Yaraşıqlı görünüş, gözəl imic kateqoriyası üzrə məqalələr

Yağlı cildlərə qulluq

Yağlı cildlərə qulluq o qədər də asan deyil.  Bu məsləhətlər işinizə çox yarayacaq:
Həftədə bir dəfə dərinizi ölü hüceyrələrdən təmizləmək (peeling etmək) dərinizin parlamasını və təravətli olmasını təmin edəcək.
Maskalar:
1. Yumurta və şəkər maskası tam yağlı dərilərə görədir. Bir az yumurta və  bir az şəkər alıb qarışdırın. Daha sonra üzünüzə dairələr şəklində hazırlanan məhlulu tətbiq edin.
2. Bir az portağal suyu və yumurta sarısı ilə edəcəyiniz maskanız üzünüzdəki artıq yağı alacaqdır. Bu maskanı həftədə 1 dəfə tətbiq etmək məsləhətdir. Bu sizin dərinizə daha çox parlaqlıq verərək, dərinizdə olan artıq yağları alacaqdır.
Davamı →

Ev şəraitində artıq tüklərdən azad olmaq

Bir çoxları arzuolunmaz tüklərdən azad olmaq üçün ülgücə, müxtəlif tüktökücü kremlərə, epilyasiyaya müraciət edir. Amma bunlardan bəziləri tüklərin daha qalın çıxmasına şərait yaradır, bəzilərinə görə isə külli-miqdarda pul xərcləməli olursunuz.
Ev şəraitində tükləri kökündən qopardan və gec-gec çıxmasını təmin edəcək qarışıqdan yararlana bilərsiniz. Hər kəsin “lipuçka” olaraq tanıdğı bu vasitələri hazır şəkildə də alıb tətbiq etmək olar. Amma tərkibində müxtəlif kimyəvi maddələr olduğu üçün ev şəraitində təbii məhsullarla hazırlamaq daha məqsədəuyğundur.  
Davamı →

Dırnaq boyasını tez qurutmağın asan yolları


Dəqiqələrlə gözəl, səliqəli çəkmək üçün çalışırıq. Sonra qurumasını gərgin halda səbrsizliklə gözləyirik. Həmin an bilmədən əlimiz harasa toxunur. Və bütün əziyyyətimizi hədər edir. Üstəlik, tələsiriksə, bu, adamı lap özündən çıxaracaq.

Dırnaq boyası çəkdikdən sonra əllərinizi soyuq suya qoyun. Soyuq su dırnaq boyasını donduraraq qurudur.

Dırnaq boyanızı çəkdikdən sonra iki dəqiqə havada saxlayın, sonra soyuq suya salın və 3 dəqiqə saxlayın.

Daha bir üsul — dırnaq boyasını çəkdikdən sonra fenin soyuq hava dalğasını dırnaqlarınıza tutun.
Davamı →

Gözəllik inyeksiyaları

gozəllik inyeksiyaları“Gözəllik inyeksiyaları” (botoks və s.) köməyilə alında və qaşların arasındakı mimiki qırışları, burun-ağız ətrafındakı və gözlərin yanındakı qırışları aradan qaldırmaq olar. Mimiki qırışlar ona görə əmələ gəlir ki, üzümüz daima “hərəkət edir” — biz gözümüzü qıyırıq, gülürük, gülümsəyirik və s. Metodun mənası ondan ibarətdir ki, dəri altına bəzi üz əzələlərini hərəkətsiz edən xüsusi preparatlar yeridilir. Nəticədə dəri hamarlaşır.

Qırışlar dərhal deyil, bir neçə gün ərzində yox olur. Preparatın təsiri 5-6 ay davam edir. Preparatlar mimiki qırışlara nazik iynələrlə yeridilir. Hər bir sahəyə 10-15 iynə vurmaq lazımdır. İşlənəcək sahəni ağrısızlaşdırmaq üçün onun üzərinə əvvəlcə ya sərinləşdirici paket qoyulur və ya keyləşdirici krem vurulur.

“Gözəllik inyeksiyalarını” plastik cərrah və ya artıq bu sahədə xeyli təcrübəsi olan həkim-kosmetoloq etməlidir. Qeyri-professionalların əlində bu inyeksiyalar təhlükəlidir, belə ki, texniki cəhətdən düzgün yerinə yetirilməyən inyeksiya nəticəsində üzün əyilməsi, göz qapaqlarının sallanması baş verə bilər.

Davamı →

İdeal dəri rəngi

Dərinin gözəl qaralması üçün müəyyən pəhriz vacibdir.

Belə ki, müəyyən məhsullar vardır ki, onlar meloninin istehsalını stimullaşdırır və tunc rəngli dərinin uzun müddət qalmasını təmin edir. Beləliklə dərinin təbii qaralma prossesinə kömək edən 5 əsas inqrediyent var:

— Amin turşuları — tirozin və triptofan. Onlar dəriyə qaralma piqmentini verən meloninin istehsalını stimullaşdırırlar.

— Dərini sərbəst radikallardan qoruyan beta- karotin. O, orqanizmin yanıqlardan, şüalanmadan təbii müdafiəsini aktivləşdirərək, hüceyrələrin membranlarının dağılmasının qarşısını alır.

