otu və yulaf da ölü dərini təmizləmək üçün yumşaq bir təmizləyici olaraq istifadə edilir.

Davamı →

Gözəllik xətaları

Qadınların gündəlik həyatlarında etdikləri bir çox gözəllik xətaları onların yaşlanma prosesini sürətləndirir, dərini korlayır və zamanından daha tez yaşlı görünmələrinə səbəb olur. 

Dəri aşındırıcılardan çox istifadə
Təmiz dəri üçün həddindən çox dəri aşındırıcı istifadə etməkdən qaçının. Sərt təmizlik üzünüzün yağ ifrazını və səpkiləri artırır. Evdə həftədə bir və ya iki dəfə yüngül skrablardan istifadə edin və ayda bir dəfə salona gedərək yüngül qlikolik pilinq etdirin.

Dərinin hədsiz yüklənməsi 
Eyni vaxtda müxtəlif vasitələrdən istifadə etmək dərinin həssaslığını və ləkələri artırır.

Məhsulu istifadə etməzdən əvvəl tərkibini oxumalı və maddələri qarışdırmamaq lazımdır. Məhsulun tərkibində retinol, qlikol turşusu, C vitamini və benzolperoksid olmasına diqqət etmək lazımdır. Bir maddəni üzünüzə vurduqda dərinizin ona reaksiya vermədiyinə əmin olduqdan sonra digərini tətbiq etmək lazımdır.
Davamı →

7 addımda daha uzun ayağa sahib ol

Uzun incə ayaqlar yəqin ki, hər bir qadının arzusudur. Lakin heç də hamının bu arzusu reallaşmayıb. Amma problem yoxdur. Bir necə sadə yolla kiçik boylular belə uzun ayaqlı görünüşə sahib ola bilərlər. 

1. Sadə rənglər seçin 
Ayaqlarınız qısadırsa çalışın geyindiyiniz rənglərə nəzarətdə saxlayasınız. Çox rəngli geyimlər bədəni vizual olaraq hissələrə ayırmış olacaq, nəticədə ayaqlarınız daha qısa görünəcək. Çalışın sadə və eyni rənglərlə diqqəti ayaqlardan uzaqlaşdırır. 

Davamı →

Qışda əllərə qulluq

Qışda əllərimizin dərisi soyuq havanın, şaxtanın, soyuq küləyin mənfi təsirinə məruz qalır.

Bütün bunlar dərini quru, həssas edir, dəri qızarır, qabıq verməyə başlayır, üzərində çatlar və ləkələr əmələ gəlir.

Əllər hər zaman ön plandadır. Bu səbəbdən əl dərisinin pis vəziyyətdə olması heç bir qadına (və həmçinin də kişiyə) gözəllik vermir.

Qış aylarında əl dərisini yaxşı vəziyyətdə saxlamaq üçün bu kimi məsləhətlərdən istifadə edə bilərsiniz:

1. İlk növbədə əllərinizi nə soyuq, nə də isti su ilə yumayın, ilıq su ilə yuyun və duru sabunlardan istifadə edin. Əllərinizi mütləq yaxşı qurulayın və hər yumadan sonra dəriyə hər hansı nəmləndirici krem çəkin.

Davamı →

Daban çatları

Yay aylarında bir çox insanlar dabanlarda olan çatlardan əziyyət çəkir. Çatlar qanayır, ağrıyır, insana yerimək çətin olur.

Müalicəsiz buraxılmış çatlar yaralara çevrilir, irinləyir. Bu halda insan mütləq peşəkar tibbi yardım üçün həkimə (dermatoloq, cərrah) müraciət etməlidir.

Şəkərli diabet, qalxanvari vəzi xəstəlikləri, piylənmə, qastrit və s. pozulmalardan, avitaminozdan (vitaminlərin çatışmazlığı) əziyyət çəkən insanlar, yaşlı insanlar daban çatlarından daha tez-tez hallarda əziyyət çəkir.

Dabanlarda çatların əmələ gəlməsinə bir çox hallarda yayda geyinilən açıq ayaqqabılar ("şap-şap", sabo və s.) səbəb olur. Belə ayaqqabıların arxa hissəsi daim dabanları vurur və bunun nəticəsində bu hissədə olan dəri codlaşır və çatlayır. Bu səbəbdən əgər siz daim daban çatları problemi ilə üzləşirsinizsə, bağlı ayaqqabıya keçin. Təbii ki, ayaqqabı yüngül, «nəfəsalan» və təbii dəridən və ya təbii parçadan olmalıdır.

