Bəzi insanlarda saçlar gec uzanır. Bunun yaxşı qidalanmamaq, hava çirkliliyi, genetik faktorlar kimi bir çox səbəbi ola bilər. Qadınlar üçün bu vəziyyət olduqca cansıxıcıdır.
Mütəxəssislərin fikrincə saçların uzanmasına sağlam qidalanmaq, bol su içmək və stressdən uzaq olmaq da təsirlidir.
Bütün bunların yanında evdə təbii üsullarla saçları daha sürətli uzatmaq olar.
Çətin uzanan saçlar üçün:
— 1 qəhvə fincanı zeytunyağı
— 1 çay qaşığı cəfəri toxumu yağı
— 1 çay qaşığı gicitkən toxumu yağı
— 1 çay qaşığı kətan toxumu yağı
— 1 çay qaşığı çörəkotu yağı lazımdır.
Bunlar qarışdırılıb isti su dolu bir qabın üzərinə qoyulub qızdırılır. Alınan qarışıq saç diblərinə sürtülür. Daha sonra 3 və 8 saat-a qədər gözlətdikdən sonra saç tipinə uyğun şampunla yuyulur. Bu prosedur saçların uzanmasına kömək edir.
Üzünüzün və gözlərinizin gözəl görünməsi qaşınızdan çox asılıdır. Qaşlar qadının gənc və yaşlı görünməsinə təsir edirmiş.
Qaşlarınızın sizi gənc göstərməsi ücün düzgün korreksiya təlimatları:
1. Ən böyük düşmən azalan qaşlar
Tökülən saçlar kimi, qaşlarınız da tökülərək sizi daha yaşlı göstərir. Tökülən qaşların boşluqlarını doldurmaq üçün qaş qələmindən istifadə edib qaşlarınızın daha gur görünməsini təmin edə bilərsiniz.
Saçların sağlam olmasında əhəmiyyətli faktorlardan biri saç tipinə uyğun gələn məhsullarından istifadə edilməsidir. Bunun üçün ilk nöbədə saç tipini müəyyənləşdirmək əsasdır. Saçların incəliyinə, qalınlığına, normal olmasına da diqqət edilməlidir.
Bəzi insanların saç dərisi yağlı olur. Həmin insanlarda saçların uc qisimləri saç dərisinə nisbətən quru olur. Saç dərisinin necəliyi müəyyən edildikdən sonra saç dərisinin növünə görə şampundan istifadə etmək olar.
Quru saç ucları üçün isə lazımi məhsullar seçilməlidir. Saçları yuduqda sabundan istifadə etmək olmaz. Bu saç tellərinin qurumasına və üstündəki kiçik canlı hüceyrələrin ayrılmasına səbəb olur.
Saçları möhkəm tokalarla yığmaq, saç teli hüceyrələrinin sıxışmasına gətirib çıxarar və saçları qırır. Saçları gərgin bir şəkildə yığmaq müəyyən bir zamandan sonra alında və gicgahlarda saç tökülməsi probleminə səbəb olar. Bu baxımdan açıq buraxaraq saç telləri və dəri hüceyrələrinin hava almasını təmin etmək lazımdır.
Saçları daradıqda nəmli və ya yaş olması da önəmlidir. Çünki, saçların quru halda daranması onların qırılmasına və zaman içində qurumasına səbəb olar. Bundan əlavə saçlara zərər verməyən saç daraqları və ya fırçaları almaq da vacibdir.