— E vitamini ən güclü antioksidant olaraq, sərbəst radikallardan müdafiəni təmin edir və dərini vaxtından tez qocalmadan qoruyur.
Davamı →

Sadə üsullarla sağlam və təbii qaralmaq

Sadə üsullarla sağlam, parlaq və qara dəri üçün bu məsləhətlər

Yayda istilər artdıqca vücudadkı nəm və duz kimi bəzi maddələr azalır. Səhv qaralma nəticəsində dəridə yaranan problemlər, qabıqlar, gün vurması və başqa narahatlıqlara səbəb ola bilər. Günəş və qoruyucu kremlərdən istifadə edilmir, nəticədə dəri yanır. Mütəxəssislər, bu yay kosmetik məhsulları bir kənara qoyub yerinə təbii qaraldıcılar istifadə etməyi məsləhət görür.                         

Fındıq yağı — İçindəki E vitaminin sayəsində qaraldıcı yağlar arasında dəri tərəfindən ən asan əmilən fındıq yağından istifadı edə bilərsiniz. 

Hind qozu yağı — Hind qozu yağı olduqca sadə tərkibli yağ olduğu üçün saç və dəriyə mütəxəssislər tərəfinfən tövsiyyə edilir. 

Zeytun yağı – Dərini təravətləndirən və parlaqlıq verən zeytun yağının tərkibindəki E, K, A və D vitaminləri ilə həm faydalı, həm də qaraldıcı təsirə sahibdir. 

Avakado yağı – Dəri məsamələrini açan və nəmləndirən avakado yağı qaraldıcı təsirə malikdir. Tərkibindəki A vitamini hüceyrələrin yeniləməsini təmin edir. 

Davamı →

Saç rəngini açmağın təbii üsulları


Özünü başdan yaratmaq istəyən hər bir xanım ilk olaraq saçlarına əl atır. Saçlarınızın rəngini kimyəvi maddələrlə dəyişdirib canlılıq və parlaqlığını korlamaqdansa təbii yollardan istifadə edə bilərsiniz.

Saç rəngini açmağın təbii yolları:
Çobanyastığı xüsusilə solğun sarı saçlar üçün təsirlidir. Saç uclarını həftədə 1 dəfə çobanyastığı çayı ilə yumaq saçlarınıza parlaqlıq verəcək. 1-2 fincan çobanyastığı çiçəyini 6 stəkan suya əlavə edib yarım saat dəmləyin. Dəmləmdikdən sonra azca nəmləndirdiyiniz saçlarınıza tökün. Yarım saat saxladıqdan sonra bol suyla yuya bilərsiniz.
Davamı →

Yaz aylarında tonal kremdən istifadə

Solğun dəri və gözaltı kölgələri gizlətmək üçün istifadə olunan tonal kremlər, hər bir makiyajın əsas hissəsidir.
Max Factor vizajistinin dediyinə əsaən tonal kremi,üz dərisinə massaj cizgiləri üzrə çəkmək lazımdır. Bunu, əllə, makiyaj üçün xüsusi süngər və kistlə etmək olar. Duru və yüngül kremləri əllə çəkərək, sonradan artıq qalan hissəni süngərlə götürmək məsləhətdir. Daha qatı kremləri isə kistlə sürtülür.
Yaz aylarında bizə tonal krem nə üçün lazımlıdır:
Davamı →

Çillərdən qurtulmağın 10 asan yolu

Sarışın qadınların fərqli gözəlliyi hesab edilən çillər bəzi sarışınları çox narahat edir. Buna görə çillərdən xilas olmağın müxtəlif yollarını axtarırlar. Çillərdən qurtulmaq istəyirsinizsə, bu məsləhətlərə əməl edin.

1. Yazda və yay aylarında cəfəri yarpaqlarından, payız aylarında isə cəfəri kökündən maska hazırlayın. Cəfərini blenderdən keçirib, pürə halına gətirin və təmizlənmiş dərinizə sürtün. Göz altına cəfəri sürtməyin. Bu maskanı 20-30 dəqiqə üzünüzdə saxladıqdan sonra soyuq suyla yuyun və üzünüzə nəmləndirici krem sürtün.
Davamı →

Saç baxımında istifadə olunan bitki yağları

Təbii olmayan bəzi məhsullar var ki, saç sağlamlığına zərər verir. Həmin məhsulların yerinə saçlara təbii sağlamlıq qazandıran bitki mənşəli yağlardan faydalanmaq olar. Bunlar arasında aloe vera, reyhan yağı, amla yağı, qoz yağı xüsusi fərqlənir. Nizamlı istifadə edildikdə  bu məhsullar saçları gücləndir.

Bitki mənşəli məhsullar həm saça, həm də saç dərisinə sağlamlıq qazandırır. Buğda yağı, dəfnə yarpağı yağı, fındıq yağı, gül yağı, jojoba yağı kimi bitki mənşəli məhsullar da saç baxımında istifadə olunur.

-Buğda yağı hüceyrə yeniləyici olmaqla bərabər həssas və köhnəlmiş saçlar üçün faydalıdır. Gündəlik bir çay qaşığı istifadə etmək olar. Saç və dəriyə masaj şəklində tətbiq edilir;

  — Quru dərilərdə yumşaldıcı və qidalandırıcı olaraq istifadə edilən qoz yağı təbii nəmləndiricilərdən hesab olunur. Saç diblərini və saçları qidalandırır, saç tökülməsinin qarşısını alır.

Davamı →
Top