Ayaq dərizinə düzgün olmayan baxım da çatların əmələ gəlməsi səbəb ola bilər. Əgər insan daim pəncə nahiyəsini çox tez-tez və güclü şəkildə pemza (daban daşı) və digər bu kimi vasitələrlə sürtürsə, bu da çatların əmələ gəlməsinə gətirib çıxarda bilər.

Çatlar göbələk infeksiyanın əlaməti də ola bilər. Bu halda həkimin təyinatı ilə xüsusi göbələk əleyhinə preparatlardan istifadə olunmalıdır.
Davamı →

Cazibədarlığın xəritəsi

Ayaqlar 
Çox uzun və ya çox qısa ayaqlar estetik cəhətdən gözəl görsənmir. Bütün dünyada aparılan araşdırmalar onu göstərir ki, avropalılara daha uzun ayaqlara sahib olan qadınlar xoşlarına gəlir. Qısa ayaqların sahibələrinə isə vizual olaraq ayaqların hündür və gözəl görsənməsinə hündürdaban ayaqqabılar kömək edir. Tədqiqatlar nəticəsində məlum olub ki, uzun ayaqlar düzgün inkişaf və normal qidalanmaya işarə edir. Uzun ayaqlar həm də insanın uzunömürlü olduğunu da göstərir. Lakin fərqli millətlərdə gözəllik standartları da fərqlidir.

Bel
İncə bel bir çox kişilər tərəfindən cazibədarlıq rəmzi kimi qiymətləndirilir. Kişilərin 90 faizi üçün ideal ölçü belədir: belin ölçüsü çanağın ölçüsünün 70 faizini təşkil etməlidir. Kişilər nəinki belə bədənə baxanda zövq alır, belə bədənə toxunmaq da onlara həzz verir. Tədqiqatlar həm də onu göstərir ki, zahirən nə qədər də insan gözəl olsa, onun daxili aləmi özünü bürüzə verir. Odur ki, ilk növbədə daxili gözəlliyə fikir vermək lazımdır.Cazibədarlıq isə heç də həmişə gözəllik demək deyil...

Gözlər
İnsanın üzünün ən ifadəli hissəsidir. Çox vaxt insanlar sözlə deyə bilmədiyini gözləri ilə deyir. Genişlənmiş göz bəbəkləri insanın həyacanlandığını göstərir. Əgər yanınızda əks cinsin nümayındəsi dayanıbsa və sizi heç bir təhlükə gözləmirsə, onun göz bəbəklərinin genişlənməsi sizdən xoşlandığına işarə edir. Onda anlayın ki, sizdən xoşu gəlir.
Davamı →

Gicitkənin saçlara faydası

Dəriylə təmas etdiyində qaşındırdığı üçün elə də çox sevilməyən gicitkən otu olduqca faydalı bir bitkidir.

Qan azlığından böyrək daşına, revmatizmdən varikoza qədər bir çox dərdə çarə ola bilər. Bitki nə qədər təzə olarsa təsiri o qədər güclü olar. Gicitkən eyni zamanda yeniyetməlik sızanaqlarını yox edir, saçları canlandırıb tökülməsini əngəlləyir, sıxlaşdırır və kəpəkələnmənin qarşısını alır.

Yarım litr qaynadılmış su içinə 5 paket gicitkən otu çayını əlavə edin. Qabın ağzını bağlayıb 5-10 dəqiqə dəmləyin və soyudun. Əldə etdyiniz bu suyla saçlarınızı yuduqdan sonra durulayın. Bu zaman saç dibinə edəcəyiniz masajla saç dibləri güclənəcək, tökülməsi əngəllənəcək və kəpəyin qarşısı alınacaq. Bu qarışımla dərinizi də yuya bilərsiz. Dəriniz sıxlaşacaq.

100 qram at pıtrağı kökü, 100 qr gicitkən kökü və 60 qr fındıq ağacı yarpağını 2 litr sirkənin içinə qatın. Bitkiləri 8 gün isti bir yerdə saxladıqdan sonra süzün.
Əldə ediyiniz qarışımla baş dərisinə masaj edin. Saçlarınız əvvəlki parlaqlığına qovuşacaq.

Davamı →
Top